Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ
Sosial şəbəkələrdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qətlə yetirmiş Əhməd Əhmədovun guya saxlanıldığı tibb müəssisəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlər rəsmi şəkildə təkzib olunub. Musavat.com xəbər verir ki, Baş Prokurorluq bu məlumatların həqiqətə uyğun olmadığını bildirərək, onların cəmiyyətdə süni ajiotaj yaratmağa yönəldiyini vurğulayıb. Qurumdan verilən açıqlamada qeyd olunub ki, Əhməd Əhmədovun törətdiyi xüsusilə ağır cinayət işi üzrə bütün hallar ibtidai istintaq zamanı hərtərəfli araşdırılıb. Toplanmış sübutlara əsasən onun cinayəti anlaqsız vəziyyətdə törətdiyi və cəmiyyət üçün təhlükəli olduğu müəyyən edilib. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsi-nin 10 oktyabr 2024-cü…
Read More