Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

300 metrlik zülm: Yeni Klinikanın qarşısında niyə dayanacaq yoxdur? – AYNA-dan açıqlama

By Vüsal Rafiqoğlu
27.10.2025 2 Min Read

Yeni Klinikaya ictimai nəqliyyatla getmək bir zülmə çevrilib.

Musavat.com-un redaksiyasına müraciət edən paytaxt sakinləri bildirirlər ki, xəstəxananın qarşısında avtodayanacaq olmadığı üçün avtobuslar klinikadan təxminən 300 metr aralıda dayanır. Bu məsafə yaşlı və xəstə insanlar üçün ciddi çətinlik yaradır. Sakinlər qeyd edirlər ki, insanlar həmin yolu piyada qət etməli olurlar ki, klinikaya daxil ola bilsinlər.

“Ötən dəfə avtobusla yaşlı anamı xəstəxanaya aparırdım. Təsəvvür edin, əsa ilə gəzən anam avtobusdan düşdü və neçə yüz metrlik yolu piyada getdi. Klinikaya çatanda halı pisləşdi. Olmazmı ki, avtodayanacaq birbaşa klinikanın qarşısında quraşdırılsın? Xəstə və yaşlı insanlar niyə nəzərə alınmır?”, – deyə sakinlər bildiriblər.

Onların sözlərinə görə, ictimai nəqliyyatla klinikaya gələn pasiyentlər və yaşlı insanlar üçün dayanacaq elə klinikanın qarşısında yerləşdirilə bilər.

Sakinlər həmçinin qeyd edirlər ki, yeraltı piyada keçidi iki dayanacaq arasında quraşdırılıb, çox güman ki, ətrafdakı digər qurumlar nəzərə alınıb. Lakin klinikaya gedən vətəndaşların rahatlığı prioritet olmalıdır. Klinikanın çıxışında dayanacaq olsa da, prospektin digər hissəsində vəziyyət fərqlidir.

8cd7a81e-bf00-450f-9b98-e6bd603476f3.jpg (102 KB)

Məsələ ilə bağlı Musavat.com-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, şəhərdən “Koroğlu” metrostansiyasına gedərkən klinikanın qarşısında avtobus dayanır. Lakin “Koroğlu” stansiyasından şəhər istiqamətinə gedən marşrutda sərnişinlər Dövlət Neft Fondunun yaxınlığındakı dayanacaqdan piyada getməli və yeraltı keçiddən keçməlidirlər.

RAUF SON.jpg (32 KB)

Ekspert əlavə edib ki, yeraltı keçiddə eskalatorların bəzən işləməməsi xəstə və yaşlı sərnişinlər üçün əlavə çətinlik yaradır.

“Ümumi olaraq “Koroğlu” stansiyasından başlayaraq axınlar sakitləşdirilməli, işıqforlarla nizamlanmalı, hissə-hissə buraxılma sistemi tətbiq edilməlidir. Zebralı keçidlər təşkil olunmalı, səkilər abadlaşdırılmalı və dayanacaqlar klinikanın yaxınlığında yerləşdirilməlidir. Nəqliyyat əlçatanlığı təkcə avtobusun ora gəlməsi ilə bağlı deyil, həm də səkilərin vəziyyəti və keçid imkanları ilə ölçülür”, – deyə R. Ağamirzəyev vurğulayıb.

Ekspert bildirib ki, şəhər daxilində 300 metrdən bir dayanacağın təşkili, xüsusən həssas yerlərdə, nəqliyyat əlçatanlığını artırar. Eyni zamanda səkilər işıqlı, rəvan və panduslarla təchiz olunmalı, yolun digər tərəfinə keçid rahat təmin olunmalıdır:

“Bu məsələlər bir qurum tərəfindən deyil, bir neçə aidiyyəti qurumun koordinasiyalı fəaliyyəti ilə həll olunmalıdır: AYNA dayanacaqları quraşdırır, svetoforları DİN, səkilərlə isə icra hakimiyyəti təmin edir”.

Ağamirzəyev vurğulayıb ki, TƏBİB məsələni aidiyyəti qurumların diqqətinə çatdırmalıdır. Onun sözlərinə görə, “Ulduz” metrostansiyasından Yeni Klinikaya gələn səkilərin vəziyyəti də bərbaddır, bəzi yerlərdə isə ümumiyyətlə səki yoxdur.

58d89362-501a-49c2-85be-732fde804645.jpg (107 KB)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Musavat.com-a məsələ ilə bağlı bildirilib ki, Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyası istiqamətində Yeni Klinakanın qarşısında dayanacaq məntəqəsi mövcuddur:

“AYNA tərəfindən şəhər istiqamətində sərnişin tələbatı və infrastruktur şərait öyrənilərək dayanacaq məntəqəsinin təyin olunması məsələsinə baxılacaq”.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Meksikaya səfir təyin olunan Seymur Fətəliyevin DOSYESİ

Next

Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv