Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Əcnəbi ilə evlənmək: irsi xəstəliklərin sonumu, milli dəyərlərin itkisimi?

By Vüsal Rafiqoğlu
25.10.2025 3 Min Read

Son illərdə Azərbaycanda maraqlı və mübahisəli bir tendensiya müşahidə olunur. Belə ki, azərbaycanlı qadın və kişilərin əcnəbilərlə ailə qurması halları nəzərəçarpacaq dərəcədə artıb. Bu fakt cəmiyyətin müxtəlif təbəqələrində fərqli reaksiyalar doğurur: bəziləri bunu sosial-mədəni açılım və qloballaşmanın təbii nəticəsi kimi dəyərləndirir, digərləri isə milli-mənəvi dəyərlərə, ailə institutuna və hətta genefonda potensial təhlükə kimi baxır.

Sosioloqların fikrincə, bu prosesin miqyası artmağa davam edərsə, uzunmüddətli perspektivdə Azərbaycan cəmiyyətinin demoqrafik və genetik strukturunda müəyyən dəyişikliklər baş verə bilər. Onların sözlərinə görə, artıq bəzi ailələrdə mədəniyyət, dil və tərbiyə fərqləri ciddi problemlər yaradır. Belə nikahların sayının çoxalması bir tərəfdən, fərqli xalqlar arasında əlaqələri gücləndirsə də, digər tərəfdən milli kimliyin qorunması məsələsini aktuallaşdırır.

Sosioloqlar hesab edirlər ki, yaxın illərdə bu meyl daha da güclənərsə, azərbaycanlı gənclər özlərinə uyğun partnyor tapmaqda çətinlik çəkə bilərlər. Xüsusilə də kənd və kiçik şəhər yerlərində yaşayan gənclərin evlilik imkanları məhdudlaşa bilər. Bu isə psixoloji gərginlik, ailə institutuna inamsızlıq və sosial təcrid kimi problemlərin artmasına səbəb ola bilər.

Lakin məsələyə fərqli baxış bucağından yanaşanlar da az deyil. Onların fikrincə, əcnəbilərlə evlilik heç də genefondu zəiflətmir, əksinə, onu daha da zənginləşdirir. Bioloqlar və genetiklər bu cür nikahların genetik müxtəlifliyi artırdığını, nəticədə irsi xəstəliklərin azalmasına və sağlam nəsillərin formalaşmasına şərait yaratdığını vurğulayırlar. Qan qohumluğu və genetik yaxınlıqdan yaranan irsi problemlər baxımından, müxtəlif genetik fondan gələn insanların ailə qurması orqanizmin adaptasiya qabiliyyətini yüksəldir və immun sistemini gücləndirir.

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a danışıb. Baş həkim də qeyd edib ki, son illər Azərbaycanda azərbaycanlı gənclərin əcnəbilərlə evlənməsi tendensiyası aydın şəkildə hiss olunur: “Əslində, bu proses yeni deyil, onun kökləri müstəqillik dövrünün başlanğıcına qədər uzanır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya açıldı, beynəlxalq əlaqələr genişləndi, gənclər daha çox xaricdə təhsil almağa, işləməyə və yaşamağa başladılar. İlk belə nikahlar əsasən qardaş Türkiyə Respublikasından olan şəxslərlə qurulurdu. Daha sonra isə bu proses sərhədləri aşaraq Avropa, Asiya və digər ölkələrdən olan insanlarla ailə bağlarına çevrildi.

Bu tendensiyanın formalaşmasının bir çox sosial və iqtisadi səbəbi var. Əvvəla, dünyanın “kiçilməsi”, yəni qloballaşmanın, texnologiyanın və kommunikasiya vasitələrinin inkişafı insanların bir-birinə daha yaxınlaşmasına səbəb olub. Xaricdə təhsil alan, beynəlxalq şirkətlərdə çalışan, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin ünsiyyət dairəsi təbii olaraq genişlənib. Nəticədə müxtəlif millətlərdən olan insanlar arasında emosional yaxınlıq, dostluq və bir sıra hallarda ailə qurmaq istəyi yaranır”.

Zülfüqar Yusifovun fikrincə, bu prosesin qarşısını almaq çətindir:

“Bəlkə də heç almaq da lazım deyil. Çünki bu, yalnız Azərbaycanda deyil, demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində müşahidə olunan təbii bir haldır. Cəmiyyətlər bir-birinə inteqrasiya etdikcə, mədəni sərhədlər yumşalır və millətlərarası evliliklər çoxalır. Əslində, bu, həm turizmin, həm də beynəlxalq əməkdaşlığın artmasının bir nəticəsidir. Məsələn, daha turistik və açıq iqtisadiyyata malik ölkələrdə əcnəbilərlə evlilik faizi də daha yüksəkdir.

Bununla belə, məsələnin digər tərəfi də var. Dini, mental və mədəni baxış bucağından bu cür nikahlara münasibət fərqli olur. Ənənəvi düşüncə tərzinə malik insanlar hesab edirlər ki, əcnəbilərlə evlilik milli kimlik, dil və dəyərlərin qorunması baxımından risk yaradır. Digər tərəfdən isə dünyəvi və elmi baxışa sahib olanlar bildirirlər ki, genetik baxımdan uzaq nikahlar sağlam nəsillərin yaranmasına kömək edir. Genetik müxtəliflik irsi xəstəliklərin azalmasına, orqanizmin daha dayanıqlı olmasına şərait yaradır. Əslində, tarix boyu müharibələr, imperiyalar və miqrasiyalar nəticəsində xalqlar arasında genetik qarışıqlar daim baş verib. Bugünkü fərq ondadır ki, bu proses indi daha sivil, könüllü və qarşılıqlı seçim əsasında həyata keçir”.

Zülfüqar Yusifov hesab edir ki, əgər belə nikahlar sevgi, hörmət və qarşılıqlı anlaşma üzərində qurulursa, bu, nə təkcə fərdlər, nə də cəmiyyət üçün təhlükə sayılmamalıdır:

“Əksinə bu, fərqli mədəniyyətlərin bir araya gəlməsi, tolerantlığın və qarşılıqlı öyrənmənin nümunəsidir.

Təbii ki, daha ürəkaçan olardı ki, gənclərimiz öz həmvətənləri ilə ailə qursunlar, vətəndə yaşasınlar, yaxınlarının yanında olsunlar və cəmiyyətin inkişafına birbaşa töhfə versinlər. Lakin reallıq göstərir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da milli maraqlar baxımından böyük rol oynayırlar. Onlar diaspor fəaliyyətində iştirak edir, Azərbaycanı təmsil edir, mədəniyyətimizi tanıdır və beynəlxalq müstəvidə ölkəmiz haqqında müsbət imic formalaşdırırlar.

Nəticə olaraq, əcnəbilərlə evliliklərə yalnız emosional və stereotipik prizmadan deyil, həm də sosial, genetik və mədəni reallıqlar baxımından yanaşmaq lazımdır. Əgər bu proses düzgün istiqamətdə idarə olunarsa, o zaman milli kimliyimizi qorumaqla yanaşı, daha açıq, tolerant və dünyaya inteqrasiya edən bir cəmiyyət formalaşdıra bilərik”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı metrosunda DAVA – HƏBS EDİLDİLƏR

Next

Bərdədə maşın arxa aşdı – Ölən var

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv