Cəmiyyət 

Valideynlərdən pul yığılması qanunsuzdur — məktəblərin xərclərini dövlət qarşılayır

“Məktəblərin maliyyələşmə mexanizmləri göstərir ki, dövlət ümumtəhsil müəssisələrinin saxlanılması, təmiri və təsərrüfat xərcləri dövlət büdcəsi hesabına təmin edilir. “Təhsil haqqında” Qanuna əsasən, məktəblərin tikintisi və təmiri yalnız büdcə vəsaiti ilə həyata keçirilə bilər. Bu, valideynlərdən pul yığılmasının qanunsuz olduğunu açıq göstərir. Bununla belə, bəzi hallarda məktəb rəhbərləri və valideyn komitələri siniflərin təmiri, pərdələrin və işıqlandırmanın yenilənməsi kimi işlər üçün valideynlərdən pul toplamağa meyllənirlər. Bu yanaşma qanunsuz olmaqla yanaşı, təhsil sisteminə ictimai etimadı da azaldır”. Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. O, qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsində təhsil…

Read More
Cəmiyyət 

Bakıda bu məktəbdə şagirdlər 1 aydır dərsə getmirlər – FOTOFAKT

Bakı məktəbində şagirdlərin bir aydan çox müddətdə dərsə getmədiyi məlum olub. Bu barədə məlumatı lent.az yayıb. Bildirilib ki, davamiyyətlə bağlı qeydlər məktəbin ənənəvi kağız jurnalında aparılıb. Məlumata əsasən, sözügedən jurnal Yasamal rayonunda yerləşən Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəbə məxsusdur. Hərçənd jurnalda sinif səviyyəsi göstərilməsə də, “Coğrafiya” və “İnformatika” fənləri üzrə sentyabr-oktyabr aylarının davamiyyət qeydləri şagirdlərin 90 faizindən çoxunun bu müddət ərzində dərsə qatılmadığını göstərir. Hazırda məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu göndərilib. İdarədən məsələyə münasibət bildirilməsi gözlənilir.

Read More
Cəmiyyət 

Qubaya 10 sm qar yağdı (VİDEO)

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Bildirilib ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli və intensivdir. Yüksək dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Qrızda (Quba) 10, Şahdağ və Xınalıqda (Quba) 8, Laza (Qusar) və Kəlbəcərdə 3 sm-dir. Düşən yağıntının miqdarı Qusarda 20, Ağstafa, Qubada 19, Yevlaxda 7, Şəki, Qax, Qəbələ, Xızı, Daşkəsəndə 6, Qobustan, Oğuz, Gədəbəy, Ağdam, Xaçmaz, Şahbuzda 5, Goranboy, Göygöl, Tərtər, Şərurda 4, Sabirabad, Bərdə, Şabran, Şamaxı, İsmayıllı, Sədərəkdə 3, Bakıda və Abşeron…

Read More
Cəmiyyət 

Ağalıda ikinci mərhələdə istifadəyə veriləcək binalar qazla təmin edilib

Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsində bütün yaşayış və qeyri-yaşayış binaları tam olaraq qazla təmin edilib. “İki sahil” xəbər verir ki, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva məlumat verib. Onun sözlərinə görə, bu mərhələdə istifadəyə veriləcək evlərin sayı 103 ədəd təşkil edir. Bunlar 55 ədəd 2 otaqlı fərdi yaşayış evləri, 3 ədəd isə 3 mərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd 1 otaqlı mənzillər, 12 ədəd isə…

Read More
Cəmiyyət 

Qablaşdırmanın təhlükəsizliyi üçün yeni standartlar hazırlanır

Məhsəti Hüseynova: Bu kimi yeniliklərin tətbiqində beynəlxalq standartlar və təcrübələr əsas götürülərək Azərbaycanın da bu inkişafda öz yerini alması cəmiyyətə töhvə verəcək Azərbaycanda istehlak bazarının dayanıqlığını və məhsulun təhlükəsizliyini təmin etmək məqsədilə “Qablaşdırmanın təhlükəsizliyi haqqında” texniki reqlament layihəsi hazırlanıb. Sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə işlənib və ictimai müzakirələr başa çatdıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Yeni reqlamentin əsas məqsədi insanların həyat və sağlamlığını, əmlakını, eləcə də ətraf mühiti, heyvan və bitki aləmini qorumaqdır. Layihə qablaşdırma vasitələrinin istehsalı, daşınması, saxlanması və utilizasiyası…

Read More
Cəmiyyət 

Paytaxtın bir sıra rayonlarında qaz olmayacaq

Bu gün (30.10.2025-ci il tarixdə) saat 09:30-dan etibarən Səbail, Binəqədi, Nizami və Suraxanı rayonlarında qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq. “Azəriqaz”dan Musavat.com-a verilən məlumata görə, bu səbəbdən Səbail rayonu üzrə Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Zərifə Əliyeva, İstiqlaliyyət, R. Rza küçələrinin və Neftçilər prospektinin, Nəsimi rayonu üzrə Nizami küçəsinin, Yasamal rayonu üzrə Ə.Quliyev küçəsinin, Binəqədi rayonu üzrə Sulutəpə və Xocahəsən qəsəbələrinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bununla yanaşı, Nizami rayonu üzrə Q.Qarayev prospektinin, A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Ordubadi, İ.Müzəffəroğlu və Özbəkistan küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi,…

Read More
Cəmiyyət 

BDYPİ-dən yağışlı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır. Musavat.com xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə deyilib. Bildirilib ki, yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və intizam tələb edir. “Bu səbəbdən bir daha xatırladırıq ki, belə hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddini azaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət edin”, – məlumatda deyilir. Həmçinin…

Read More
Cəmiyyət 

Leyla Əliyeva Qəbələdə bu ailənin qonağı oldu – FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunda “Gənc arıçı” layihəsinin iştirakçılarından biri olan, Mıxlıqovaq kəndində yaşayan Qafarovlar ailəsinin qonağı olub. Musavat.com xəbər verir ki, görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb. Ailə üzvləri bu layihənin həyata keçirilməsi təşəbbüsünə, eləcə də Leyla Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını bildiriblər. Məlumat üçün bildirək ki, gənc arıçı Lalə Qafarova ötən il 40 kiloqram, bu il isə 100 kiloqram bal istehsal edib. O həmçinin Leyla Əliyevanın…

Read More
Cəmiyyət 

Zibil yığan qadından ilginc sözlər: “Pula görə yox, darıxdığım üçün bu işdəyəm”

Səhər günəşinin ilk işıqları hələ şəhərin üstünü tam bürüməmiş “Neftçilər” metrostansiyasının yaxınlığında bir qadın tələsik və cəld addımlarla hərəkət edir. O, hər gün özündən böyük zibil qablarını arxasınca sürüyür. Bu, 68 yaşlı Almaz Kazımovadır – Bakı küçələrinin sükutunu pozan, hər səhər şəhəri təmizliyə hazırlayan qadınlardan biri. Hər gün Sabunçudan metroyla “Neftçilər”ə gəlir. Mağazaların qarşısında yığılıb qalan qutuları, tullantıları toplayır və onları zibilxanalara daşıyır. “Zibil” dediyimiz o yığınlar Almaz xanım üçün həm dolanışıq, həm də həyat tərzidir. “Tezdən 6-nın yarısı yuxudan dururam, iki stəkan çay içib, yola düzəlirəm. Burada dönərxana, çayxana…

Read More