Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Araik və digər canilərin hökmü yaxınlaşır – son tarix

By Vüsal Rafiqoğlu
17.09.2025 3 Min Read

Azərbaycanın suverenliyinin bərpasının və xuntaçıların həbsinin iki ili tamam olur – hüquq müdafiəçisindən gözlənti

2023-cü il, sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. 

Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix – Dövlət Suverenliyi Günü təsis edilib.

Azərbaycanın antiterror tədbirlərindən təxminən bir həftə sonra keçmiş xunta rejiminin başçıları həbs olundular. Artıq Araik və digər hərbi canilərin həbsinin iki ili tamam olmaqdadır. Hazırda onların məhkəməsi gedir.

Bu iki il müddətində Bakı ilə İrəvan sülh mətnini paraflayıblar. O zaman, bu ilin sonuna qədər hökm oxuna bilərmi? Onların Ermənistana ekstradisiyası nə zamansa gerçəkləşəcəkmi?

Çingiz Qənizadə təltif edildi - FOTO - Globalinfo.az

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd edib ki, Araik və onunla birgə həbs edilmiş digər hərbi cinayətkarların məhkəməsinin belə uzun çəkməsi başa düşüləndir: “Çünki əvvəla, təqsirləndirilən şəxslərin sayı çoxdur, ikincisi, onların törətdikləri cinayətlərin illəri xeyli uzundur. Yəni onlar illərlə cinayət törədiblər və həm də çoxepizodludur, həddindən artıq çox şahidlər, həddindən artıq çox hadisənin zərərçəkənləri mövcuddur. Bu baxımdan prosesin uzun olması başadüşüləndir. Əsas odur ki, onlar həbs olunublar və Azərbaycan qanunları qarşısında cavab verirlər, barələrində də ədalətli hökm çıxarılacağından heç kəsin şübhəsi yoxdur.

Onun sözlərinə görə, prosesin ilin sonuna qədər yekunlaşacağını proqnozlaşdırmaq çətindir: “Məhkəmənin tərkibi, ittiham aktını müdafiə edən şəxslər, vəkillər və onların çox sayda olması hər an hər şeyə səbəb ola bilər. Bir prosesdə bir və yaxud iki vəkilin iştirak etməməsi prosesin təxirə salınmasına səbəb ola bilər. Və yaxud hakimlərdən bir və ya bir neçəsinin xəstələnməsi və ya hansısa üzrlü səbəbdən prosesdə iştirak etməməsi mümkündür. Yəni bizim üçün önəmli deyil ki, ilin sonuna qədər onların barəsində hökm çıxsın və bu bir simvolik hökm olsun. Əsas odur ki, onlar həbsdədirlər və məhkəmə prosesləri davam edir”.

Ç.Qənizadə deyib ki, Araik və digər hərbi canilərin həbsi Azərbaycan dövlətinin cəbhədə qazandığı uğurlar qədər ciddi əməliyyatdır: “Azərbaycan hüquq-mühafizə orqanlarının tarixinə yazılacaq bir əməliyyatdır və bu sayda, bu rütbədə, bu çin dərəcəsində, bu səlahiyyətdə olan şəxslərin əksəriyyəti həbs edilib və məhkəmədə Azərbaycan, Azərbaycan xalqı və qanunları qarşısında cavab verirlər. O ki qaldı onların gələcəkdə hökm oxunduqdan sonra Ermənistana ekstradisiya edilməsi məsələsinə, əvvəla, bizim Ermənistanla hər hansı bir əlaqələrimiz olmayıb. Uzun illər onlar işğala başlayandan bu günə qədər hər hansı bir diplomatik, hüquqi və digər siyasi əlaqələrimiz olmayıb, müharibə şəraitində olmuşuq, onlar işğalçılıq siyasəti yürüdüblər. Və gələcəkdə sülh müqaviləsi bağlansa və Azərbaycanla Ermənistan arasında hüquqi sənədlərin imzalanması gedərsə, bu, gələcəyin işidir. Lakin qanunların geriyə qüvvəsi anlayışı var. Qanunlar yüngülləşdirici hallarda geriyə şamil edilə bilər. Yəni onların Ermənistana gedib cəzalarını çəkməsi adı ilə ekstradisiya olunması gözlənilən hal deyil. Çünki onlar Azərbaycan ərazisində cinayət törədiblər, onların böyük əksəriyyəti əvvəllər Azərbaycan vətəndaşı olub, sonra Ermənistan vətəndaşlığını alıblar, daha sonra ikili vətəndaşlıq daşıyıblar. Ona görə də hesab edirəm ki, onlar layiqli cəzalarını Azərbaycanda alacaqlar və cəzalarını ölkəmizdə də çəkəcəklər”.

Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi davam etdirilir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıdan İrəvana sərt tələb – o əski parçalarını yığışdır!

Next

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv