Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Azyaşlı gəlinlərin xilas əməliyyatı – valideynlərə ciddi xəbərdarlıq

By Vüsal Rafiqoğlu
16.09.2025 4 Min Read

Quba rayonunda azyaşlı qızın ailə qurmağa məcbur edilməsinin qarşısı hüquq-mühafizə orqanlarının vaxtında müdaxiləsi ilə alınıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 15 yaşlı qızın 35 yaşlı şəxsə ərə verilməsi baş tutmayıb. Hadisə ilə bağlı qanunsuz əməllərin təşkilində təqsirli bilinən şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq tədbirləri davam etdirilir.

Bu hadisədən bir neçə gün əvvəl oxşar fakt Zərdab rayonunda da qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, gəlinin yaşı 17, bəyin isə 32-dir. Polis əməkdaşları müdaxilə edərək toy məclisinin keçirilməsinə imkan verməyiblər. Valideynlərlə profilaktik söhbət aparılaraq onlara azyaşlı qızların ərə verilməsinin qanunla qadağan edildiyi izah olunub. 

Mütəxəssislər hesab edirlər ki, polisin bu cür müdaxiləsi həm uşaqların hüquqlarının qorunması, həm də gələcəkdə analoji halların qarşısının alınması baxımından mühüm addımdır. Çünki maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi valideynlər hələ də övladlarını azyaşlı ikən ailə qurmağa məcbur etməyə çalışırlar. Bu isə həm qanuna, həm də cəmiyyətin sağlam gələcəyinə ziddir.

Boşanmalarda təşəbbüskar qadınlardır! - Sosioloq ÜSYAN ETDİ | Modern.az

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, qızların erkən evliliyinə ən çox bölgələrdə rast gəlinir: “Bəzi valideynlər qızları məktəbdən yayındırır, onları özlərindən yaşca çox böyük olan və yaxşı gəliri olan kişilərlə erkən nikaha məcbur edirlər. Bu yolla guya övladlarına yaxşılıq etmiş olurlar. Amma unudurlar ki, təhsildən yayındırmaq və erkən nikaha məcbur etməklə qızların gələcək həyatını risk altında qoyurlar. Ana ölümlərinin əksəriyyəti erkən yaşlarda ailə quran qızlar arasında baş verir. Valideynlər həmçinin qızlarını təhsildən yayındırmaqla əmək bazarında rəqabətə davamı olmayan bir övlad yetişdirir. Erkən yaşda ərə verilən qız əgər boşanarsa və ya başqa bir çətinlik qarşısında qalarsa, o, əmək bazarında özünə yer tapa bilməyəcək. Çünki o, təhsildən kənar qalıb. Göründüyü kimi, bəzi valideynlərin atdığı addımlar sonradan böyük xəyal qırıqlığı yaradır.

Erkən nikahlar daha çox regionlarda özünü göstərir. Çünki bölgələrimizdə gənc oğlanlar kəndlərdə yaşamır, onlar ya paytaxta, ya da xarici ölkələrə üz tuturlar.  Nəticədə kəndlərdə qızlar çoxluq təşkil edir və onlar “evdə qalmasınlar” deyə valideynlər övladlarını nikah yaşı çatmasa da, ilk elçi olan yaşlı, imkanlı kişilərə ərə verirlər. Bu hərəkətlə həm valideynlər, həm də qarşı tərəf hüquqi məsuliyyət daşıdığını bilmir. Cinayət Məcəlləsində erkən nikaha məcburetmə ilə bağlı ayrıca hüquqi məsuliyyət nəzərdə tutulub. Erkən nikahın qarşısını almaq üçün maarifləndirmə ilə yanaşı, cəza tədbirlərini də gücləndirmək lazımdır. Yaxşı olardı ki, müvafiq icra hakimiyyəti orqanlarında sosial agentlər olsun və onların vasitəsilə erkən nikah halları müəyyənləşdirilib, hüquq-mühafizə orqanlarına məlumat verilsin. Ümumilikdə erkən nikahın qarşısının alınması kompleks tədbir tələb edir”.

Sosioloq deyir ki, belə hallarda ictimai nəzarət də güclü olmalıdır: “Biz ictimai qınağın gücünü bilirik. İnsanlar erkən nikahla bağlı məlumatı hüquq-mühafizə orqanlarına verməkdən çəkinməməlidirlər. Onlar üçün xüsusi qaynar xətt yaradılmalıdır və ictimaiyyətə təqdim edilməlidir ki, belə hallarda haraya müraciət etməli olduqlarını bilsinlər”.

Ü.Şəfiyev bu məsələdə xüsusi sərt tədbirlər görməyin tərəfdarıdır: “Məktəbli qızların dərslərdən yayınmasının qarşısını almaq lazımdır. Buna görə də təklif edərdim ki, icbari təhsil 9 deyil, 11 illik olsun.  Bu, məktəbin də məsuliyyət payını artırmış olar və qızları 7-8 ci sinifdən nişanlamağa ürək etməzlər. Məktəb uşağa nəzarət edər ki, şagird qız dərsdə yoxdursa, deməli, nəsə uyğunsuzluq var. Bu məsələni bir qurumun boynuna qoymaqla həll etmək olmaz, kompleks işləmək lazımdır. Regionlarda gənclərin məşğulluğu ilə bağlı fikirləşmək lazımdır ki, gənc oğlanlar kəndləri tərk edib getməsin. Kəndlərdə oğlan yoxluğuna görə valideyn qorxur ki, qızı evdə qalar, ona görə də 18 yaşı tamam olmamış tez ərə verir. Həmçinin rayonlarda yaşayan qızların təhsilə təşviqinə, işlə təmin olunmasına da xüsusi diqqət ayırmaq lazımdır. Mən elə iş adamı tanıyıram ki, rayonlarda qızların təhsilə cəlb olunması, ali məktəbdə oxuması üçün təqaüd də verir”.

Qeyd edək ki, rəsmi statistikaya görə, Azərbaycanda erkən nikah hallarının mütləq əksəriyyətində azayaşlı olan qızlardır. 2022-ci ildə 15-17 yaş aralığında 270 qız rəsmi nikaha daxil olub, həmin yaşda evlənən oğlan isə olmayıb. 2021-ci ildə də oxşar vəziyyət idi – 137 qız uşaq yaşda ərə getdiyi halda, bu yaşda cəmi 1 oğlan evlənmişdi. 

Rəsmi məlumatlara əsasən, 2022-ci ildə erkən nikah (17 yaşında) hallarının ən çox qeydə alındığı rayon Şəmkirdir (18 nəfər). Bundan sonra Ağcabədi (17 nəfər), Sabirabad (15), Yevlax (14) rayonları gəlir. Digər riskli bölgələr arasında Ağdaş və Ağsu (hər biri 11 nəfər), Samux (10 nəfər) kimi rayonlar da var. Bu rəqəmlər yalnız rəsmi nikaha daxil olmuş 17 yaşlı gəlinlərin sayıdır; qanunsuz və ya qeydiyyatsız erkən izdivacların çoxu statistikaya düşmür.

Bölgələr üzrə erkən evlilik meyillərinə baxdıqda görmək olar ki, xüsusilə Qərb bölgəsi (Qazax-Tovuz iqtisadi rayonu), Mərkəzi Aran və Qarabağ bölgələri azyaşlı anaların sayına görə öndədir. Məsələn, 2022-ci ildə 18 yaşdan kiçik analar tərəfindən ölkə üzrə 2011 uşaq dünyaya gətirilib və bunların 280-i Qazax-Tovuz, 245-i Mərkəzi Aran, 240-ı isə Qarabağ iqtisadi rayonlarının payına düşür. Bu göstərici həmin bölgələrdə erkən nikahların daha geniş yayıldığını göstərir.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Putinin Azərbaycanda batan milyonları – SENSASİON DETALLAR

Next

Barışığa Qarabağdan atılan güllələr – niyə məhz indi?

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv