Siyasət 

TƏCİLİ! Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.

Read More
Cəmiyyət 

Qanunsuz əməliyyat iddiaları: “Dr. Gülü” gizli pasiyent qəbul edir?

Ötən il “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən həkimlik fəaliyyətinə başlamasına dair iddialar yayılıb. Bununla bağlı Musavat.com-a daxil olan məlumatlarda bildirilir ki, sosial şəbəkələrdə özünü “Dr. Gülü” kimi təqdim edən Abdullayeva hazırda “Billur Estetik Mərkəz” adı altında fəaliyyət göstərən məkanda müxtəlif estetik prosedurlar həyata keçirir. İddialara görə, burada qanunsuz şəkildə liposaksiya, bədən şəkilləndirmə, üz nahiyəsinə müdaxilələr, o cümlədən qaşqaldırma və üzgərmə əməliyyatları icra olunur. Mənbənin sözlərinə görə, əvvəlki qalmaqallardan sonra onun fəaliyyətini dayandırdığı bildirilsə də, sonradan yeni sosial şəbəkə hesabları açaraq müştəri cəlbinə başlayıb. “Billur…

Read More
Siyasət 

Milli Məclisdən Belçika və Niderland parlamentlərinə SƏRT ETİRAZ

Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul edib, Azərbaycanın Milli Məclisi isə bu addımı qınayıb. Musavat.com xəbər verir ki, bu fikirlər Milli Məclisin məsələ ilə bağlı açıqlamasında yer alıb. “Milli Məclis ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayır və qətiyyətlə rədd edir”, – açıqlamada qeyd olunub. “Azərbaycan ilə Ermənistan arasında…

Read More
Cəbhədən Xəbər 

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb. “İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın ilkin mərhələsində şəxsi heyətin müvafiq qeydiyyat işləri aparılıb. Həkim müayinəsidən keçmiş hərbi vəzifəlilərə hərbi geyim və digər zəruri təminat vasitələri verilib. Ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə təlim toplanışı müddətində Azərbaycan Ordusunun arsenalında olan silah və hərbi texnikalardan istifadə qaydaları, müasir dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə üsulları…

Read More
Cəmiyyət 

“ASAN müraciət” informasiya sisteminə 100-cü qurum inteqrasiya olundu

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi də “ASAN müraciət” informasiya sisteminə inteqrasiya olunub. Bununla da sistemin iştirakçı qurumlarının sayı 100-ə çatıb. Qurumdan Musavat.com-a bildirilib ki, bu mərhələ sistemin əhatə dairəsinin genişlənməsi və funksionallığının daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir. “Yeni inteqrasiya nəticəsində artıq “ASAN müraciət” informasiya sistemi vasitəsilə açıq məkanlarda yerləşdirilən reklamlarla bağlı da müraciətlər ünvanla biləcək. İstifadəçilər aşağıdakı istiqamətlər üzrə müraciətlərini rahatlıqla təqdim edə bilərlər: * Qanunsuz reklam yerləşdirilməsi * Qəzalı və təhlükəli reklam daşıyıcıları * Dil və məzmun pozuntuları * Müddəti bitmiş reklamlar * Səs-küy və işıq çirkliliyi * Estetik normaların pozulması…

Read More
Gündəm 

İcra başçısı iki nəfəri müdir təyin etdi – ADLAR

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub. “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, Vüqar İsaq oğlu Hüseynov İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin olunub. O, indiyədək qurumun Ərazi-təşkilat məsələlər sektorunun baş məsləhətçisi vəzifəsində çalışıb. Digər əmrlə, Həmid Rauf oğlu Nəsirov Göygöl Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsinə gətirilib.

Read More
Hadisə 

Bakıda restoran yanır – FOTOLAR

Bakı şəhəri, Xətai rayonunda yerləşən şadlıq evlərindən birində yanğın hadisəsi baş verib. Musavat.com-un məlumatına görə, Xocalı prospektində yerləşən “Mübarək” şadlıq evinin bacasında yanğın qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Read More
Gündəm 

“Google Maps”də Xankəndinin bu küçələri erməni dilində göstərilir – FOTO

Qarabağa aid yaşayış məntəqələrində erməni adları “Google Maps”dən əsasən silinsə də, bəzi şəhərlərimizdə küçə adlarının hələ də bu dildə qalması ilə bağlı məlumatlar yayılıb. Xankəndiyə səfər edən sakinlər Musavat.com-a bildiriblər ki, küçə adları artıq Azərbaycan dilinə dəyişdirilsə də, “Google Maps”də köhnə – erməni adları göstərilməkdə davam edir. Halbuki, bu adlar rəsmi olaraq Azərbaycan dilində təqdim olunmalıdır. Bununla bağlı daha əvvəl də rəsmi açıqlama verilib. Bildirilib ki, “Google Maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsinə aid coğrafi adların həm rəsmi şəkildə Azərbaycan dilində göstərilməsi, həm də bəzi hallarda saxta erməni adları ilə təqdim olunması…

Read More
Cəmiyyət 

Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir? –VİDEO

Gülsüm Əliyeva adlı şəxsin həkim olmadan tibbi prosedurlar həyata keçirdiyi iddia olunur. Bu barədə jurnalist Qənirə Ataş paylaşım edib. Belə ki, paylaşılan videoda onun klinik şəraitdə, tibbi formada və əlcəkdə müxtəlif müdaxilələr etdiyi görünür. İddialara görə, həmin şəxsin tibbi təhsili yoxdur və o, əvvəllər Respublika Xəstəxanasında baş həkimin katibəsi kimi çalışıb. Bildirilib ki, katibəlikdən sonra o, özünü “cərrahiyəyə transfer etdiyini” iddia edir. Məsələ ilə bağlı  mediada ciddi narahatlıq yaranıb. Paylaşılan görüntülər açıq şəkildə tibbi müdaxiləni xatırladan prosesləri əks etdirdiyindən istifadəçilər bu fəaliyyətin qanuniliyinə dair suallar səsləndirir. Bildirilir ki, şəxsin tibbi…

Read More
Cəmiyyət 

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Musavat.com-a idarədən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına uyğun olaraq, hazırda paytaxt ərazisində, eləcə də respublikanın ayrı-ayrı rayonlarında yağış və fasilələrlə külək müşahidə olunur. Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, piyadalar daha məsuliyyətli olmalı, yollarda həyat və sağlamlıqları üçün…

Read More