Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Hər daşının, qayasının altında bir tarix yatan ulu diyarımız

By Vüsal Rafiqoğlu
19.11.2025 4 Min Read

25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi Azərbaycanın tarixinə, milli kimliyinə, dövlətçilik düşüncəsinə və suverenlik ideyasına qovuşan möhtəşəm simvolizmin ifadəsidir

Bu günün mahiyyəti yalnız bir təqvim tarixindən ibarət deyil, işğaldan azad olunmuş qədim bir yurdun yenidən dirçəlişinin, Qarabağ Zəfərinin strateji həlqələrindən birinin və Azərbaycan xalqının əzmkarlığının təntənəsi kimi əhəmiyyət daşıyır. Kəlbəcər təkcə təbiəti, relyefi, səfalı yaylaqları və zəngin mineral suları ilə seçilən diyar deyil. Bura  həm də Azərbaycanın ən qədim yaşayış məkanlarından biri, türk sivilizasiyasının və Qafqaz tarixinin beşiklərindən biridir. Kəlbəcərin adı, mənşəyi, yarandığı coğrafiya və arxeoloji qatları bu torpağın 30 min ildən çox yaşı olan maddi-mədəni ənənələrin üzərində formalaşdığını göstərir. “Çay üstündə qala” mənasında işlənən “Kəlbəcər” toponimi bu cənnətməkanımızın hələ qədim dövrlərdə mühüm yaşayış və müdafiə məskəni olduğunu təsdiqləyir.

Minilliklərin sədası Kəlbəcərin hər daşında yaşayır

Tərtər çayı boyunca cərgə ilə düzülmüş süni mağaralar, minilliklərin sədasını yaşadan qayaüstü təsvirlər, qədim türk əlifbasının nümunələri, daş kultu abidələri, atəşpərəstlikdən xristianlığa, ordan isə İslam dövrünə qədər uzanan çoxqatlı tarixi mühiti bu bölgənin Azərbaycan tarixində yeri barədə heç bir şübhə yeri qoymur. Kəlbəcər ərazisində aşkar edilmiş arxeoloji tapıntılar həm Şimali Azərbaycanın, həm də bütövlükdə qədim türk etnosunun ilkin yayılma areallarından biri olduğunu sübut edir. Kəlbəcər Azərbaycanın ən sərt relyefə malik yüksək dağ bölgələrindən biri olaraq əsrlər boyu həm təbii qala, həm də yaşayış üçün əlverişli məkana çevrilib. Camışdağ və Dəlidağ kimi zirvələrin ucalığı, dərin dərələr, yaşıl meşələr və əlçatmaz dağ yolları bu ərazini strateji baxımdan həmişə xüsusi mövqedə saxlayıb. Yerləşdiyi coğrafi mühit Kəlbəcərin həm qədim tarixi dövrlərdə, həm də müasir geosiyasi proseslərdə əhəmiyyətini artırıb. Məhz bu üstünlüklərə görə Kəlbəcər tarixin müxtəlif mərhələlərində imperiyaların diqqətini çəkib, XX əsrdə isə Ermənistanın işğal siyasətinin əsas hədəflərindən biri olub.

İşğal Kəlbəcərin yaddaşında qara izlər buraxdı

1930-cu ildən rayon statusu daşıyan Kəlbəcər işğala qədər 53 mindən çox əhalisi, 145 kəndi və geniş inzibati ərazi vahidləri ilə Azərbaycanın ən böyük dağ rayonlarından biri idi. 1993-cü il işğalı isə bölgənin tarixində ən faciəli mərhələyə çevrildi. Yüzlərlə dinc sakin qətlə yetirildi, yüzlərlə insan itkin düşdü və ya əsir alındı, mədəniyyət ocaqları, məktəblər və yaşayış evləri dağıdıldı, əhali isə ölkənin 56 rayonuna səpələnməyə məcbur oldu.

Ürəkparçalayan bu ağır mənzərə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə baxmayaraq baş yarandı. Sənəddə dərhal azad edilməli olan Kəlbəcər illərlə beynəlxalq biganəlik ucbatından işğal altında qaldı. 1999-cu ildən sonra Ermənistanın Kəlbəcərdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti isə həm Cenevrə Konvensiyalarının, həm də bütün beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Məqsəd demoqrafiyanı süni şəkildə dəyişmək və bölgəni etnik mühəndisliyə məruz qoymaqla gələcək siyasi danışıqlarda üstünlük əldə etmək idi ki, bu da beynəlxalq hüquqla açıq ziddiyyət təşkil edirdi.

Vətən müharibəsi azadlığa yol açdı

2020-ci ilin Vətən müharibəsi Kəlbəcərin taleyində dönüş nöqtəsi oldu. Müharibənin ilk günlərində şimal hissədə aparılan əməliyyatlar strateji yüksəkliklərin ələ keçirilməsi ilə Ermənistanın Basarkeçər–Kəlbəcər yoluna çıxışını məhdudlaşdırdı və ordunun hərəkət imkanlarını iflic etdi. Nəticədə 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata əsasən Kəlbəcər 25 noyabrda Azərbaycana təhvil verildi, 147 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri azad olundu.

