Hadisə 

Bakıda restoran yanır – FOTOLAR

Bakı şəhəri, Xətai rayonunda yerləşən şadlıq evlərindən birində yanğın hadisəsi baş verib. Musavat.com-un məlumatına görə, Xocalı prospektində yerləşən “Mübarək” şadlıq evinin bacasında yanğın qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Read More
Gündəm 

“Google Maps”də Xankəndinin bu küçələri erməni dilində göstərilir – FOTO

Qarabağa aid yaşayış məntəqələrində erməni adları “Google Maps”dən əsasən silinsə də, bəzi şəhərlərimizdə küçə adlarının hələ də bu dildə qalması ilə bağlı məlumatlar yayılıb. Xankəndiyə səfər edən sakinlər Musavat.com-a bildiriblər ki, küçə adları artıq Azərbaycan dilinə dəyişdirilsə də, “Google Maps”də köhnə – erməni adları göstərilməkdə davam edir. Halbuki, bu adlar rəsmi olaraq Azərbaycan dilində təqdim olunmalıdır. Bununla bağlı daha əvvəl də rəsmi açıqlama verilib. Bildirilib ki, “Google Maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsinə aid coğrafi adların həm rəsmi şəkildə Azərbaycan dilində göstərilməsi, həm də bəzi hallarda saxta erməni adları ilə təqdim olunması…

Read More
Cəmiyyət 

Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir? –VİDEO

Gülsüm Əliyeva adlı şəxsin həkim olmadan tibbi prosedurlar həyata keçirdiyi iddia olunur. Bu barədə jurnalist Qənirə Ataş paylaşım edib. Belə ki, paylaşılan videoda onun klinik şəraitdə, tibbi formada və əlcəkdə müxtəlif müdaxilələr etdiyi görünür. İddialara görə, həmin şəxsin tibbi təhsili yoxdur və o, əvvəllər Respublika Xəstəxanasında baş həkimin katibəsi kimi çalışıb. Bildirilib ki, katibəlikdən sonra o, özünü “cərrahiyəyə transfer etdiyini” iddia edir. Məsələ ilə bağlı  mediada ciddi narahatlıq yaranıb. Paylaşılan görüntülər açıq şəkildə tibbi müdaxiləni xatırladan prosesləri əks etdirdiyindən istifadəçilər bu fəaliyyətin qanuniliyinə dair suallar səsləndirir. Bildirilir ki, şəxsin tibbi…

Read More
Cəmiyyət 

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Musavat.com-a idarədən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına uyğun olaraq, hazırda paytaxt ərazisində, eləcə də respublikanın ayrı-ayrı rayonlarında yağış və fasilələrlə külək müşahidə olunur. Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, piyadalar daha məsuliyyətli olmalı, yollarda həyat və sağlamlıqları üçün…

Read More
Cəmiyyət 

“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı

“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub. Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib. Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, Ə.Ş-də anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edilib. Bu o deməkdir ki, şəxsdə müəyyən dərəcədə psixi problemlər var. Amma o, törətdiyi əməli dərk edir, davranışlarını idarə etmək qabiliyyətindədir. Hazırki rəyə əsasən, şəxs cinayət məsuliyyətindən azad edilmir, lakin bu hal gələcəkdə cəza…

Read More
Cəmiyyət 

Pensiya alanlara ŞAD XƏBƏR

Azərbaycanda pensiyaların aprelin 21-də tam ödənilməsi nəzərdə tutulub. Musavat.com bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Read More
Hava 

Bakıya intensiv yağış yağacaq – SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Azərbaycanda aprelin 21-də havanın arabir yağıntılı keçəcəyi gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq…

Read More
Hadisə 

Bakıda məktəbdə şagird sinif yoldaşını yandırdı -TƏFƏRRÜAT

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Bu barədə BŞTİ-indən məlumat verilib. Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb. “Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir”, məlumatda qeyd olunub.…

Read More
Cəmiyyət 

Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?

Ucarda 15 yaşlı qızın ana olması ilə bağlı yayılan xəbər cəmiyyətdə ciddi narahatlıq yaradıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı cinayət işi başlanılıb və araşdırmalar aparılır. Lakin hadisənin özü ilə yanaşı, bir sıra suallar da gündəmə gəlir: bu vəziyyət necə yaranıb, nəzarət mexanizmləri niyə vaxtında işləməyib və ən əsası, 14–15 yaşlı məktəbli qızın təhsildən yayınması niyə əvvəlcədən aşkarlanmayıb? Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələ ilə bağlı Musavat.com-a geniş açıqlama verib. Onun sözlərinə görə, son illər 13–15 yaş aralığında olan qız uşaqlarının erkən hamiləlik və zorakılıq qurbanı olması halları cəmiyyətin…

Read More
Cəmiyyət 

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkə ərazisində müəyyən yollarda görünüş məsafəsinin azalacağına dair xəbərdarlıq edilib. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 21-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Read More