Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bakıdan İrəvana sərt tələb – o əski parçalarını yığışdır!

By Vüsal Rafiqoğlu
17.09.2025 4 Min Read

Paşinyan hökuməti bir yandan sülh sazişinin maddələrini paraflayır, digər tərəfdən parlamentdə separatçı rejimin simvolları nümayiş olunur – kəskin etirazlar 

Ermənistan parlamentinin iclaslarında xüsusən də müxalifət deputatlarının qarşısında çoxdan dəfn olunmuş keçmiş xunta rejiminə aid “artsax bayraqları” görmək olar. Parlament üzvləri qondarma qurumun əski parçalarını önlərinə qoyaraq çıxışlar edirlər. Bu isə qanunverici orqanda açıq şəkildə Azərbaycana qarşı ərazi iddialarını saxlamaq, sülh prosesinə zərər vurmaqdır.

Lakin indiyədək nə parlamentin sədri Alen Simonyan, nə də iclaslarda vaxtaşırı iştirak edən baş nazir Nikol Paşinyan həmin revanşist təfəkkürlü deputatlara buna görə “gözün üstə qaşın var” deməyib. Halbuki Bakı və İrəvan sülh sazişini paraflayıb, Qarabağın Azərbaycana aid olduğu təsdiqlənib, qalır Ermənistan Konstitusiyasına dəyişiklik.

Üstəgəl, Paşinyan ölkəsində “Qarabağ hərəkatı”na imkan verməyəcəyini açıqlayıb. Amma fakt budur ki, “artsax”ın ayaq altına atılmış, döşəmə silməyə yararlı əskiləri Ermənistan parlamentində deputatların qarşısındadır. Eyni zamanda, mifik qurumun keçmiş oyuncaq başçısı Şahramanyan “artsax”ın ləğvi haqda “fərman” imzalayıb. O halda, bir ölkənin qanunverici orqanında niyə bu əski parçaları olmalıdır? Parlament sədri onların yığışdırılmasına tapşırıq verə bilərmi, yoxsa daxili ictimai qınaqdan çəkinir?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

 Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məlum olduğu kimi, bu məsələ sadəcə parlamentdə müxalifətçilərin istəyi deyil, Ermənistanın bugünki siyasi həyatının bariz göstəricisidir: “Necə ola bilər ki, Paşinyan hökuməti sülh sazişinin maddələrini  paraflayıb, Qarabağın Azərbaycana məxsusluğunu qəbul edir, konstitusiya dəyişikliklərinə getməyin vacibliyi haqqında bəyanatlar verir, digər tərəfdən isə parlamentdə separatçı rejimin simvolları – qondarma ”artsax bayraqları” nümayiş olunur?! Bu, sülhün bərqərər olmasına ziddir və revanşist dairələrin təxribat cəhdidir”. A.Nağıyev ardınca digər mühüm məqama da diqqət çəkdi: “Bir məsələni də qeyd etmək vacibdir ki, nə parlament sədri Alen Simonyan, nə də hökumət başçısı Nikol Paşinyan buna qarşı çıxış etmir və ya çıxmaq istəmir. Bunun səbəbi isə daxildə radikal müxalifətin təzyiqindən və ictimai qınaqdan ehtiyatlanmaq, Paşinyana qarşı yeni ”satqın” ittihamlarının yaranmasına gətirib çıxara biləcək amillər, eyni zamanda hökumətin  öz mövqeyini açıq nümayiş etdirə bilməməsidir”. Komitə sədri qeyd etdi ki, əgər Ermənistanın istər ABŞ, istər  Azərbaycan qarşısında, istərsə də beynəlxalq səviyyədə öhdəlikləri varsa, bu “bayraqlar”ın parlamentdə yeri olmamalıdır: “Əks təqdirdə, bu, artıq  ərazi iddialarının siyasi müstəvidə davam etdirilməsi deməkdir. Reallıq isə budur ki, Ermənistan simvolik də olsa, revanşist təfəkkürü parlamentdən yığışdırmalıdır, çünki bu, qarşılıqlı etimada və sülhün bərqərar olmasına ciddi zərbə vurur. Ermənistan nə qədər ki daxili və xarici siyasətində müstəqillik, qətiyyət nümayiş etdirməyəcək, oyuncağa çevriləcək, belə hallar təkrarlanacaq, bu isə ilk növbədə gələcək seçkilərdə özünü göstərəcək”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandıqdan sonra baş nazir Nikol Paşinyan öhdəlik götürüb: “Həmin öhdəliyə görə, o, öz ölkəsində Azərbaycana qarşı hər hansı bir separatçı fəaliyyətə imkan verməyəcək. Artıq Türkiyə ilə bağlı addımlar atılır, Ağrıdağın şəkli Ermənistanın dövlət müəssisələrinin möhüründən çıxarılır. Bu, çox müsbət bir prosesdir. Keçmiş qondarma “artsax”ın əski parçaları isə hələ də Ermənistan parlamentindəki müxalifət fraksiyasının masalarında qalır”. Ekspert qeyd etdi ki, baş nazir Nikol Paşinyan bu məsələdə diqqətli olmalı, Azərbaycanın suverenliyini təhdid edən bir prosesin davam etməsinə imkan verməməlidr: “Ermənistan parlamentində separatçıların “bayrağı”, həmin o əsi parçası qalırsa, burada məsuliyyəti Nikol Paşinyan daşıyır. Həmçinin İrəvanda keçmiş qondarma rejimin ofisi var. Ermənistan rəhbərliyi bunu da ləğv etməlidir. Ümumiyyətlə, Ermənistanın baş naziri bu kimi məsələlərdə zəiflik göstərsə, proses onun əleyhinə işləyə bilər”. M.Əsədullazadə xatırlatdı ki, qondarma keçmiş rejimin nümayəndələrinin Ermənistandakı fəaliyyəti əslində N. Paşinyanın özünə qarşıdır: “Azərbaycan Ermənistandan tələb etməlidir ki, parlamentdən separatçı əski parçalar götürülsün! Bu, sülh prosesinə münasibətdə Ermənistanın səmimi olmadığını göstərir. Yoxsa bunu seçkilərdən sonraya saxlayırsa, yanılır. Çünki bir növ müxalifət belə əski parçalar ətrafında birləşir, həmçinin xaricdən dəstək alır”. Siyasi şərhçi Kremlin tətikləyici roluna da diqqət çəkdi: “Rusiyanın Ermənistanda Qarabağdan köçən ermənilərə “humanitar” dəstəyi göstərir ki, idarə olunan proses var. Biz gözləyirik ki, bu ayın axırı Ermənistan parlamentinin rəhbəri Alen Simonyan parlamentdə qondarma keçmiş “artsax”ın “bayrağ”ını yığışdırsın. Bir məsələni də unutmadıq: Ermənistanda revanşist qruplar sentyabrin 2-də İrəvanda “Qarabağ mitinqi” keçirdi. Bütün bunlarla bağlı Nikol Paşinyan konkret və real addımlar atmalıdır”.

Yazı çapa hazırlanarkən radikalların daha bir addımı ilə bağlı məlumat yayıldı. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı məsələ yenidən gündəmə gətirilib. AZƏRTAC erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyası baş nazir Nikol Paşinyana qarşı etimadsızlığa dair layihəni parlamentə təqdim edib. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 deputatı artıq var. Parlamentdə 28 yeri olan “Ermənistan” fraksiyasının dəstək verib-verməyəcəyi də hələlik bəlli deyil. Amma yenə də 2 imza çatışmır. Bildirilir ki, təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan isə təşəbbüsə dəstək verən yoxdur. İstənilən halda masalarında “artsax”ın əski parçalarını saxlayanların Paşinyana da dil uzatmaları təbiidir. Bu mənada N.Paşinyan özünü müdafiə etmək istəyirsə, əvvəlcə onların Qarabağa uzanmış barmağını qırmalı, əski parçalarının parlamentdən yığışdırılması, İrəvandakı separatçı ofisin qapadılmasına qərar verməlidir. Əks təqdirdə, onun özünün də bu təxribatın içərisində olduğuna şübhə yeri qalmayacaq.

E.PAŞASOY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Payızın əvvəli üçün bu BÜRCLƏRƏ SÜRPRİZ: Pul ağaclardan yarpaq kimi töküləcək

Next

Araik və digər canilərin hökmü yaxınlaşır – son tarix

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv