Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bakıda “Şirinquş”lar peyda olub – əməkdaşlarımızın gördükləri – FOTOLAR

By Vüsal Rafiqoğlu
28.10.2025 3 Min Read

O vaxtlar hər şey daha sadə idi. Qonşuların qapısı bağlı qalmaz, uşaqlar axşamacan həyətlərdə tumançaq qaçardı. Küçələrin küncündə tum qabıqları səpələnər, nənələrin bükdüyü qəzet kağızlarının içindən günəbaxan tumlarının iyi gələrdi. Günəşin istisində əriməsin deyə kölgədə gizlədilən, şüşə bankalarda par-par yanan rəngbərəng “Şirinquş”lar isə həmin günlərin ayrılmaz simvolu idi.

O xoruz formasında bərk şəkərlər — sanki uşaqlığımızın öz dadı idi. Qırmızı, narıncı, bəzən qəhvəyi rəngdə, işığın altında bal kimi parlayan o “Şirinquş”lar əlimizə yapışardı. Ən çox da məktəbdən qayıdanda, cibimizdə qalan 20 qəpiyə o xoruzdan almaq dünyanın ən böyük xoşbəxtliyi idi. İllər keçdi. Küçələr dəyişdi, binalar ucaldı, bazarların yerini iri ticarət mərkəzləri tutdu. Amma 8-ci kilometr bazarının küncündə, hələ də bir köhnə stendin arxasında o şirin qoxu dayanır.

Musavat.com əməkdaşı olaraq həmin stendə yaxınlaşır, satıcı ilə söhbətləşirik.

Satıcının stendinə yaxınlaşanda bir anlıq özümü 1990-cı illərin küçəsində hiss edirəm. Masanın üzərində sıra ilə düzülmüş xoruz formalı “Şirinquş”lar, yanlarında pambıq kimi ağ şirin pambıqlar… Qəfil uşaqlıq illərimin şəkərli səsi qulağımda çalınır — “al, bu sənə, amma dişləmə, evdə yeyərsən”.

Satıcı özünü təqdim edir:

— Adım Turaldır. Dayım 35 ildən çoxdur bu işlə məşğuldur. Mən də uşaqlıqdan bu işin içindəyəm, indi 32 yaşım var. O, bir “Şirinquş”u əlinə alıb diqqətlə baxır, sanki uşaqlıq dostuna baxırmış kimi.

— Bunları biz özümüz hazırlayırıq. Dədə-baba üsulu ilə. Sadəcə şəkər və rəng qatırıq. Qəliblərə tökürük, çubuğu qoyuruq, sonra soyumağa buraxırıq. Əl dəymədən, təmiz şəraitdə. Bizim üçün bu təkcə qazanc deyil, uşaqlıq xatirəsidir.

Tural danışdıqca, arxadan bir nənə yaxınlaşır. Yanında balaca nəvəsi var. Nənə gülümsəyərək iki “Şirinquş” alır, biri nəvəsinə, biri özünə.

— Bilirsən, qızım, biz uşaqlıqda bunları çox sevərdik. Məktəbin qarşısında satardılar. Elə bil o illərin dadı idi bu. Nəvəsi maraqla xoruzu işıqda fırladır, bərq vuran qırmızı şəkərə baxa-baxa dişləyir. Nənə bir anlıq dalğınlaşır, sanki illərin o üzünə keçir.

Tural davam edir:

— İndi alıcılarımız əsasən o dövrü görənlərdir. Elə babalar, nənələr. Bəzən uşaqlarına, nəvələrinə alırlar, uşaqlıqlarından danışırlar. Gənclər elə də çox almır, amma görən kimi maraqlanırlar.

O, bir az hesablama aparır, sanki köhnə dəftərindəki rəqəmləri xatırlayır:

— “Şirinquş”un biri 50 qəpikdir. Gün ərzində 70-80 dənə satırıq. Amma bəzən 50 olur, bəzən 100. Biz 100 dənə gətiririk, satılana kimi dayanırıq.

Hazırlamaq bizə təxminən 13 qəpiyə başa gəlir. Çətin olsa da, işimi çox sevirəm.

Yayda çətir tutduğunu, qışda isə əlcək taxdığını söyləyir. “Əriməsin deyə çətir tuturam”, deyir, gülür.

Bazarda bir az dolaşdıqca sanki hər addımda uşaqlıq səhnələri canlanır. Günəbaxan tumlarının qoxusu, pambıq şirəsinin barmaqlara yapışan şəkəri… Hamısı bir filmin kadrları kimi gözümün önündən keçir.

Bir zamanlar sadə bir “Şirinquş” almaq üçün növbəyə duran uşaqlar indi valideyn, bəziləri isə baba-nənə olublar. Amma o xoruz şəkərinin dadı, sanki illərin yaddaşında ilişib qalıb. Bu kiçik bazar köşəsində Tural və onun kimi insanlar bir dövrün mədəniyyətini yaşadırlar. Bazardan ayrılarkən mənim əlimdə də üç “Şirinquş” var idi- biri mənim, digərləri isə övladlarımın. Qırmızı, yaşıl, qəhvəyi…

Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı həbsxanasında İNSİDENT: məhkum özünü deşdi, biz qarnında qaldı

Next

Ceyhun Bayramov Omana GETDİ

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv