Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Mehdiyevin adı yenidən “Tərtər işi”ndə

By Vüsal Rafiqoğlu
17.10.2025 4 Min Read

Sabiq PA rəhbəri bu cinayət işinə görə məhkəmə sistemindən uzaqlaşdırılan şəxsə niyə vəzifə veribmiş?; təhlükəsizlik eksperti və hüquqşünasdan fərqli rəylər

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin ev dustağı edilməsi və barəsində 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülməsi ətrafında ən müxtəlif iddialar səslənməkdədir.

Sabiq təhsil naziri Misir Mərdanov da Globalinfo.az-a açıqlamasında maraqlı iddia səsləndirib. Keçmiş nazir deyib ki, Ramiz Mehdiyevin həbsi “Tərtər işi”nin açılmasına müəyyən qədər köməklik göstərə bilər.

Mehdiyev 1995-2019-cu illərdə PA-ya rəhbərlik edib, 2019-2021-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olub. “Tərtər işi” Azərbaycanda 2017-ci ildə baş verən və hərbi qulluqçulara qarşı işgəncə, qanunsuz azadlıqdan məhrum etmə və digər hüquq pozuntuları ilə əlaqəli olan genişmiqyaslı cinayət işidir. İstintaq 2021-ci ildə yenidən başlanıb və bir çox yüksək rütbəli hərbi və hüquq-mühafizə orqanı əməkdaşları cinayət məsuliyyətinə cəlb olunub.

Bilirik ki, “Tərtər işi”nin təşkilatçılarından biri kimi Ramiz Mehdiyevin də adı hallanırdı. “Tərtər işi” üzrə dəfələrlə zərərçəkmişlərin dilindən səsləndirilib ki, baş verənlərdə Rusiya kəşfiyyat orqanının əli olma ehtimalı yüksəkdir və işgəncənin təşkilatçıları kimi irəli sürülən əsas adlara və kimliklərə baxdıqda onların dövlətimizə sızdırılmış rus emissarları olma ehtimalları güclənirdi.

Tərtərdə günahsız hərbçilərimizə divan tutulanda Ramiz Mehdiyev PA-nın rəhbəri idi. Media o zaman yazırdı ki, Tərtər işlərinə görə məhkəmə sistemindən uzaqlaşdırılan Kamal Əliyev 2021-ci ilin mayında Ramiz Mehdiyev tərəfindən AMEA-nın hüquq şöbəsinin müdiri təyin edilibmiş. Kamal Əliyev özü barədə olan açıq və bioqrafik məlumatlarda əsas bilgiləri gizlətsə də, məlum olmuşdu ki, o, hələ 2000-ci ildən Hərbi Məhkəmədə hakim kimi fəaliyyət göstərib. Eləcə də 2017-ci ildə Tərtər Hərbi Məhkəməsinin hakimi kimi bir neçə əsgər və zabitə ağır ittihamedici maddələr üzrə ədalətsiz hökmlər oxuyub.

Bir müddət əvvəl Kamal Əliyev sabiq deputat Elton Məmmədovu məhkəməyə vermişdi. Onun sözlərinə görə, sabiq deputatın “Tərtər işi” ilə bağlı ona qarşı irəli sürdüyü iddialar əsassızdır: “Mənə məhkəmədə dedi ki, sən Nəcməddin Sadıqovla birləşmisən”.

Qəribədir, 2017-ci ildə o xoşagəlməz cinayətdə uğursuz hakimlik edənlərdən biri niyə gəlib məhz Ramiz Mehdiyevə sığınsın? Niyə Ramiz Mehdiyev adıkeçən hüquqşünası illər sonra AMEA-nın hüquq şöbəsinin başına keçirsin?!

Sərdar Cəlaloğlu geri çəkildi | Modern.az

Sərdar Cəlaloğlu

Yeri gəlmişkən, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da “Reytinq” qəzetinə müsahibəsində deyib ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq: “Azərbaycanda ziyalıların, azad fikirli insanların, müxalifətin hakimiyyətdə və parlamentdə təmsil olunmasının qarşısını alan yeganə qüvvə Mehdiyev idi. İşlədiyi dövrdə ölkədəki bütün həbslərin “memarı” da Mehdiyev olub. Qənaətimcə, “Tərtər işi”ni ciddi araşdırsaq, onun həyata keçirilməsinə, bunu edən insanlara da Mehdiyev tərəfindən tapşırıq verildiyini müəyyən etmək mümkündür. Mehdiyev Rusiyaya və özünə yaxın şəxsləri Azərbaycanda müxtəlif vəzifələrə yerləşdirmişdi. O cümlədən biznesin, iqtisadiyyatın ruspərəst qüvvələrin əlinə keçməsi üçün çalışıb, bu işdə müstəsna xidmətlər göstərib.

İlham İsmayıl saxlanılıb

 İlham İsmayıl 

“Yeni Müsavat”a gözləntilərini şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl Mehdiyevin “Tərtər işi” ilə birbaşa əlaqəsini az ehtimal edir. Onun fikrincə, sabiq PA rəhbərinin dolayısı şəkildə bu hadisələrlə əlaqəsi ola bilər, lakin İ.İsmayıl Mehdiyevə cinayət işi açılmasından sonra Tərtər hadisələri ilə bağlı yeni təkan gözləmir: “Ola bilsin ki, Ramiz Mehdiyev Tərtər hadisələrində adı keçənlərdən kimlərisə vəzifələrə qoyub, amma bu iş Müdafiə Nazirliyi ilə bağlı məsələ idi. Ona görə də Ramiz Mehdiyevə açılan cinayət işinin Tərtərdəki olayların araşdırılmasına təkan verəcəyini gözləmirəm. Onsuz da “Tərtər işi” ilə bağlı kifayət qədər addımlar atılıb, bəraət alanlar da olub, tutulanlar da. Bu baxımdan, Ramiz Mehdiyevin bu hadisələrdə dolayısı ilə əlaqəsi istisna deyil, açığı, birbaşa bağlantısını görmürəm”.

Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ

Qulamhüseyn Əlibəyli

Hüquqşünas Qulamhüseyn Əlibəyli isə “Yeni Müsavat”a deyib ki, təkcə Tərtər hadisələri deyil, bir çox məsələlərə yenidən baxılmalıdır. Onun fikrincə, bu hadisələr Ramiz Mehdiyevin PA rəhbəri vəzifəsi tutduğu dövrlərdə baş verib: “Məlumdur ki, Azərbaycanda istintaq prosesləri müxtəlif formalarda aparılıb. Bu istintaq aparılarkən həmin dövrdə ikinci şəxsin əlaqəsi və ya prosesin onun nəzarətində olması şübhə doğurmur. Ona görə bu hadisələrə yenidən baxıla bilər. Düzdür, “Tərtər işi”nin təkrar istintaqı aparıldı, amma yenə də tam qapanmadı. “Tərtər qətliamı”nda Azərbaycan Ordusunun bir hissəsini işgəncə ilə məhv ediblər və burada Rusiyanın barmağının olması da, Kremlə bağlı birinin bağlantısı da tamamilə mümkündür. Ona görə bu məsələlərin yenidən nəzərdən keçirilməsi zəruridir”.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərinin aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

BBC Nardarana görə Azərbaycanı hədəf aldı

Next

Müxalifətdəki “5-ci kolon”- kimlər qalır?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv