Cəmiyyət 

Səhiyyə naziri əmr imzaladı

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 2026-cı ilin 19–25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək. Musavat.com xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur. “İmmunlaşdırma Həftəsi” zamanı bir sıra rayonlarda sil-silə tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin, respublikanın…

Read More
Gündəm 

Azərbaycan Ermənistandan mal idxal etməyə BAŞLADI

Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. Musavat.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb. Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.

Read More
Cəmiyyət 

Azərbaycanda bu şəxlər peyvənd OLUNACAQ – RƏSMİ

Azərbaycanda aprelin 19-25-də “İmmunlaşdırma həftəsi” keçiriləcək. Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur. “İmmunlaşdırma Həftəsi” zamanı bir sıra rayonlarda sil-silə tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin, respublikanın tibb idarə və müəssisələrində əhaliyə…

Read More
Cəbhədən Xəbər 

“Anadolu Ankası – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla icra olunub – VİDEO

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib. “İki sahil” xəbər verir ki,  təlimdə SU-25 və F-16 təyyarələri, eləcə də T-70 helikopterləri ilə şərti düşmən ərazisində qəzaya uğramış hava gəmisinin ekipaj üzvlərinin axtarışı və xilas edilməsi məqsədilə havada üstünlüyün əldə olunması, eləcə də hava dəstəyinin təmin edilməsi üzrə taktiki tapşırıqlar icra edilib. Əməliyyat zamanı hava dəstəyi yüksək koordinasiya ilə həyata keçirilib, təlim bölgəsində risklərin minimuma endirilməsi və xilasetmə fəaliyyətlərinin effektivliyinin artırılması təmin olunub. Azərbaycan Hərbi Hava…

Read More
Cəbhədən Xəbər 

BMT-nin Layihə Xidmətləri İdarəsinin nümayəndəsi ilə ANAMA-da görüş keçirilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) Avstriya üzrə Çoxölkəli Nümayəndəliyinin direktoru xanım Simonetta Siliqato ilə görüş keçirib. “İki sahil” xəbər verir ki, görüşdə, qonağa ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş təqdimat edilib. Görüş zamanı tərəflər mina təhlükəsi ilə mübarizə sahəsində birgə icrası planlaşdırılan layihələr, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Read More
Dünya 

Məktəblilərə forma məcburi edilir

Gürcüstanda təhsil sistemində yeni qərar qəbul olunub. Musavat.com xəbər verir ki, ölkənin Təhsil Nazirliyi ibtidai və orta sinif şagirdləri üçün məcburi məktəb formasının tətbiqinə qərar verib. Məlumata görə, yeni qaydalar 1-ci sinifdən 6-cı sinfə qədər olan şagirdləri əhatə edəcək. Nazirlik artıq genişmiqyaslı hazırlıq prosesinə başlayıb və məktəb formalarının kütləvi istehsalı üçün bazar araşdırması aparır. Rəsmi açıqlamada bildirilir ki, ümumilikdə 1,7 milyondan çox geyim vahidinin alınması planlaşdırılır. Bu siyahıya əsasən pencəklər, şalvarlar və ətəklər daxil olacaq. Eyni zamanda, gələcək məktəb formalarının rəsmi eskizləri də təqdim olunub. Yeni modelin həm vahid standart yaratmaq,…

Read More
Cəmiyyət 

Bakıya güclü dolu yağmasının səbəbi açıqlandı – Daha nələr olacaq?

Ötən gün Qubaya güclü qar, Bakı və Abşerona isə şiddətli dolu yağıb. Aprel ayında ölkə ərazisində qış havasının müşahidə olunması çoxsaylı suallar doğurub. Azərbaycan təbiətində nə baş verir? Bizi daha hansı sürprizlər gözləyir? Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, proseslər təsadüfi deyil və arxasında həm mövsümi atmosfer dəyişiklikləri, həm də qlobal iqlim transformasiyaları dayanır: “Azərbaycan coğrafi mövqeyinə görə müxtəlif hava kütlələrinin kəsişdiyi regionda yerləşir. Yaz ayları isə xüsusilə keçid dövrü hesab olunur. Bu dövrdə şimaldan soyuq…

Read More
Cəmiyyət 

Baş Nazirdən MAAŞLARLA BAĞLI qərar – ARTACAQ

Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq olunmuş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə dəyişiklik edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada 1.5-3 dəfə artım əmsalları tətbiq ediləcək.

Read More
Cəmiyyət 

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb. “İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 16-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir. Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı,…

Read More
Cəmiyyət 

Onlar müdir müavini təyin edildilər

Qarabağ Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub. Musavat.com xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Rzayev Ruslan Rasim oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib. Ruslan Rzayev əmək fəaliyyətinə 2011-ci ildə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə müəllim kimi başlayıb. 2020-ci ilədək müəllim kimi fəaliyyət göstərən Ruslan Rzayev 2020-2022-ci illərdə həmin təhsil müəssisəsində direktor vəzifəsində çalışıb. 2022-ci ildən bu təyinatadək Qazax rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib. Məmmədtağıyev Elmin Məmmədtağı oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir müavini təyin…

Read More