Bölgənin boşaldılması zamanı ermənilərin evləri yandırması, meşələri məhv etməsi və infrastrukturun dağıdılması işğalçı siyasətin mahiyyətini göstərdi və beynəlxalq hüquq baxımından hərbi cinayət kimi qiymətləndirildi. Kəlbəcərin azadlığa qovuşmasından dərhal sonra Azərbaycan dövləti burada bərpa işlərinə başladı. 26 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə  “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olundu və 9455 hərbi qulluqçu bu medalla təltif edildi. Bu həm qəhrəmanlara ehtiram, həm də azadlığın tarixi əhəmiyyətini vurğuladı.

Vandalizm dirçəlişə mane ola bilmədi

2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi bölgənin yeni həyatının başlanğıcını rəsmiləşdirdi və Kəlbəcərin strateji inkişaf zonasına çevrildiyini göstərdi.

2040-cı ilədək olan dövrü əhatə edən  Baş plan şəhərin əhalisini 7500-dən 17 000-ə, yaşayış sahəsini isə iki dəfədən çox artırmağı, müasir məktəb, bağça, xəstəxana, muzey, mehmanxana və ictimai obyektlərin inşasını nəzərdə tutur. Yaşıllıqların şəhər ərazisinin 22 faizini təşkil etməsi Kəlbəcəri ekoloji baxımdan komfortlu yaşayış məkanına çevirəcək. Rayonda salınan 524 ailəlik yeni məhəllələr, dördmərtəbəli binalar, “townhouse” tipli evlər, parklar, idman və sosial obyektlər müasir şəhər standartlarına uyğun qurulub. Yanşaq, Zallar və Zar kəndlərində 1700-ə yaxın ailənin məskunlaşdırılması da əhalinin bərpasında mühüm mərhələdir. İnfrastruktur layihələri, xüsusilə Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və Murovdağ tuneli, bölgənin nəqliyyat, turizm və təhlükəsizlik imkanlarını gücləndirir. Kiçik su elektrik stansiyaları enerji baxımından özünütəminatı artırır, “İstisu” turizm və mineral su zavodu isə iqtisadi və strateji əhəmiyyət daşıyır.

Quruculuğun, qayıdışın və yenidən qurulan yurdların simvolu

Kəlbəcər işğaldan azad olunmuş ərazilər arasında ən sürətlə bərpa edilən bölgələrdəndir. 25 noyabr Kəlbəcər Şəhəri Günü həm bu dirçəlişin təntənəsi, həm də Azərbaycanın milli yaddaşında əbədi simvollaşma günü kimi yaşayır. Kəlbəcər artıq dağıntıların deyil, quruculuğun, işğalın deyil, qayıdışın, boşaldılmış evlərin deyil, yenidən qurulan yurdların simvoludur. Bu torpağın hər qarışı azərbaycanlıların iradəsi, əzmi və dövlətinin gücü ilə bərpa olunur. 25 noyabr bundan sonra yalnız təqvimdə bir gün kimi deyil, millətin torpağına sahib çıxma əzminin və əbədi suverenliyinin nümayişi kimi yaşayacaq.

Səfərlərin açdığı yeni səhifələr

Kəlbəcərin azadlığa qovuşmasından sonra bu rayona sonra edilən səfərlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgəni sistemli şəkildə bərpa və inkişaf etdirmə strategiyasının ardıcıl mərhələlərini əks etdirir. 2021-ci ildən başlayaraq həyata keçirilən tunel, avtomobil yolu, su elektrik stansiyaları, yarımstansiyalar kimi iri infrastruktur layihələri, şəhərin Baş planının təsdiqi, yaşayış məhəllələrinin, məktəblərin, xəstəxanaların, inzibati binaların təməlinin qoyulması Kəlbəcərin müasir şəhər modelinə uyğun şəkildə yenidən qurulduğunu göstərir. Hər bir səfər enerji təminatı, nəqliyyat-logistika bağlantıları, sosial xidmətlər və iqtisadi potensialın,  xüsusən də “İstisu” kimi təbii sərvətlərin  işə salınmasına yönəlmiş ardıcıl addımlarla yadda qalıb. 2025-ci ilə gəldikdə isə Kəlbəcər artıq yaşayış kompleksləri, ictimai infrastrukturu, turizm və istehsal müəssisələri, eləcə də yaşıl enerji şəbəkəsi ilə tam şəkildə dirçələn rayon obrazına çevrilib. Prezident İlham Əliyevin Kəlbəcə səfərlərinin səfərlərin ümumi xətti bu ulu diyarımızın təkcə bərpa olunmadığını, həm də daha güclü, təhlükəsiz və dayanıqlı inkişaf modelinə keçdiyini göstərir.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan Prezidenti olan yerdə uğur var

Next

Milli-mənəvi irsimizə ehtiramın ifadəsi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv