Hava 

Aprelin 19-da hava… – XƏBƏRDARLIQ

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında aprelin 19-da, digər yerlərində isə aprelin 20-dən 21-i gündüzədək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. “İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Read More
Hava 

Sabahdan külək güclənəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti aprelin 18-də Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Musavat.com xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı,…

Read More
Siyasət 

Hikmət Hacıyev: Azərbaycan regional sahibliyin qəti tərəfdarıdır

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda ADF2026-da çıxış etməkdən şərəf duyduğunu qeyd edib. Musavat.com xəbər verir ki, o, bunu Antalya Diplomatiya Forumunda iştirakı ilə bağlı sosial media hesabındakı paylaşımında yazıb. O, artan qütbləşmə və beynəlxalq münasibətlərə inamın azaldığı bir dövrdə regional sahibliyə strateji zərurət və məsuliyyət kimi yanaşıldığını vurğulayıb: “Bizim üçün bu anlayış həm də regional liderlik, regional inklüzivlik və ortaq regional məsuliyyətdən ibarətdir. Azərbaycan ilk gündən etibarən regional sahibliyin qəti tərəfdarı olub. Azərbaycan–Türkiyə tərəfdaşlığından tutmuş regional təhlükəsizliyin…

Read More
Təhsil 

Təhsillə bağlı bu məsələ fikir ayrılığı yaratdı: ləğv, yoxsa islahat?

Son dövrlər məktəblərdə ev tapşırıqlarının ləğv mövzusu ətrafında fərqli yanaşmalar səsləndirilir. Xüsusilə şagirdlərin yüklənməsi, onların psixoloji vəziyyəti və dərsə marağının qorunması baxımından ev tapşırıqlarının zəruriliyi vurğulanır. Bir tərəf hesab edir ki, ev tapşırıqlarının azaldılması( və ya tamamilə ləğvi) şagirdlərin daha sağlam və balanslı inkişafına şərait yarada bilər. Digər tərəf isə ev tapşırıqlarının öyrənilən biliklərin möhkəmləndirilməsi baxımından vacib olduğunu bildirirlər. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb. Ekspert deyib ki, Elm və Təhsil Nazirliyinin aşağı siniflərdə ev tapşırıqlarının məcburi şəkildə…

Read More
Siyasət 

Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ

Milli Məclisin 21 aprel tarixli iclasının gündəliyi açıqlanıb. Parlamentdən Musavat.com-a verilən məlumata görə, gündəliyə 8 məsələ daxildir. Onlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı. 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. “Dövlət icra məmurları…

Read More
Siyasət 

Üç qardaş ölkənin rəhbərləri Antalyada bir araya gəldilər – FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində aprelin 17-də Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir. Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə bir araya gəlib.

Read More
Siyasət 

Ərdoğandan SON DƏQİQƏ AÇIQLAMASI – Azərbaycanla koordinasiyalı şəkildə…

Qonşu Ermənistanla münasibətlərin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Musavat.com Reporta-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib. O bildirib ki, bölgədə və qonşu dövlətlərlə münasibətlərimiz yaxşı olmalıdır: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı addım-addım irəli aparırıq”.

Read More
Cəmiyyət 

Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı

“Növbəti ildə həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır”. Musavat.com xəbər verir ki, bunu ADY sədrinin müavini Arif Ağayevin Kürdəmir stansiyasına sərnişindaşıma xidmətinin bərpası ilə bağlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan Dəmir Yolları sərnişindaşıma xidmətinin dayanıqlı inkişafı üçün pandemiyadan əvvəl mövcud olmuş marşrut və stansiyaların bərpasını mərhələli şəkildə həyata keçirir. “Bu istiqamətdə 2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutu Ağstafaya qədər uzadılıb, ilk dəfə olaraq Qəbələyə sürətli qatar reysləri…

Read More