Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Estetik əməliyyatlara aludəçiliyin ağır fəsadları – xanımlar oxusun

By Vüsal Rafiqoğlu
18.12.2025 4 Min Read

Həkimlər deyir ki, plastik əməliyyatların sayı məhdud deyil, amma hər müdaxilə sağlamlıq üçün riskdir

Sosial mediada məşhur simalardan biri kimi tanınan iranlı bloger Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini deyib.  “Yeni Müsavat” xarici mediaya istinadla xəbər verir ki, bununla da Naço Ginnesin Rekordlar Kitabına düşdüyünü və “dünyanın ən nazik beli”nə sahib olduğunu açıqlayıb.

Naço bildirib ki, kosmetik prosedurlara sevgilisinin xahişi ilə başlayıb və hazırda hər ay üzünün künclərinə və yanaqlarına 50 kub santimetr gel vurulmasına məcbur qalır.

Onun bu açıqlamaları Aydın Zəvvareinin “YouTube” kanalına verdiyi müsahibədən sonra regional mediada geniş rezonans doğurub. Mütəxəssislər isə “ekstremal” kosmetik müdaxilələrin ciddi risklər daşıdığına diqqət çəkirlər. Həkimlərin xəbərdarlığına görə, bu cür prosedurlar toxumaların zədələnməsi, sinir zədələri və davamlı bakterial infeksiyalar da daxil olmaqla, ağır fəsadlara yol aça bilər.

Bir xanım həyatı boyu plastik əməliyyata maksimim necə dəfə girə bilər? 

Leyla Tibb Mərkəzi | Op.Dr. Rəşad Babayev - Ümumi Cərrah

 Rəşad Babayev

Plastik cərrah, Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti Rəşad Babayev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, müasir dövrdə anesteziologiya xeyli inkişaf edib və ümumi narkozun yan təsirləri minimuma enib. Onun sözlərinə görə, bu səbəbdən ümumi anesteziya ilə aparılan əməliyyatları hər 3-6 aydan bir icra etmək mümkündür. Yerli keyitmə ilə həyata keçirilən kiçik kosmetoloji prosedurlar isə həftədə və ya 10 gündə bir dəfə edilə bilər. R.Babayev qeyd edib ki, pasiyentlərindən birinin 48-50-ci əməliyyatını özü həyata keçirib. Həmin şəxs bədənin müxtəlif nahiyələrində əməliyyatlar etdirib; əvvəl mədə kiçiltmə, bir neçə dəfə isə keysəriyyə əməliyyatı olub. Pasiyentin vəziyyətinə uyğun olaraq müdaxilələr mərhələli şəkildə aparılıb. Dosentin sözlərinə görə, anesteziyanın yan təsirləri az olduğuna görə 3-6 aydan bir ümumi anesteziya, 10-15 gündən bir isə yerli keyitmə ilə kiçik prosedurların icrası müasir tibdə mümkündür. O əlavə edib ki, sözügedən xanımın qeyd etdiyi gel vurulması və əməliyyat sayı nəzəri baxımdan mümkün olan həddə daxildir.

Allerqoloq Şahvələd Məmmədov “Xəzər” televiziyasının “Xəbər ertəsi”  verilişinə müsahibəsi

Şahvələd Məmmədov

Həkim-ekspert Şahvələd Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bir il ərzində çoxsaylı əməliyyatların aparılması hər dəfə ağır anesteziyaya məruz qalmaq anlamına gəlmir. Onun sözlərinə görə, bir çox prosedurlar yerli və xırda anesteziya vasitəsilə icra olunur. Bununla belə, altı ay ərzində ardıcıl plastik əməliyyatların aparılması risklidir. Ş.Məmmədov vurğulayıb ki, plastik əməliyyatlar yalnız tibbi göstəriş olduqda – abdominoplastika, mədə kiçiltmə, rinoplastika kimi müdaxilələr zamanı əsaslandırıla bilər.

Ekspert təəssüflə qeyd edib ki, ölkəmizdə digər ölkələrlə müqayisədə estetik və plastik əməliyyatlara meyl daha yüksəkdir. Onun fikrincə, bu əməliyyatlar risk daşıyır və dəfələrlə təkrarlanan estetik-plastik müdaxilələr xüsusilə təhlükəlidir. 

Ş.Məmmədov insanlara ehtiyatlı olmağı tövsiyə edərək bildirib ki, ekstremal kosmetik müdaxilələr və təcili tibbi əməliyyatlar ayrı-ayrı hallardır. Belə müdaxilələr zamanı sinir zədələnməsi, hormonal pozğunluqlar və digər ciddi fəsadlar yarana bilər. Ekspertin sözlərinə görə, rekord sayda əməliyyat keçirən şəxslərin təcrübəsi hər kəs üçün uyğun deyil və bunu hər insanın etməsi mümkün deyil.

Mövzu ilə bağlı digər ölkələrin də təcrübəsinə nəzər saldıqda görürük ki, plastik əməliyyatların insanın ömrü boyu neçə dəfə edilə biləcəyi ilə bağlı tibdə konkret bir rəqəm mövcud deyil. Həkimlər bu məsələyə statistik və ya say əsaslı deyil, fərdi sağlamlıq göstəriciləri və risklər prizmasından yanaşırlar. Yəni bir insan üçün uyğun hesab edilən müdaxilə sayı digəri üçün təhlükəli ola bilər.

Plastik cərrahların beynəlxalq birlikləri vurğulayır ki, hər bir cərrahi və ya qeyri-cərrahi kosmetik prosedur orqanizm üçün travmadır. Təkrar əməliyyatlar zamanı toxumaların elastikliyi azalır, çapıq toxuması artır, qan dövranı zəifləyir və bu da növbəti müdaxilələrin riskini yüksəldir. Xüsusilə üz nahiyəsində tez-tez edilən dolğular, botoks və digər invaziv prosedurlar sinir zədələnməsi, toxuma nekrozu və xroniki infeksiyalar kimi ağır fəsadlara səbəb ola bilər.

Amerika Plastik Cərrahlar Cəmiyyətinin (ASPS) etik qaydalarında qeyd olunur ki, həkim pasiyentin istəyi tibbi baxımdan təhlükəli həddə çatdıqda əməliyyatdan imtina etməlidir. Cəmiyyətin bu mövqeyi ondan irəli gəlir ki, plastik cərrahiyyə sağlamlığı yaxşılaşdırmalı, onu risk altına atmamalıdır. ASPS-in bir sıra rəsmi açıqlamalarında təkrarlanan kosmetik müdaxilələrin bədən toxumalarında geridönməz dəyişikliklər yaratdığı xüsusi vurğulanır.

Məşhur amerikalı plastik cərrah və tədqiqatçı Dr. Rod Rohrich də bu mövzu ilə bağlı çıxışlarında bildirib ki, “problem əməliyyatların sayında deyil, bədənin həmin əməliyyatlara artıq dözə bilməməsindədir”. Onun sözlərinə görə, eyni nahiyəyə dəfələrlə müdaxilə edilməsi estetik nəticəni yaxşılaşdırmır, əksinə, üz və bədən anatomiyasını pozur.

Həkimlər həmçinin psixoloji amili də önəmli hesab edirlər. Əgər insan davamlı olaraq görünüşündən narazıdırsa və real ehtiyac olmadan yeni əməliyyatlar tələb edirsə, bu zaman cərrahi müdaxilə yox, psixoloji dəstək daha doğru seçim sayılır. Beynəlxalq tibbi praktikada belə hallarda pasiyentin psixoloq və ya psixiatr müayinəsinə yönləndirilməsi tövsiyə olunur.

Nəticə etibarilə, dünyada tibb mütəxəssislərinin ortaq qənaəti belədir: plastik əməliyyatların rəsmi maksimum sayı yoxdur, lakin təhlükəsiz əməliyyat sayı da sonsuz deyil. Hər yeni müdaxilə əvvəlkindən daha çox risk daşıyır və bu risklər gözəllik naminə sağlamlığın itirilməsi ilə nəticələnə bilər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Əbu-Dabidə BƏƏ prezidenti ilə GÖRÜŞDÜ – Bir sıra tədbirlərdə iştirak etdi

Next

Aqrar sektorda tempi qaldırmaq çağırışı – iqtisadçı deyir ki…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv