Cəmiyyət 

Azərbaycan Ordusunun yeni “Vaşaq” və “Kobra-2” texnikaları Bakıdakı hərbi paradda nümayiş etdirilib

Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikalar əlavə edilib. Musavat.com xəbər verir ki, bunlar “Vaşaq” xüsusi əməliyyat vasitələri və “Kobra-2” zirehli tibbi təxliyyə teknikasıdır. Həmin texnikalar noyabrın 8-də Bakıda keçirilən Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə nümayiş olunub.

Read More
Cəmiyyət 

Bakıda hərbi paradda “Vikinq” hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş etdirilib

Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikalar əlavə edilib. Musavat.com xəbər verir ki, noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda silahlanmaya yeni qəbul edilmiş yerli milli müdafiə sənayesinin “Vikinq” hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş edilib.

Read More
Cəmiyyət 

Təkcə yağları deyil, bədbəxt düşüncələri də yandıran pəhriz

Yüksək yağ, az karbohidrat tərkibi ilə son illərin ən populyar arıqlama üsullarından biri sayılan ketogenik (Keto) pəhriz yalnız çəkiyə deyil, həm də əhval-ruhiyyəyə təsir göstərə bilər. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Toronto Universitetində aparılan geniş tədqiqat zamanı 15 ölkədən 41 mindən çox yetkin şəxsin məlumatları araşdırılıb. 1965-2025-ci illər arasında dərc edilmiş 50 elmi araşdırmanın nəticələri təhlil edilib. Nəticələr göstərib ki, keto pəhrizi depressiya simptomlarını əhəmiyyətli dərəcədə azalda bilər. Bu pəhrizdə karbohidratlar demək olar ki, tamamilə kənarlaşdırılır, bədən enerji mənbəyi kimi yağ yandırır və ketonlar istehsal edir. Mütəxəssislər hesab…

Read More
Cəmiyyət 

Ermənilərin vurduğu PUA-mız geriyə NECƏ QAYITDI? – VİDEO

Vətən müharibəsində dronların qələbənin qazanılmasında xüsusi rolu olub. İndi söhbət açacağımız pilotsuz uçuş aparatı da döyüşlərdə ən öncül puası idi. Söhbət “İti qovan” puasından gedir. Kiçik-orta ölçülü, müşahidə-kəşfiyyat və eyni zamanda partlayıcı yük daşıyıb hədəfə zərbə endirə bilən bu platforma Azərbaycanın Müdafiə Sənayesi tərəfindən hazırlanan zərbə-tipli pilotsuz uçuş aparatıdır. Onun ilkin adı “Zərbə” olub, sonradan təkmilləşdirilərək “İti qovan” adlandırılıb. Bu barədə daha ətraflı AzTV-nin təqdim etdiyi reportajda:

Read More
Cəmiyyət 

Dövlət Təhlükəsizliyi Xidməti Zəfər Günü münasibətilə paylaşım edib – VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xüsusi videoçarx yayımlayıb. Musavat.com xəbər verir ki, videoçarxda Ümummilli Lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarından fraqmentlər yer alıb. Paylaşımda Azərbaycanın dövlətçilik irsi, Ordumuzun qəhrəmanlığı və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə ehtiram xüsusi vurğulanıb. Musavat.com

Read More
Cəmiyyət 

Şuşada iki yaşayış kompleksinin inşasına BAŞLANILDI

Gələn il Şuşada bərpa-quruculuq işləri davam edəcək. Hazırda Şuşa şəhərində intensiv tikinti işləri aparılır, iki yaşayış kompleksinin inşasına start verilib. Yaxın aylarda üçüncü yaşayış kompleksinin inşasına da başlanılacaq. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib. “Gələn ilin sonu – 2027-ci ilin əvvəlində mərhələli olaraq binaları şuşalıların istifadəsinə verəcəyik. Keçmiş məcburi köçkünlərin növbəti köç dalğası baş tutacaq. Yaxın aylarda Sadıqcanın ev-muzeyinin bərpası bitəcək. Altı tarixi abidədə konservasiya layihələri həyata keçirilərək tamamlanacaq. Bundan başqa, bir neçə layihə də yekunlaşacaq. Şəhərin mərkəzi olan Qarabağ…

Read More
Cəmiyyət 

Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət iştirak edib

Bu gün Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət, 100-dən çox texnika iştirak edib. “Report” xəbər verir ki, hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti iştirak edib. Həmçinin Azərbaycanın 50 aviasiya vasitəsi, 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də parada 12 gəmi paradda nümayiş…

Read More
Cəmiyyət 

Xankəndidə Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilirFOTOVİDEO

Xankəndi şəhərində “8 Noyabr” Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”un Qarabağ bürosuna verilən məlumata görə, bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. Zəfər konsertində tanınmış ifaçılar, incəsənət xadimlərinin ifasında, vətənpərvərlik ruhunda mahnılar səslənib.

Read More