Hava 

Yağış intensivləşəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 14-ü gündüzdən 15-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var. Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Read More
Cəmiyyət 

Qafqazı “yuyan” yağış – Bu tarixə qədər kəsməyəcək

Bildiyimiz kimi, həm Azərbaycanda, həm də Qafqaz regionunda aprel ayı kəskin hava dəyişikliyi və intensiv yağıntılarla müşayiət olunur. Hər iki bölgənin dağlıq ərazilərində qar və dolu, düzənliklərdə isə güclü leysan yağışları həyatın ritmini çətinləşdirib. Son məlumata görə, aprelin 14-də Azərbaycan ərazisində, xüsusilə dağlıq rayonlarda yağıntıların davam edəcəyi, bəzi yerlərdə qar yağacağı gözlənilir. Bəs oxşar vəziyyətin hökm sürdüyü Şimali Qafqazda necə, havaya bel bağlamaq olarmı? Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin aparıcı mütəxəssisi Marina Makarova Şimali Qafqazda “dəhşətli yağıntıların” aprelin 15-nə qədər davam edəcəyini açıqlayıb. Sinoptikin sözlərinə görə,…

Read More
Cəmiyyət 

Pensiya sistemində açıq qalan suallar: özəl fondlar niyə yaradılmır? – İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində müzakirələr illərdir davam etsə də, özəl pensiya fondlarının yaradılması və vətəndaşların pensiyalarını istədikləri bank vasitəsilə əldə etməsi məsələsi hələ də açıq qalır. Mövcud sistemdə pensiya ödənişlərinin müəyyən banklar üzərindən həyata keçirilməsi seçim azadlığını məhdudlaşdırır və bu da vətəndaş məmnuniyyəti ilə bağlı suallar doğurur. Eyni zamanda, özəl pensiya fondlarının formalaşdırılması həm sosial təminat sisteminin şaxələndirilməsi, həm də vətəndaşların gələcək maliyyə təhlükəsizliyinin artırılması baxımından vacib hesab olunur. Buna baxmayaraq, bu istiqamətdə konkret mexanizmlərin olmaması və hüquqi bazanın yetərincə formalaşmaması prosesin ləngiməsinə səbəb olur. Mövcud vəziyyət isə belə…

Read More
Cəmiyyət 

Sel gəlir, zərər qalır: vətəndaşlar niyə sığortadan qaçır? – HÜQUQŞÜNASDAN AÇIQLAMA

Mart ayında ardıcıl yağan üç günlük intensiv yağışlar, ardınca isə aprel ayında müşahidə olunan davamlı yağıntılar bir çox yaşayış evlərini və obyektləri su altında qoydu. Küçələrdə yaranan sel suları, zirzəmilərə dolan su və maddi zərərlər bir daha göstərdi ki, təbii hadisələr qarşısında hazırlıqsız qalmaq ciddi nəticələrə səbəb olur. Bütün bu hadisələrə baxmayaraq, vətəndaşların böyük bir hissəsi hələ də evlərini və obyektlərini sığorta etdirməkdə maraqlı görünmür. Halbuki sığorta belə hallarda dəyən ziyanın ən azı müəyyən hissəsinin qarşılanmasına imkan yaradır və maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır. Mövcud vəziyyət isə sual doğurur: təbii…

Read More
Cəmiyyət 

Vətən müharibəsindən sonra 422 Azərbaycan vətəndaşı mina qurbanı olub

Minatəmizləmə işlərinə daha çox geniş beynəlxalq dəstəyin göstərilməsinə təcili ehtiyac var. “İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, minalar Azərbaycanda həyat almaqda davam edir: “14 aprel tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Onun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Bu faciə minaların davam edən insan itkisini və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi təhlükələri kəskin şəkildə xatırladır”. Nazirlik qeyd edib ki, 2020-ci ildə…

Read More
Cəbhədən Xəbər 

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıb

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində müddətli həqiqi hərbi xidməti başa vuran hərbi quluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir. “İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Hərbi hissələrin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xidmətdə fərqlənmiş hərbi qulluqçular təltifləndirilərək onlara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilib, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanıb. Hərbi qulluqçular üçrəngli bayrağımızı öpüb, xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə…

Read More
Hadisə 

SON DƏQİQƏ: Füzulidə mina partladı – ANAMA əməkdaşı həlak oldu

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub. Bu barədə Musavat.com-a ANAMA-dan məlumat verilib. Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baș verib. Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışında həlak olub.

Read More
Hadisə 

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan 2 nəfər həbs edildi – VİDEO

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q və 27 yaşlı X.H şərti adlı şəxslər həbs ediliblər. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, E.Q ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb. Daha sonra zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar. İnsan alveri cinayətində təqsirləndirilən X.H isə…

Read More
Hava 

Sabahın havası ilə bağlı SON DƏQİQƏ XƏBƏRDARLlĞI – Güclü yağış…

Bakıda və Abşeron yarımadasında aprelin 14-ü gündüzdən 15-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var. Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Read More