Gündəm 

SOS: Bu çiyələkləri almayın!

“Azərbaycanda təbii çiyələyin mövsümü may-iyun aylarına təsadüf edir. Təbii çiyələk fərqli ölçülərdə olur, qoxusu və dadı da spesifik olur. Günəşin düşmə istiqamətindən asılı olaraq, bəziləri çox qırmızı, bəzilərinin isə bir tərəfi qırmızı ola bilər”. Bu fikri Musavat.com-a Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib. Ekspert diqqətə çatdırıb ki, mövsümdən əvvəl satılan çiyələklərin əksəriyyəti istixanalarda müxtəlif kimyəvi maddələrlə, süni istiliklə yetişdirilib: “Təbii ki, pestisidlər normalara uyğun verilməlidir. Bəzən bunu yüksək dozada yaxud düzgün istifadə etmədikdə həmin kimyəvi maddələr insan orqanizmində hormon balansının pozulmasına, daxili orqanların, xüsusilə qaraciyər və böyrəyin…

Read More
Hava 

Bu tarixlərlə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ

İyunun 4-6-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Read More
Hava 

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında iyunun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq…

Read More
Cəmiyyət 

İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı”nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub. Bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib. O bildirib ki, bu gün müzakirəyə çıxarılan Mənzil Məcəlləyə, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər…

Read More
Cəmiyyət 

Əmanətlər artır, biznes pulları azalır – Bank sektorunda nə baş verir?

Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 337,5 milyon manat olub. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəli ilə müqayisədə 0,9 %, ötən il mayın 1-nə nisbətən isə 0,2 % azdır. Depozit portfelinin 47,4 %-i, yaxud 19 milyard 608,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 15,6 % azdır. İl ərzində ev təsərrüfatlarının əmanətləri 18,8 % artaraq 17 milyard 641,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 22 % artaraq 4 milyard 87,4 milyon manata çatıb. Hesabat dövründə cəmi depozitlərin…

Read More
Sosial 

Əhali arasında narahatlıq: Alış-veriş zamanı kartlarımızdan əlavə pul tutulacaq?

Son günlər sosial şəbəkələrdə bank kartları ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Paylaşımlarda iddia edilir ki, artıq mağaza və xidmət obyektlərində bank kartı ilə edilən ödənişlər zamanı vətəndaşların hesabından əlavə faiz tutulacaq. Bu iddialar bir çox insanda narahatlıq yaradıb, bəzi vətəndaşlar gündəlik alış-veriş zamanı əlavə xərc ilə üzləşəcəklərini düşünməyə başlayıblar. Bəs həqiqətənmi kartla ödəniş edən şəxslər bundan sonra əlavə ödəniş etməli olacaqlar? Məsələyə aydınlıq gətirməsi üçün müraciət edtdiyimiz iqtisadiyyat üzrə ekspert Razi Abasbəyli Publika.az-a bildirdi ki, sosial şəbəkələrdə yayılan məlumatların həqiqət payı yoxdur və vətəndaşların kartla alış-veriş zamanı hesablarından…

Read More
Cəmiyyət 

Güclü külək zamanı ictimai təhlükəsizlik: Hansı davranışlar həlledicidir?

Ekspert: Zəruri ehtiyac yoxdursa, səfərlər və açıq havada planlaşdırılan fəaliyyətlər təxirə salınmalıdır İqlim dəyişikliklərinin təsiri nəticəsində son illərdə dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinin sayı və intensivliyi artmaqdadır. Güclü küləklər, leysan yağışlar, qasırğalar, daşqınlar və digər təbiət hadisələri artıq təkcə müəyyən coğrafi ərazilər üçün xarakterik hesab edilmir. Bu cür hava şəraiti insanların gündəlik həyatına, iqtisadi fəaliyyətə, nəqliyyat sisteminə və şəhər infrastrukturuna birbaşa təsir göstərən amillərdən birinə çevrilib. Azərbaycan da bu proseslərdən kənarda deyil. Müxtəlif dövrlərdə ölkə ərazisində müşahidə olunan güclü küləklər nəqliyyatın hərəkətində çətinliklər yaradıb, ağacların qırılmasına, dam örtüklərinin qopmasına,…

Read More
Gündəm 

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir – TƏHLİL

Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini hər zaman öz siyasətinin prioritet istiqamətlərindən biri hesab edib. Ötən illər ərzində bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə yeni qəsəbələr və çoxmərtəbəli yaşayış binaları salınıb. Bununla yanaşı, məcburi köçkünlərin məşğulluğunun artırılması, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi üçün ardıcıl dövlət proqramları icra olunub. Dövlət tərəfindən müvafiq müavinətlərin və kommunal xidmət güzəştlərinin verilməsi bu vətəndaşların maddi rifahına mühüm dəstək olub. Humanitar böhran və dövlətin strateji prioritetləri Məcburi köçkünlərin üzləşdiyi…

Read More
Cəmiyyət 

TƏBİB-də yeni təyinatlar

TƏBİB-də iki yeni təyinat həyata keçirilib. TƏBİB-in icraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elvin Bayramov İnzibati idarəetmə departamentinin rəhbəri vəzifəsinə təyin edilib. Digər əmrə əsasən isə Leyla Qurbanova İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin Daxili kommunikasiya şöbəsinin müdiri vəzifəsinə gətirilib.//Bakupost.az

Read More
Cəmiyyət 

Ödənişli Şuşa yolu istifadəyə verildiVİDEO

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi artıq istifadədədir. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolun mövcud olduğu hallarda vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli avtomobil yolunun istismarı mümkündür. Bu baxımdan, sözügedən marşrut üzrə Zəfər Yolu ödənişsiz alternativ yol funksiyasını yerinə yetirir. Beləliklə, hərəkət iştirakçıları öz seçimlərindən asılı olaraq həm ödənişli Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan, həm də ödənişsiz alternativ marşrut olan Zəfər Yolundan istifadə edə bilərlər.

Read More