Cəmiyyət 

ADY rəsmisi: Bakı-Tiflis qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir

Bakı-Tiflis qatarı Tiflisə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil. Musavat.com xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. O qeyd edib ki, bununla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. ADY rəsmisi hər hansı ekspertin, turizmçinin açıqlamasına əsaslanaraq qeyri-dəqiq məlumatlar yaymamağı tövsiyə edib.

Read More
Hava 

Sabah Bakıda yağış yağacaq, bir sıra rayonlara dolu düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə…

Read More
Gündəm 

XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini AÇIQLADI

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər. Azərbaycan Xarici İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur. Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir. Eyni zamanda,…

Read More
Cəmiyyət 

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramının icrası uğurla yekunlaşıb, 2026-2032-ci illər üçün nəzərdə tutulan yeni strateji sənəd hazırda yekun təsdiq mərhələsindədir. Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Həmçinin bildirilib ki, yerli mütəxəssislərin və beynəlxalq ekspertlərin tövsiyələri əsasında hazırlanmış “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” qanun layihələri hazırda razılaşdırma mərhələsindədir. Eləcə də qeyd olunub ki, ölkəmizdə Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasının ərazisində xəstəlikdən azad zonaların yaradılması istiqamətində intensiv işlər…

Read More
Cəmiyyət 

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

İyunun 7-də Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur. AZƏRTAC xəbər verir ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü bu il “Çətinliklərdən həllərə doğru – hər yerdə təhlükəsiz qida” şüarı altında keçirilir. 7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, həmçinin dünyada ərzaq-istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşməsi və qida ilə əlaqədar risklərin insanların sağlamlığı ilə yanaşı, dünya iqtisadiyyatına da mənfi təsir göstərməsi nəzərə alınaraq təsis edilib. Bu günün təsis olunmasında əsas məqsəd isə qida ilə…

Read More
Təhsil 

Bu gün imtahan var

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. DİM-dən Musavat.com-a verilən məlumata görə, həmin gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq. İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar…

Read More
Cəmiyyət 

Meyvə-tərəvəz niyə ucuzlaşmır? – VİDEO

Qeyri-sabit hava şəraiti bazarlarda qiymətlərə də təsir edib. Ölkə.az “xezerxeber.az”a istinadən xəbər verir ki, bazarlarda meyvə-tərəvəz bol olsa da, qiymətlər bahadır. Satıcılar da bu il bəzi meyvə-tərəvəzlərin qiymətlərinin ötən illə müqayisədə fərqli olduğunu təsdiq edirlər. Satıcılar qiymətlərin yüksək olmasının səbəbini həm mal qıtlığı, həm də əlverişsiz hava şəraiti ilə izah edirlər. Satıcılar bildirirlər ki, meyvələrin qiymətinin aşağı düşəcəyi gözlənilməsə də, tərəvəzlərin qiymətində nisbətən ucuzlaşma ola bilər.    

Read More
Gündəm 

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə SON DƏQİQƏ AÇIQLAMASI

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür. Musavat.com xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər. Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq…

Read More
Gündəm 

Azərbaycan kənd təsərrüfatı üçün tarixi fürsət

Rusiya prezidentinin xüsusi nümayəndəsi Boris Titov bildirib ki, Moskva Ermənistanla itirdiyi ticarət imkanlarını Azərbaycanla kompensasiya etməyi planlaşdırır. Onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı sahəsində Ermənistandan daha geniş imkanlara malikdir, daha çox məhsul istehsal edir və Rusiyanın tələbatını qarşılayacaq həcmdə ixrac potensialına sahibdir. Titov vurğulayıb ki, məhz bu səbəbdən Rusiya üçün Azərbaycan daha etibarlı, sabit və perspektivli tərəfdaş kimi görünür. Bu açıqlama regionda iqtisadi münasibətlər və kənd təsərrüfatı məhsullarının ixracı baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Xüsusilə son illər Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan gərginlik fonunda Moskvanın iqtisadi tərəfdaşlıq prioritetlərini yenidən nəzərdən…

Read More