Cəmiyyət 

Azad olunan torpaqlarda yay istirahəti: harada qalmaq olar, qiymətlər necədir?

Yay mövsümünün başlaması ilə vətəndaşların istirahət planlarında işğaldan azad olunan ərazilər də getdikcə daha çox yer almağa başlayıb. Musavat.com xəbər verir ki, son illərdə Qarabağ və Şərqi Zəngəzura maraq nəzərəçarpacaq dərəcədə artıb. Bir zamanlar yalnız Böyük Qayıdış və bərpa-quruculuq xəbərləri ilə gündəmə gələn bu bölgələr artıq turizm istiqaməti kimi də diqqət çəkməyə başlayır. Bəs işğaldan azad olunan bölgələrdə yay istirahəti üçün hansı imkanlar var? Harada qalmaq, gecələmək və istirahət etmək mümkündür? Qiymətlər necə dəyişir və bölgələr üzrə yay proqramları nəzərdə tutulubmu? Qeyd etmək yerinə düşər ki, Şuşa, Xankəndi, Laçın, Zəngilan, Ağdam…

Read More
Cəmiyyət 

Müəllimlər üçün vacib xəbər – Başlayır!

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat daxil olub. Bildirilib ki, 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır: Pepperoni pizza “Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər”.

Read More
Cəmiyyət 

Azərbaycanda erkən nikahlar 5-6 dəfə azaldı: Səbəb qanunlar, təhsil, yoxsa dəyişən düşüncədir?

“Ölkədə erkən nikahların sayı azalıb”. Modern.az xəbər verir ki, bu barədə “DOST TV”nin efirində yayımlanan “Ekspert rəyi” verilişində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva məlumat verib. Rəsmi statistikaya istinad edən komitə rəsmisi ölkədə erkən nikahların sayının əvvəlki illərə nəzərən 5-6 dəfə azaldığını bildirib: “Sözügedən statistika rəsmi qeydiyyatı olmayan, qeyri-qanuni xarakter daşıyan erkən nikahların təyini üçün məhz 18 yaşadək analar tərəfindən dünyaya gətirilən uşaqların sayına əsasən aparılır. Təkcə son illərin göstəricilərinə nəzər saldıqda müsbət dinamikanı açıq şəkildə görmək mümkündür”. Rəsmi məlumatlara əsasən,…

Read More
Gündəm 

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti 11 aprel 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, ərizəçinin müraciəti əsasında Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi onun digər üzv dövlət tərəfindən verilmiş şəhadətnaməsini Konvensiya, Konvensiyaya 1 nömrəli Əlavə və “Doc 9379, dövlətin aviasiya personalının sertifikatlaşdırma sisteminin yaradılması və idarə olunması üzrə prosedurlara dair vəsait” sənədinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının…

Read More
Gündəm 

Bakı Enerji Həftəsinin MÜHÜM nəticəsi – Milyardlarla dollarlıq sazişlər…

Azərbaycan qlobal enerji və investisiya xəritəsində mövqeyini gücləndirir. Bakı Enerji Həftəsi və ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində imzalanan 7,5 milyard dollarlıq sazişlər paketi ölkənin enerji, maliyyə və yüksək texnologiyalar sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığını yeni səviyyəyə yüksəldib. Razılaşmalar Azərbaycanın regional enerji mərkəzi olmaqla yanaşı, strateji investisiya və innovasiya platformasına çevrilmək niyyətini də ortaya qoyur. Xəbər verdiyimiz kimi, Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycanın Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə iqtisadiyyat, enerji, investisiya və…

Read More
Cəmiyyət 

Meyvə bazarında qiymət fərqlərinin səbəbi açıqlandı

“Hava şəraiti ilə əlaqədar olaraq bazarda bəzi meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə oluna bilər. Lakin bu bahalaşmanın bütün məhsullara aid olduğunu söyləmək düzgün olmaz. Çünki iqlim dəyişiklikləri və qeyri-sabit hava şəraiti müxtəlif meyvə ağaclarına fərqli təsir göstərir”. Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O, qeyd edib ki, xüsusilə alça, gilas və ərik kimi erkən mövsüm meyvələrinin qiymətində artım ehtimalı daha yüksəkdir. Bunun əsas səbəbi həmin ağacların çiçəkləmə və məhsul formalaşması dövründə əlverişsiz hava şəraitinə daha həssas olmasıdır. Yaz aylarında müşahidə olunan temperatur dəyişiklikləri, güclü yağışlar və ya dolu halları…

Read More
Cəmiyyət 

DYP küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. İdarədən “İki sahil”ə daxil olan məlumata görə, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri…

Read More
Cəmiyyət 

18 aptekdə nöqsan aşkarlandı

2026-cı ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 56 aptekdə yoxlama aparılıb. Bu barədə AEM-dən məlumat verilib. Bildirilib ki, yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub. Nəticələrə əsasən, 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Read More
Siyasət 

Narışkin Prezidenti təbrik etdi

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi dövlət bayramı – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm. Sizə ali dövləti vəzifənizdəki fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Fürsətdən istifadə edərək Rusiyanın və Azərbaycanın xüsusi xidmətlərinin ölkələrimizin təhlükəsizliyinin təmin edilməsinin və sabit inkişafının bundan sonra da etibarlı qarantı olacaq əməkdaşlığının inkişafına göstərdiyiniz diqqətə və davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm”.

Read More