Cəmiyyət 

Azad edilmiş rayonlarda tikintiyə bu qədər vəsait xərclənib – SİYAHI

İşğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələri hesabına 3 milyard 150 milyon 268 min manat vəsait sərf edilib. Musavat.com xəbər verir ki, bu barədə APA Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir. Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (781 mln. 429 min manat), Ağdam (432 mln. 668 min manat), Zəngilan (345 mln. 685 min manat) və Laçın ( 323 mln. 961 min manat) rayonlarına ayrılıb. Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 13…

Read More
Cəmiyyət 

Nazir məktəblərin bağlanmasından danışdı: İxtisarlar davam edəcək

5-10 şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür. Musavat.com xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, məktəblərin ixtisarı davam edəcək: “5-10 şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür. Təsəvvür edin, 2 nəfər olan sinifdə necə musiqi dərsi keçək? Xorda necə öyrədək? Bu, uşağın gələcəyinə də təsir edəcək. 10 nəfər olan məktəbdə təhsil alan uşağın nə qədər dostu olacaq? Biz həmin uşaqlara başqa yerdə daha keyfiyyətli təhsil verə bilərik”.

Read More
Cəmiyyət 

Azərbaycanlı tələbələr Moldova aeroportunda qalıb – XİN-dən açıqlama – FOTO

“Ukraynaya oxumağa gedən 34 azərbaycanlı tələbə Moldovada saxlanılıb və pasportları əllərindən alınıb”. Musavat.com xəbər verir ki, bu şikayətlə “qafqazinfo”ya Moldovada saxlanılan tələbələrdən biri – Özcan Həşimovun yaxını Firuzə Əkbərova müraciət edib. Onun sözlərinə görə, dünən səhər bir müəllim, bir valideyn və 34 tələbə birlikdə Moldovaya uçublar və oradan Ukraynaya keçməli imişlər: “Moldovadan keçəndə hər birinin pasportuna möhür vurulub. Ukraynaya keçmək istəyəndə isə onları buraxmayıblar. Bunun üçün heç bir əsaslı səbəb göstərilməyib. Əvvəlcə hədə-qorxu gəliblər, baqajlarını əllərindən alıblar, yükləri ortada yoxdur. Deyiblər ki, bu gün üçün Azərbaycana qayıtmalıdırlar. Onlar tələbədirlər, nə…

Read More
Cəmiyyət 

Azərbaycanda 60 yaşlı qadın ana oldu – VİDEO

Azərbaycanda 60 yaşlı qadın ana olub. Publika.az xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov sosial media hesabında paylaşım edib. “Pasientimiz bizə müraciət edəndə çox böyük miomaları vardı. Həm miomaları uğurla götürdük, həm də övladı sağ-salamat dünyaya gəldi. 60 yaşda ana olmaq mümkündür və hər yaşda ümid var”, – deyə həkim qeyd edib. Sözügedən paylaşımı təqdim edirik:

Read More
Cəmiyyət 

Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu – Oyun planı dəyişməyib?

Noyabrın 14-də Ramiz Mehdiyevin həbsinin bir ayı tamam olur. Ötən günlər ərzində “Mehdiyev niyə danışmır” sualı tez-tez verilir, eşidilir. Adam 30 il bu dövlətin içində olub, bütün idarəetmə mexanizmlərinin başında dayanıb. Belə bir halda dövlətə xəyanət kimi ağır ittihamla üzləşibsə, niyə susur? Niyə çıxıb demir ki, mən xəyanət etməmişəm! Bəs bu sükutun arxasında nə var? Bu suallar indi Azərbaycan ictimai rəyində ən çox səslənən, lakin ən az cavablanan məsələlərdəndir. Ramiz Mehdiyevin həbsi, xüsusilə də dövlətə xəyanət kimi ağır maddə ilə istintaqa cəlb olunması təkcə bir şəxsin cinayət işi deyil, sistemin…

Read More
Cəmiyyət 

Paytaxtın daha bir möhtəşəm ünvanı – Zəfər muzeyiFOTOVİDEO

Məlum olduğu kimi, Zəfər günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər. Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla anıb. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzüb. Daha sonra dövlətimizin başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak ediblər. Açılışdan sonra Zəfər muzeyi vətəndaşlarımızın və turistlərin üzünə açıq elan olunub. Musavat.com-un məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, ziyarətçilər 3 gün ərzində, 9–11 noyabr tarixlərində Zəfər muzeyini ödənişsiz ziyarət etmək…

Read More
Cəmiyyət 

Genişmiqyaslı maqnit qasırğası – XƏBƏRDARLIQ EDİLDİ

Yer kürəsində genişmiqyaslı maqnit qasırğası qeydə alınıb. Musavat.com xəbər verir ki, onun səviyyəsi G4.7-yə çatıb (maksimum göstərici G5-dir) və bu, mütəxəssislərin proqnozlaşdırdığından xeyli yüksəkdir. Gecə saatlarında üç plazma tullantısından birincisinin və ən zəifinin Yerə çatacağı gözlənilirdi ki, bu da cüzı maqnit dalğalanmalarına səbəb olmalı idi. Maqnit qasırğalarının təxminən iki sutkadan bir qədər çox davam edəcəyi bildirilir: yaxın vaxtlarda Yerə ardıcıl şəkildə üç plazma axını yaxınlaşacaq və onların gücü hesabatlara görə tədricən artacaq. Sonuncu tullantı isə ilin ən güclü günəş parıltısı olacaq və X5.15 göstəricisinə çatacaq.

Read More
Cəmiyyət 

Yerlərdəki rəhbərlərdən tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar – Prezident

Məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. “İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib. Prezident bölgələrdə insanların işlə təmin olunması üçün dövlətin müxtəlif addımlar atdığını, müəssisələr yaradıldığını, sahibkarlara güzəştli kreditlər verildiyini, özünüməşğulluq proqramının uğurla icra edildiyini bildirib: “Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın,…

Read More
Cəmiyyət 

“Uğur 777” estetik mərkəzində qanunsuz əməliyyatlara görə CİNAYƏT İŞİ BAŞLANILDIVİDEO

Bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, “UĞUR 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib. Həmçinin, sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva,…

Read More
Cəmiyyət 

Azərbaycanda “İpoteka haqqında” qanun dəyişdi

Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 31-də qəbul etdiyi “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Musavat.com xəbər verir ki, yenilənmiş qanuna əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması nəzərdxə tutulur. Sənədə görə, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq. Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumunu üstünlük hüququnun keçdiyi…

Read More