Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan Prezidenti olan yerdə uğur var

By Vüsal Rafiqoğlu
19.11.2025 2 Min Read

İkinci Qarabağ müharibəsindəki möhtəşəm Qələbədən sonra ölkəmiz xarici siyasətində də böyük irəliləyişlər əldə etdi. İqtisadi və siyasi tərəfdaşlıq sahələrində qazandığı sıralanmış  yeni uğurlar onu Cənubi Qafqaz regionunda lider dövlətə çevirdi.

Yeni uğur Mərkəzi Asiya ölkələri liderlərinin iştirakı ilə bu günlərdə  Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması oldu.

Qeyd edək ki, indiyə qədər Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya sammitlərində fəxri qonaq statusunda iştirak edirdi. İndi isə dövlətimizin başçısı vurğulayır ki, Azərbaycan təkcə sammitin deyil, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadi əməkdaşlığının tamhüquqlu iştirakçısına çevrilir. Bu fakt təkcə Mərkəzi Asiyada deyil, həm də Cənubi Qafqazda yeni reallığın formalaşdığını göstərir.

Prezident  İlham Əliyev ölkəmizi Mərkəzi Asiya dövlətlərinin Türkiyə ilə ticarətində əsas tranzit mərkəzinə çevirməyi planlaşdırır. Bu planın baş tutması türk dünyasına böyük töhfə olacaq. Danışıqlar və razılaşmalar onu göstərir ki, bu xoş niyyət reallaşacaq. Bununla da əlaqələr Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında iqtisadi birliyin parlaq nümunəsinə çevriləcək və türk dünyasının birliyini təkcə bəyanatlar səviyyəsində deyil, real iqtisadi əlaqələrdə də nümayiş etdirəcək. Vurğulamaq yerinə düşər ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəni və Azərbaycanı Mərkəzi və Orta Asiya ölkələri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına xeyir-duasını verib. Hətta həmin kommunikasiya xəttini “Tramp yolu” adlandırıb. Bu platformaya formal olaraq türk dünyasına aid olmasalar da, digər ölkələrin də, məsələn, Tacikistan və Ermənistan kimi ölkələrin də qoşulması mümkündür və onlar da bu yoldan istifadə etməklə külli miqdarda qazanc götürə bilərlər.

Lakin bununla bərabər, yeni nəqliyyat marşrutlarının formalaşması ilə yanaşı, yeni geosiyasi ittifaq da yaranır. Mərkəzi Asiya ölkələrinin rəhbərləri ilk dəfədir ki, ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirdikləri görüşdən sonra bir araya gəlirlər. Bu da region üçün görünməmiş hadisədir. Postsovet məkanında yerləşən Mərkəzi Asiya dövlətlərinin liderləri onilliklər boyu Vaşinqtonda olmamışdılar. Bunun səbəbi məlumdur. Onların okeanın o tayına getməsi qadağan olunmuşdu. Həmin vaxtlar ölkələr imperializm və sosializm  adı altında qütbləşməyə gedirdi. Keçmiş SSRİ-nin təsir dairəsində olan ölkələr ABŞ-la normal münasibət saxlamırdılar. Onlara formal olaraq azadlıq verilsə də əslində başda ABŞ olmaqla xarici dövlətlərlə əlaqə yaratmaq qəti qadağan olunmuşdu. Bir sözlə, Sovet hakimiyyəti tabeliyində olan on dörd respublikanın ərazisini xalqlar həbsxanasına çevirmişdi. O vaxt on dörd respublikanı yalnız SSRİ dövləti təmsil edirdi. Zorla birləşdirilmiş “müttəfiq” respublikaların başçıları sərbəst xarici siyasət yürüdə bilməzdilər. Hətta bunu xəyallarına belə gətirməzdilər. Ona görə də “müttəfiq” respublikaların rəhbərlikləri yalnız iqtisadiyyat və sosial məsələlərlə məşğul ola bilərdilər. Qısaca desək, on dörd respublikanın əhalisi hər cür ağır zəhmətə qatlaşıb yalnız ittifaq büdcəsini doldurmalı idi.

Ancaq zaman dəyişdi, xalqlar müstəqillik qazandılar, öz ölkələrinin və talelərinin sahibi oldular, dövlətlər daxili və xarici siyasətlərini özləri təyin etdilər. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi, Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi xarici siyasət kursu ölkəmizi qələbədən-qələbəyə aparır, dünyada dostlarımızın və tərəfdaşlarımızın sayını sürətlə artırır. Dostluğumuzun coğrafiyası daha da genişlənməkdədir.

Azərbaycan tarix üçün qısa bir dövrdə bir neçə irimiqyaslı beynəlxalq iqtisadi layihənin təşəbbüskarı və müəllifi kimi tanınıb. Layihələrə Avropanın ona qədər ölkəsi də qoşulub. Orta Asiya ölkələri ilə dostluq və qardaşlıq əlaqələri gündən-günə möhkəmlənməkdədir. Daşkənd sammitində Azərbaycana göstərilən hörmət və etimad göz önündədir. Sammit Türk dünyası üçün yeni və daha geniş üfüqlər açacaq.

Vəli İlyasov, “ İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əhalinin aldığı məvacib: Qazandığımız yeməyə gedir – Səbəbi açıqlandı

Next

Hər daşının, qayasının altında bir tarix yatan ulu diyarımız

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv