Cəmiyyət 

Akademik Musiqili Teatrda “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak edib, tamaşanı izləyiblər. “İki sahil” xəbər verir ki, “Gülçöhrə və Əsgər” ikihissəli musiqili dramı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin davamıdır. Yeni səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir…

Read More
Cəmiyyət 

Hər damla HESABA ALINIR

Qarşıdakı illər üçün əsas hədəf bunlardır: Su ehtiyatlarını artırmaq, əhalini keyfiyyətli su ilə təmin etmək, idarəetməni müasirləşdirmək və standartlara uyğunlaşmaq Azərbaycanın su təsərrüfatında aparılan monitorinqlər göstərir ki, bu sahədə itkilər həm infrastrukturun dayanıqlığına, həm də xidmət keyfiyyətinə ciddi təsir göstərir. Yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə məskunlaşma, vətəndaşlar tərəfindən çəkilən qeyri-standart xətlər və bir xəttə bir neçə abonentin qoşulması mövcud şəbəkələrin yüklənməsini artırır, nəticədə itkilərin miqyası genişlənir. Bu hallar həm resursların səmərəli idarə olunmasına, həm də su təminatının standartlara uyğun həyata keçirilməsinə mane olur. Mövcud vəziyyətlə bağlı dəqiq məlumat almaq məqsədilə Azərbaycan…

Read More
Cəmiyyət 

Gələn ay 30 manat yardım veriləcək

3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək. Birdəfəlik yardımın məbləği 30 manat olacaq və yardımın dekabr ayında verilməsi nəzərdə tutulur. Bəs birdəfəlik yardımı necə almaq olar? Əlilliyi olan vətəndaşlar müraciət üçün Sosial Xidmətlər Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin sxa@sosial.gov.az elektron ünvanına göndərə bilərlər. Xatırladaq ki, sözügedən maddi yardımla bağlı müraciətlərə növbəlilik qaydasında baxılacaq. Qeyd edək ki, 1992-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi Bəyannaməyə görə dekabrın 3-ü “Əlilliyi…

Read More
Cəmiyyət 

Azərbaycanda onlarla xəbər saytı Cloudflare-dəki qlobal nasazlıq səbəbindən çökdü

Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox xəbər saytının işində ciddi fasilələr yaranıb. Musavat.com xəbər verir ki, problem beynəlxalq internet təhlükəsizlik və şəbəkə infrastruktur şirkəti olan Cloudflare-də baş verən kütləvi nasazlıqla əlaqələndirilir. Cloudflare-in infrastrukturunda yaranan texniki problem nəticəsində bir sıra platformalar kimi Musavat.com da daxil olmaqla onlarla xəbər resursu əlçatmaz olub və oxucular saytların yüklənməsində çətinliklərlə üzləşiblər. Şirkət hazırda problemin səbəblərini araşdırır və xidmətlərin tam bərpa olunması istiqamətində işlər aparılır.

Read More
Cəmiyyət 

Sabah 30 min abonentin suyu kəsiləcək

Sabah Sumqayıt şəhərində 30 min abonentin suyu kəsiləcək. Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq noyabrın 19-da saat 10:00-dan axşam saatlarınadək şəhərin bir neçə ərazisində suyun verilməsində müvəqqəti fasilə olacaq. Məhdudiyyətlər şəhərin 12-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cü məhəllə, həmçinin “Qızılqum” yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsi, Baxçaşəhər Sülh küçəsi, Xəzər sahili küçələri, eləcə də 1, 3 və 4-cü mikrorayonların bir hissəsi, 8, 9 və 10-cu mikrorayonlarda…

Read More
Cəmiyyət 

Narkotikdən əziyyət çəkən ananın 1 yaşlı övladı ilə görüşü KÖVRƏLTDİ – VİDEO

Sosial şəbəkələrdə narkotik asılılığından əziyyət çəkən bir ananın 1 yaşlı övladı ilə görüş anı böyük təəssürat yaradıb. Musavat.com milli.az-a istinadən xəbər verir ki, kadrları aparıcı-bloqer Nail Kəmərli paylaşıb. Məlumata görə, həmin ailə xalqın dəstəyi ilə toplanan maddi yardım sayəsində reabilitasiya mərkəzinə yerləşdirilib və ana müalicə almağa başlayıb. Balaca uşaq isə təhlükəsizliyi və sağlam böyüməsi üçün dövlət himayəsinə götürülüb. Ana ilə uşağın illər sonra baş tutan emosional görüşü sosial şəbəkə istifadəçilərini kövrəldib və geniş müzakirələrə səbəb olub.

Read More
Cəmiyyət 

Bakıda işsiz gənclərin etibarından sui-istifadə edilir – Adlarına külli miqdarda vergi borcu yazılıb

Bakıda işsiz gənclərin etibarından sui-istifadə edilərək, işə düzəltmək adı ilə adlarına şirkət açılıb. Nəticədə onların külli miqdarda vergi borcu yaranıb. Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, şikayətçi Teymuraz Abbasov deyir ki, onun adıma 232 min manat vergi borcu var. O, bundan bir il sonra ünvanına göndərilən məhkəmə qəbzi ilə xəbər tutub. Zərərçəkmiş Nicat Hüseynov isə deyib ki, onun da adına şirkət açılıb və 99 min manat vergi borcu yaranıb. Röyal Əzimov isə bildirib ki, onun adına 3 şirkət açılıb, nəticədə 16 700 manat vergi borcu yaranıb və artmaqda davam edir.…

Read More
Cəmiyyət 

Bakıda başqa kimlər ad gününü qeyd edib? – VİDEO

Xəbər verdiyimiz kimi, DÇ-2026-nın seçmə mərhələsinin son turunda Azərbaycan yığmasının qonağı olacaq Fransa komandası Bakıya gəlib. “Milan”ın yarımmüdafiəçisi Kristofer Nkunku 28 yaşını burada qarşılayıb. Bu barədə məlumat Fransa Futbol Federasiyasının instaqram səhifəsində paylaşılıb. “Nkunku 28 yaşında Azərbaycanda! Bakıda başqa kimlər ad gününü qeyd edib?”, – paylaşımda deyilir. Azərbaycan – Fransa matçı noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oktyabrın 10-u Parisdə baş tutan oyunda millimiz Fransa kollektivinə 3:0 məğlub olub. (sportinfo.az)

Read More
Cəmiyyət 

Azərbaycan-Ermənistan sərhədində baş verən yanğın söndürülüb

Azərbaycan-Ermənistan sərhədində, Gədəbəy rayonunun İsalı, Dördlər, Novoivanovka, Mormor və Göyəmli kəndlərinə yaxın neytral ərazidə bir neçə gündür davam edən yanğın söndürülüb. “Report”un Qərb bürosunun məlumatına görə, relyefin mürəkkəbliyi səbəbindən xüsusi texnikaları yanğının baş verdiyi əraziyə cəlb etmək mümkün olmayıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin və bölməsinin canlı qüvvəsi tərəfindən söndürülüb.

Read More