Cəmiyyət 

Qızıl sevənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,87% azalaraq 4 327,2 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 2,78% azalaraq 67,18 ABŞ dolları təşkil edib./milli.az/

Read More
Dünya 

Tehrandan regionu yandıracaq ABŞ və İsrail təhdidi: “Bütün neft-qaz obyektləri legitim hədəfimizdir”

İranda hərbi gərginliyin yenidən pik həddə çatdığı bir dövrdə Tehran rəsmiləri ABŞ və İsrailə qarşı regional enerji müharibəsi başladacaqları barədə səs-küylü xəbərdarlıq ediblər. Musavat.com xəbər verir ki, İranın “Fars” xəbər agentliyinə müsahibə verən yüksəkrütbəli rəsmi bəyan edib ki, ölkənin enerji infrastrukturuna edilən hücumlar dayandırılmayacağı təqdirdə, İran Silahlı Qüvvələri regiondakı bütün ABŞ və İsrail aktivlərini yerlə-yeksan edəcək. Müsahibədə qeyd olunub ki, əgər İranın strateji obyektlərinə qarşı zərbələr davam edərsə, İsrail, ABŞ və onların regiondakı müttəfiqləri ilə əlaqəli olan bütün neft-qaz yataqları, həmçinin regional enerji qurğuları ordunun birbaşa raket hədəfinə çevriləcək. İran rəsmisi…

Read More
Hadisə 

Bakıda narkotik satan qadın və onunla əlbir olan kişi həbs edildi

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Musavat.com xəbər verir ki, tədbir zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıb. Onlardan 6 kiloqramdan artıq narkotik vasitə marixuana və tiryək aşkarlanıb. Araşdırma zamanı saxlanılanların narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Cəmiyyət 

Bu həftə ardıcıl 3 gün İŞ OLMAYACAQ

Bu həftə ölkəmizdə ardıcıl 3 qeyri-iş günü olacaq. Musavat.com xəbər verir ki, ölkəmizdə 15 iyun – Milli Qurtuluş Günü kimi qeyd olunur. 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən, həmin gün qeyri-iş günü hesab edilir. 13 və 14 iyun tarixləri isə şənbə-bazara təsadüf edir. Beləliklə, beş günlük iş həftəsində çalışanlar üçün bu həftə ardıcıl üç gün iş olmayacaq.

Read More
Cəmiyyət 

TƏCİLİ! Azərbaycanda TikTok-la bağlı QƏRAR VERİLDİ

Azərbaycanda orta məktəblərdə internetə çıxış məhdudlaşdırılıb. Musavat.com xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə üç komitənin birgə iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda orta məktəblərdə “TikTok”a, təhlükəli mövzulara girişə məhdudiyyət qoyulub: “Təhsil sahəsində də müəyyən tədbirlər həyata keçirilir. Hazırda məktəblərdə “TikTok” platformasına çıxış bloklanıb, ümumilikdə şagirdlərin internetə çıxışı filtrlənir. Terrorizm, ekstremizm, narkotik vasitələr və digər təhlükəli mövzularla bağlı resurslara giriş məhdudlaşdırılır. Ümumilikdə, 200-dən artıq riskli mövzu üzrə filtrləmə tətbiq edilir”. “Beynəlxalq təcrübə göstərir ki, uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması məsələsinin sadə həlli yoxdur. Bir…

Read More
Hava 

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyunun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə arabir zəif duman. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı…

Read More
Sosial 

Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirilibFOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocavənd, Xocalı və Cəbrayıl rayonlarında sakinlərlə, Zəngilanda isə işəgötürənlərlə növbəti səyyar görüşlər keçirilib. Musavat.com xəbər verir ki, sakinlərlə görüşlərdə onların məşğulluq imkanları qiymətləndirilib, peşə bacarıqları, əmək fəaliyyətinə maraqları, məşğulluq ehtiyacları araşdırılıb. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s. barədə ətraflı məlumat verilib. Sakinlərin maraqlarına və əmək bacarıqlarına uyğun iş yerləri ilə təmin edilmələri, özünüməşğulluq proqramına, peşə hazırlığı kursları və digər tədbirlərə cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılıb. İşəgötürənlərlə keçirilmiş…

Read More
Cəmiyyət 

Bu gündən güclü geomaqnit qasırğası gözlənilir

Geomaqnit sahəsi ardıcıl baş vermiş TKAın Yerə təsiri ilə 8-10 iyun tarixlərində G3 səviyyəsinədək, yəni güclü geomaqnit qasırğası gözlənilir. Publika.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, günəş küləyinin 6 iyunda baş vermiş TKA-nın təsirilə 8-9 iyunda normadan yüksək olacağı gözlənilir. Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 5–85%, orta geomaqnit enliklərdə isə 15-50%-dir.

Read More
Cəmiyyət 

Azad edilmiş ərazilərdə daha 149 mina, 412 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftə (01.06.2026-07.06.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) “İki sahil”ə verilən məlumata görə, azad edilmiş ərazilərdə may ayında 48 piyada əleyhinə mina, 101 tank əleyhinə mina, 412 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1 545,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Read More
Siyasət 

Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi

Parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyən müraciətlə çıxış edib. Musavat.com Report-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. Paşinyanın sözlərinə görə, Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qalır: “Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq”. Baş nazirin sözlərinə görə, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir. Azərbaycanla münasibətlərdən danışan…

Read More