Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Aqrar sektorda tempi qaldırmaq çağırışı – iqtisadçı deyir ki…

By Vüsal Rafiqoğlu
18.12.2025 3 Min Read

Qısamüddətli təşviqlər yox, sistemli islahatlar lazımdır

Deputat Əli Məsimli Milli Məclisin iclasındakı çıxışı zamanı bir sıra vacib məsələlərə diqqət çəkib. O,  qeyri-neft sektorunun problemlərindən və perspektivlərdən bəhs edərək deyib ki, 2024-cü ildə ÜDM-in həcminin 68 faizini qeyri-neft  sektoru təşkil edirdisə, 2029-cu ildə bunun 80 faizi ötəcəyi gözlənilir: “Qeyri-neft sektoru üzrə qoyulan hədəfə nail olunması xeyli dərəcədə üç sahənin – aqrar sahə, emal sənayesi və turizm sahəsində mövcud potensialdan optimal əlaqələndirilmiş şəkildə istifadənin səmərəlilik dərəcəsindən asılı olacaq”.

Deputat bildirib ki, inkişaf etmiş kənd təsərrüfatı iqtisadi sabitliyin başlıca şərtidir: “Ötən ildən başlayaraq artıq ikinci ildir ki, aqrar sahədə artım tempi ÜDM-in artım tempindən aşağı enib və bu ilin 11 aynında cəmi 1,1 faiz təşkil edib. Təsadüf təkrar olunmur, əgər olunursa, o artıq təsadüf xarakteri daşımır. Ona görə də aqrar sahədə artım tempinin iki il ardıcıl olaraq minimuma enməsi çox ciddi siqnaldır”.

Ə.Məsimli daha sonra bildirib ki, mövcud potensialdan dolğun və səmərəli istifadə edilməsi ölkədə yerli istehsala əsaslanan ərzaq bolluğunun yaradılması, bu sahədə çalışan 1,8 milyon nəfərə yaxın insanın və ya məşğul əhalinin 35 faizindən çoxunun həyat səviyyəsinin yaxşılaşdırılması, emal sənayesinin xammal bazasının möhkəmləndirilməsi, ərzaq təhlükəsiziliyimizin təminatlılığının yüksəldilməsi, insanların iş dalınca regionlardan Bakıya gəlişinin sürətinin xeyli azaldılması və sair bu kimi məsələlərin həllinə çox müsbət təsir göstərə bilər.

Aparıcı valyutalar və qızıl ucuzlaşır, ölkələr borc böhranı və devalvasiya  ilə üz-üzə

Vüsalə Əhmədova

İqtisadçı alim Vüsalə Əhmədova hesab edir ki, aqrar sahədə artım tempinin iki il ardıcıl zəifləməsi həqiqətən də struktur problemlərinin mövcudluğuna işarədir. “Yeni Müsavat”a  şərhində ekspert qeyd etdi ki, bu tendensiyanı qırmaq üçün qısamüddətli təşviqlər yox, sistemli və institusional dəyişikliklər lazımdır: “Hazırkı zəifləmənin əsas səbəblərindən birincisi məhsuldarlığın aşağı olmasıdır. Məhsuldarlığı artırmanın yollarını aqrar işçilər daha yaxşı bilərlər. Aqrar artımı ən çox boğan amillərdən biri su qıtlığı və torpaqların deqradasiyasıdır. Suvarma sistemlərinin modernləşdirilməsi, şoranlaşmış və eroziyaya uğramış torpaqların bərpası burada fokuslanılacaq əsas faktorlardır. Fermerlərimizin böyük hissəsi investisiya edə bilmirlər, çünki risk yüksəkdir. Bunun üçün uzunmüddətli və aşağı faizli kreditlər verilməli, subsidiya mexanizmləri nəticəyönümlü olmalıdır. Azərbaycanda kənd təsərrüfatı çox xırda və parçalanmış strukturda fəaliyyət göstərir. Nəticədə, maya dəyəri yüksək olur, texnologiya tətbiqi çətinləşir, fermer baza gücünü itirir. Bu səbəbdən, könüllü və iqtisadi cəhətdən cəlbedici kooperativlərin təşviqi, saxlama, çeşidləmə və logistika mərkəzlərinin regionlarda yaradılması mütləqdir. Fermer – emalçı – ixracatçı zənciri qurulmalıdır. Xam məhsul istehsalı aqrar sektorda tempi qaldırmaq üçün kifayət etmir. Yerli emal müəssisələrinin sayı və gücü artırılmalıdır. Həmçinin rəqabətqabiliyyətli məhsullar üzrə ixtisaslaşma və xarici bazarlara uyğun sertifikatlaşma vacibdir”.

Xarici təcrübəyə diqqət çəkən ekspert bildirdi ki, aqrar sahədə davamlı artım subsidiya həcmi ilə yox, düzgün qurulmuş institutlar, texnologiya və bazar mexanizmləri ilə əldə edilib: “Məsələn, İsrail təcrübəsi göstərdi ki, su qıtlığı aqrar inkişaf üçün bəhanə deyil, damcı suvarmanın icadı və total tətbiqi kimi düzgün texnologiyanın qurulması problemdən çıxış yoludur. Həmçinin Hollandiya, ərazi baxımından kiçik olsa da, ABŞ-dən sonra dünyanın 2-ci ən böyük aqrar ixracatçısıdır. Bu ölkə artımı torpaqdan yox, bilikdən və texnologiyadan əldə edib. Polşada 1990-cı illərdə Azərbaycan kimi xırda fermer təsərrüfatları mövcud idi. Könüllü kooperativlərə ciddi vergi və maliyyə dəstəyi verildi və bu gün Polşa Avropanın əsas ərzaq ixracatçılarından birinə çevrilib. Türkiyə aqrar sahədə sürətli artımı regional ixtisaslaşma hesabına əldə edib. Bu ölkədə aqrar sektor, xam məhsul istehsalçısı kimi yox, ixracyönümlü sənaye kimi fəaliyyət göstərir. Qeyd etdiyim kimi, Hollandiya və İspaniya Aİ-nin əsas kənd təsərrüfatı məhsulları ixracatçılarıdır. Hollandiya 2024-cü ildə təxminən 128.9 milyard avro dəyərində kənd təsərrüfatı məhsullarını dünya bazarına çıxarıb. İspaniya isə keçən il 36.2 milyon ton aqro-qida məhsulu ixrac edib ki, bunun da ümumi dəyəri təxminən 74.2 milyard avro təşkil edir. Aİ-nin ümumilikdə kənd təsərrüfatı ixracı 2024-cü ildə 235.4 milyard avro təşkil etmişdir ki, bu ixracın da böyük hissəsi Hollandiya və İspaniyanın payına düşür. İspaniya və Hollandiya təcrübəsi göstərir ki, aqrar sahədə artımı bərpa etmək üçün, ixrac yönümlü sektor siyasəti, müasir texnologiyalar, məhsul diferensiasiyası, əlavə dəyər yaratmaq və beynəlxalq bazarlarda rəqabət qabiliyyəti vacibdir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Estetik əməliyyatlara aludəçiliyin ağır fəsadları – xanımlar oxusun

Next

Ağdamda traktor minaya düşüb, xəsarət alan var

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv