Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

BBC Nardarana görə Azərbaycanı hədəf aldı

By Vüsal Rafiqoğlu
17.10.2025 4 Min Read

Britaniya yayımı niyə yenidən qurulan bu kəndə İran mühafizəkarları ilə eyni münasibət nümayiş etdirir?

Britaniya Yayım Korporasiyası – BBC yenidən Azərbaycanı hədəf alıb. “Yeni Müsavat” yada salır ki, BBC Vətən müharibəsindən sonra 2017-ci ildə qanunsuz olaraq Cəbrayıldakı tikilini “qədim erməni ibadətgahı” kimi təqdim edərək göz yaşları tökmüş, Avropa Birliyinin rəhbərlərindən olan Ursula fon der Leyenin Bakıya səfərinə qarşı çıxaraq bunu “İlham Əliyevin hakimiyyətini gücləndirmək” istəyi kimi təqdim etmiş, hətta COP29-da da Azərbaycana qarşı açıq təxribatlardan çəkinməmişdi.

Bu dəfə BBC Azərbaycanda həssas mövzu olan dinlə bağlı təxribatçı mövqe sərgiləyib. Minval.az xəbər verir ki, BBC “Azərbaycanın ilk kazinosu niyə müsəlmanların müqəddəs yerlərinin yanında tikilir?” başlıqlı təxribatçı məqalədə iş adamı Emin Ağalarova məxsus kurort zonasında “antimüsəlman əhvaldan” yazıb.

“Sea Breeze”də həddindən artıq qiymətli daşınmaz əmlaklar satıldığı haqda qeyddən sonra BBC “Nardaranın keçmiş sakini, İslam Partiyasının üzvü, indi isə Almaniyada siyasi mühacirətdə olan” Ələmdar Bünyadovun mövqeyini dərc edib. Hələ 1995-ci ildə ləğv edilmiş bu partiyanı BBC jurnalistləri “dünyəvi hakimiyyətə əsas dini alternativ” elan ediblər. BBC-yə danışan mühacir iddia edir ki, guya “Nardaranda üç nəfərdən çox adamın toplaşması qadağandır, çayxanalar bağlanıb, insanlar kreditlə ərzaq alır, orta maaş Bakıdakının yarısı qədərdir”.

BBC Azərbaycana qarşı xain mövqeyi şübhə doğurmayan Arif Yunusun da Nardaran və dini durum haqda təxribatçı iddialarına yer verib. BBC jurnalistləri Azərbaycanda mətbuata açıq olması ilə tanınan Emin Ağalarovdan bu sərsəm iddialara mövqe almaq zəhmətini çəkməyib. Əvəzində isə BBC Nardaran islamçılarının, daha doğrusu, siyasi mühacirlər arasında İran agentlərinin tələb və şüarlarını açıq şəkildə tirajlayıb.

Maraqlı olan sual budur ki, BBC niyə Nardaran kəndinə daima “diqqəti olan” İran mühafizəkarları ilə eyni “canıyanan” mövqe nümayiş etdirib? Üstəlik, Britaniya nəşri məsələni təhrif edib. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək.

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi | Modern.az

Akif Nağı

“Yeni Müsavat”a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi ki, bəzi xarici mərkəzlərin Azərbaycanla bağlı siyasəti aydındır: “Onlar bəhanələr axtarırlar ki, ölkəmizə təzyiq göstərsinlər. Burada BBC-nin qətiyyən İslam təəssübkeşliyindən söhbət getmir. Sadəcə, əllərinə bəhanə düşüb ki, Azərbaycan hakimiyyətinə hücuma keçsinlər. Ona görə də Nardaran amilindən, dini həssaslıqdan iqtidara qarşı əks-təbliğat kimi istifadə edirlər”.

A.Nağı Qərbin nüfuzlu KİV-nin bu təqdimatını spekulyasiya adlandırdı: “Belə görünür ki, guya onlar dini dəyərlərə hörmətlə yanaşırlar, hakimiyyət isə yox. Təbii ki, yanlış rəy yaratmaq cəhdidir. Bu mərkəzlər indiyə qədər ermənilər tərəfindən müsəlman abidələrinin, qəbirlərin dağıdılmasına bir söz deməyiblər. Qarabağda 65 məscidimiz dağıdılıb, bu media subyektləri susublar. Ona görə də anti-Azərbaycan dairələrin işi hansısa bəhanə tapıb qarayaxma kampaniyası başlamaqdır. Yəni əldə çıraqla gəzirlər ki, nəyisə şişirsinlər. Əgər BBC kazinonun əleyhinədirsə, nə üçün Avropada olan həmin obyektlər haqda danışmırlar, kazinoların kilsələrə yaxın olduğunu demirlər? Avropada müsəlmanlara münasibətdən söz açmırlar? Aydın məsələdir ki, görməzdən gəlirlər. Ancaq bizə gəldikdə bunu qabardırlar”.

Partiya lideri əlavə etdi ki, Azərbaycanda qanun qəbul olunub, kəndlərdən, evlərdən kifayət qədər uzaqda tikinti aparılır, leqallaşdırma istiqamətində addımlar atılır, milçəkdən fil düzəldib oyunbazlığa ehtiyac yoxdur.

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu dedi ki, kazino açılması süni torpaqlar üzərində nəzərdə tutulub, bunun Nardaranla əlaqəsi yoxdur. Onun sözlərinə görə, Britaniya nəşri açıq şəkildə təhrifə yol verib və qızışdırıcı mövqedən çıxış edib: “Burada çirkin niyyət göz qabağındadır. BBC bununla dini cameəni, inanclı insanları qıcıqlandırmağa çalışıb. Halbuki kökündən səhv təqdimatdır. Amma Britaniya radiosu İslam dərdi çəkən olub və hakimiyyətlə inanclı kəsimi üz-üzə qoymaq istəyib. Məlumdur ki, Nardaranda bir neçə il qabaq hadisələr olub, həssas yerlərdən biridir, əhali imanlı, dinə bağlıdır. Bu faktdan sui-istifadə edən BBC elə rəy yaradır ki, guya Emin Ağalarov məscidlərin yaxınlığında, yaxud dindar əhalinin olduğu ərazinin ətrafında kazino açır. Bax, incə nünas bundan ibarətdir. Hərçənd tamamilə səhv təbliğatdır”.

Hüquq müdafiəçisinin fikrincə, Nardarandan uzaqda, Xəzərin süni torpaqlarında kazino açılması nəzərdə tutulur ki, bunun Nardaranla, ümumiyyətlə, Bakı kəndləri ilə əlaqəsi yoxdur: “Onu da nəzərə almalıyıq ki, kazinolar ölkənin bütün ərazisini yox, yalnız süni torpaq sahələrini əhatə edəcək. Üstəgəl, kifayət qədər sərt tələblər əsasında lisenziya ala bilərsiniz. Eyni zamanda çoxsaylı amillər, o cümlədən sosial-mənəvi aspektlər gözlənilməklə bu obyektlər ciddi nəzarət altında fəaliyyət göstərə biləcək. Etiraf etməliyik ki, bu sahədə fəaliyyətə qadağa effektiv ola bilməz. Çünki ötən dövrün təcrübəsi də göstərir ki, zaman-zaman Azərbaycanda gizli kazinolar yaradılıb və dəfələrlə hüquq-mühafizə orqanları bu cür fəaliyyətləri aşkar edib. Eyni zamanda fırıldaqçılıqla məşğul olan onlayn kazinoların fəaliyyəti kifayət qədər geniş vüsət alıb. Bu mənada qanun layihəsinin timsalında kazino fəaliyyətinin hüquqi bazası formalaşarsa, qeyri-leqal oyun biznesi və fırıldaqçılığa ciddi zərbə olar, vergidən yayındırılan vəsait dövlət büdcəsinə yönəldilər”.

Qeyd edək ki, 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanun qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edib. Qanun süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur. “Azərbaycanda kazino fəaliyyəti ölkə Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Sərəncamı ilə 27 yanvar 1998-ci il tarixində qadağan olunmuşdu.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiya qazının Azərbaycan üzərindən İrana nəqli üçün hər şey hazırdır

Next

Mehdiyevin adı yenidən “Tərtər işi”ndə

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv