Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Sinaqoqda “Kalaşnikov” söhbəti – Şeyx II Qareginin maskasını belə yırtdı

By Vüsal Rafiqoğlu
13.10.2025 2 Min Read

Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə ABŞ-dadır. Səfər çərçivəsində o, dünyanın ən nüfuzlu yəhudi din xadimlərindən biri, ravvin Artur Şnayerlə də görüşüb. Görüş Nyu-Yorkdakı sinaqoq kompleksində baş tutub.

Mövzulardan biri Azərbaycan-Ermənistan barışıq prosesi, dini tolerantlıqla bağlı olub. QMİ sədri iki ölkə bu xüsusda rəhbərlərinin konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdiyini, erməni kilsəsi və erməni diasporunun isə bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat apardığını vurğulayıb.

Sitat: “Qəribədir, adətən siyasilər müharibəyə, münaqişələrə və qarşıdurmalara səbəb olurlar, din xadimləri isə sülhə çağırır. Hazırda gördüyümüz mənzərə isə tam tərsidir – siyasi rəhbərliklər sülhə doğru addımlar atır, erməni kilsəsi isə hələ də əlindən “Kalaşnikov”u yerə qoymaq istəmir”.

Məntiqli izah, dəqiq “diaqnoz”…

Məsələ ondadır ki, erməni cəmiyyətində hələ də “miatsum” mərəzinin, “Böyük Ermənistan” virusunun əsas daşıyıcısı, yaxud “yoluxma” mənbəyi məhz erməni kilsəsidir. Məhz kilsə, bu şeytan yuvası, özəlliklə də onun başında duran faşist və irqçi xislətli katolikoslar, II Qaregin axır 100-110 ildə erməni toplumunun başına gələn faciələrin əsas baiskarı, ideoloqudur. Osmanlı Türkiyəsindəki məlum hadisələrdə keşişlərin oynadığı mənfur roldan tutmuş, ta Qarabağ avantürasına qədər (İşğalçı tankların üzərindəki “xaç” simvollarını yada salın).

Bu gün Baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə sülhlə bağlı gündəliyinə, “real Ermənistan” layihəsinə, lap elə onun özünə və hakimiyyətinə ən böyük təhlükə də yenə radikal müxalifətdən çox, kilsədən gəlir. Heç təsadüfi deyil ki, az öncə ölkədə hakimiyyət çevrilişinə cəhdə görə saxlanılanların başında keşiş Baqrat Qalstanyan gedirdi…

Artıq dəfələrlə sübut olunub ki, erməni kilsəsi vaxtaşırı günahsız qanların tökülməsinə vəsilə olmadan öz varlığını saxlaya bilməz. Bu – Allahın fitrətinə tamamən zidd, insan qanına susamış son dərəcə qəddar və əxlaqsız bir təsisat, insanlıqdan kənar terrorçu qurum, dini çuxa altında gizlənmiş silahlı terrorçuların məskəni!

O səbəbə radikal-revanşistlərin hamısı, eləcə də erməni lobbisi kilsəni belə cani-dildən müdafiə edir. “Su axar, çuxurunu tapar”. Həmçinin hazırda həbsdə yatan rusiyalı oliqarx-milyarder, türmədə ikən yeni hərəkat yaradıb Paşinyana meydan oxuyan, kilsəni açıq müdafiə edən, Kremlin desant kimi Ermənistana yolladığı Samvel Karapetyan və başının dəstəsi.

Bu mənada Nikol Paşinyan erməni kilsəsinin timsalında olduqca güclü, maddi resursları böyük bir şər qüvvəsi ilə, güclü şəbəkə ilə amansız savaşdadır. Yəni keşişlərlə, katolikosla mübarizə əslində ən radikal və dağıdıcı müxalifətlə mübarizədir ki, var…

Parlament seçkiləri yaxınlaşdıqca bu savaş sözsüz ki, amansız xarakter alacaq. Söhbət həm də Rusiyanın bəlli səbəblərdən Nikol Paşinyanın rəqibləri sırasında yer almasından gedir. Təhlükəli həmçinin ondadır ki, qarşı tərəfin xüsusən də maliyyə problemi olmayacaq, gözlənilmir. Elə təkcə həbsdəki Karapetyanın varidatı kifayətdir. Əlbəttə ki, indiki hakimiyyətin siyasi səhnədən getməsi üçün imkanlı erməni lobbisi də pul-parasını əsirgəməyəcək. Daha bir səbəbə: bu, radikal-revanşistlərin son savaşıdır.

Odur ki, Paşinyan və komandasının bu davadan məğlub ayrılmağa haqqı yox. Məğlubiyyət ondan ötrü siyasi və hətta fiziki ölüm, yoxluq demək olacaq. Elə Ermənistan adında simvolik dövlət üçün də. Ümid edək ki, erməni toplumu başına gələnlərdən nəhayət, düzgün dərs alıb. Elədirsə, o, avantüristlərin hakimiyyətə qayıdışına bir daha izn verməməlidir – nə seçkilərlə, nə də qanunsuz yolla. Nikolun daxili terrorçularla mübarizəsində ən etibarlı müttəfiqi və son silahı da elə budur…

Zahid SƏFƏROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

Next

Rəşad Dağlı bu vaxt əfv oluna bilər – Qanun belə deyir

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv