Cəmiyyət 

Bu müəllimlərə əlavə 2000 manat veriləcək

Gələn ildən kənd məktəblərinə işləməyə gedəcək gənc müəllimlərin əməkhaqqına əlavə və stimullaşdırıcı ödənişlər ediləcək. Bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, pedaqoji ixtisaslı ali və orta ixtisas təhsil müəssisələrinin 9,9 mindən çox məzunu kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinə işə cəlb olunacaq. Bu məqsədlə 20,1 milyon manat vəsait ayrılması planlaşdırılır. Vəsait gənc müəllimlərin yol və nəqliyyat xərcləri, əmlakın daşınması, yaşayış şəraitinin yaxşılaşdırılması, kommunal və kirayə haqqı kimi ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Hesablamalara görə, kənd məktəblərində işləyən hər bir gənc müəllim ildə orta hesabla…

Read More
Cəmiyyət 

Naxçıvanda duz istehsalı dayandırıldı

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb. Bu barədə “Report”a nazirlikdən bildirilib. Məlumata görə, duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb. Nazirlik əhalinin və duzdan xammal kimi istifadə edən istehsal müəsisələrinin tələbatının fasiləsiz və dayanıqlı təmin olunması üçün ölkəmizin digər bölgələrində, eləcə də qonşu ölkələrdə istehsal olunan duzun muxtar respublikaya gətirilməsini nəzarətdə saxlayır.

Read More
Cəmiyyət 

Tıxacların azaldılması üçün iş qrafiki dəyişəcək? – ekspertlərdən təkliflər

“Bakıda tıxacların azaldılması üçün iş qrafikinin dəyişdirilməsi müəyyən rol oynaya bilər. Lakin bu təsir kompleks tədbirlər çərçivəsində mümkündür”. Bunu Musavat.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, iş saatlarının azaldılması dövlət və büdcə təşkilatlarında mümkündür: “Çünki dövlət və büdcə təşkilatlarının daxili qərarı ilə  iş saatlarının azaldılması ilə bağlı qərar verilə bilər. Bunun onsuz da iqtisadiyyata ciddi təsiri yoxdur. Onların hamısı büdcədən maaş alan təşkilatlardır. Onların əlavə dəyər yaratdığı bir məsələ mövcud deyil. Amma orada həkimlər, müəllimlər var. Bu peşə sahiblərinin iş saatının azaldılması səhiyyə və təhsil xidmətinə necə təsir…

Read More
Cəmiyyət 

Leyla və Arzu Əliyevalar qızları ilə sərgidə… – Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Eşq-i Nur” sərgisindən qızı ilə birgə fotolar paylaşıb. “Qafqazinfo” xəbər verir ki, sərgiyə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və onun qızı da qatılıb. Qeyd edək ki, Heydər Əliyev Fondu, ICESCO, Nəsimi Festivalı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə işıq, sevgi və sənətin birləşdiyi unikal bir mədəniyyət hadisəsidir. Sərgi 25 sentyabr – 25 oktyabr tarixlərində Şirvanşahlar Saray Kompleksində keçirilir.

Read More
Cəmiyyət 

Ərini basdırdığı yerə “giriş qadağandır” nişanı qoyubmuş – Video

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 10 ay əvvəl itkin düşən 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin 39 yaşlı həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən odlu silahla qətlə yetirildiyi və meyiti yaşadığı evin həyətində basdırdığı müəyyən edilib. “Qafqazinfo”nun məlumatına görə, mərhumun yaxınları bildirirlər ki, gəlinləri özünü şübhəli aparıb. Nəticədə də hadisənin üstü açılıb. Məlumata görə, qətl gündüz törədilib. Hadisənin səbəbi isə dəqiq məlum deyil. Mərhumun əmisi oğlu deyir ki, həyətləri yaxın olsa da, nə silah səsi eşidilib, nə də hadisə barədə məlumatları olub. Qonşular isə bildirirlər ki, ailədə…

Read More
Cəmiyyət 

11 tələbənin Prezident təqaüdü dayandırılıb

Ötən tədris ilində Prezident təqaüdünə layiq görülmüş tələbələrdən 11 nəfərin 2025/2026-cı tədris ilinin payız semestri üzrə təqaüdünün verilməsi dayandırılıb. Bu barədə Bakı Ali Neft Məktəbindən (BANM) məlumat verilib. SOCAR-ın Bakı Ali Neft Məktəbindən bildirilib ki, hazırda Bakı Ali Neft Məktəbində ümumilikdə 90 tələbə Prezident təqaüdünü almaqdadır. Əlavə olaraq qeyd edilib ki, Prezident təqaüdünün verilməsi və ya dayandırılması tələbələrin hər semestr üzrə akademik göstəricilərinə əsasən müəyyən olunur. BANM-dan verilən məlumata görə, müvafiq göstəriciləri növbəti semestrdə yaxşılaşdıran tələbələr üçün təqaüdün bərpası nəzərdə tutulur. Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği…

Read More
Cəmiyyət 

Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq

  5 noyabr və 4 dekabr tarixlərində ardıcıl iki Super Ay hadisəsi müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından “İki sahil”ə verilən məlumata görə, Super Ay hadisəsi Tam (dolu) Ay fazası Ay öz orbitinin perigeyində (Yerə ən yaxın) olduğu vaxta təsadüf edir. Perigey məsafəsi 360000 km-dən kiçik olarsa, bu zaman baş verən Tam (dolu) Ay Super Ay adlanır. Ay bu məsafədə olanda adi tam Aydan 7–14% böyük və təxminən 15–30% parlaq görünür. Məsələn, noyabrın 5-də və dekabrın 4-də Ay adi tam Aydan təxminən 8% böyük və 16% parlaq…

Read More
Cəmiyyət 

Qrip mövsümü başlayır: Peyvənd kimlərə vacibdir? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavab verir

Payız-qış mövsümü tənəffüs yoluxucu xəstəliklərin artdığı dövrdür. Bu müddət ərzində qrip və kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxmaq daha asandır, çünki insanlar daha çox qapalı yerlərdə vaxt keçirirlər. Bu mövsümdə ən çox yayılan fəsil virusları hansılardır? Qrip peyvəndi ilə digər peyvəndlər eyni anda oluna bilərmi? Qrip peyvəndinin başqa respirator viruslara qarşı təsiri varmı? Bu və digər suallara Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov aydınlıq gətirir. – Təyyar müəllim, ilk öncə bilmək istərdik ki, payız-qış aylarında ən çox yayılan mövsümi viruslar hansılardır? – Payız–qış aylarında ən çox yayılan fəsli viruslar kəskin…

Read More
Cəmiyyət 

Hər gün mixək çubuğu çeynəyin…

Mixəyin sonsuz faydalarına dair Çin təbabətində geniş məlumat var. Çinlilər bu möcüzəvi ədviyyatı süfrələrindən əskik etmirlər. Mixək öz unikal xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin dərmanı sayıla bilər. Onun tərkibində A, B, C, E vitaminlər qrupu, efir yağları, yağ turşuları, eləcə də müxtəlif minerallar var. Mixək xroniki anginanın birinci düşmənidir. Hər gün bir neçə mixək çeynəmək faringiti tədricən müalicə edib, sağaldır. Musavat.com “Qafqazinfo”ya istinadla bu şəfalı ədviyyatın faydalarından bəhs edən yazını təqdim edir: Parazitləri məhv etmək üçün Orqanizmdəki qurdları məhv etmək üçün yeməkdən yarım saat öncə mixək çeynəmək kifayətdir. Bu proseduru gün…

Read More
Cəmiyyət 

Avtobusla Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR

Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən Bakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklə rahat və maneəsiz hərəkətini təmin etmək üçün sözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkil edilib. Bu barədə Musavat.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, yeni zolaq artıq effektivliyini sübut etmiş Bakı-Sumqayıt şosesindəki mövcud avtobus zolağına birləşdirilib. Nəticədə paytaxt istiqamətində hərəkət edən avtobuslarla sərnişinlərin əlavə vaxt itkisinə məruz qalmadan daşınması təmin olunub. Təşkil edilən xüsusi hərəkət zolağı ilə 10 marşrut xətti üzrə 130 avtobus ümumillikdə 650 dəfə hərəkət…

Read More