Cəmiyyət 

Hərbi Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI

Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb. Bu barədə Musavat.com-a Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilən məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında hərbi prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib. Faktla bağlı HP-da cinayət işi başlanmış, hazırda istintaq davam etdirilir.

Read More
Cəmiyyət 

Daha 14 itkin-şəhidin adı AÇIQLANACAQ

Bu gün şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimaiyyətə açıqlanacaq. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. “Müvafiq araşdırma, sənədləşmə və hüquqi prosedurlar başa çatdıqdan sonra digər 50 itkin-şəhidimizlə bağlı məlumat veriləcək”, məlumatda deyilir.

Read More
Cəmiyyət 

Xocavənddə Ermənistan istehsalı tələ minası AŞKARLANDI – FOTOLAR

Xocavənd rayonu Tağaverd kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları zamanı MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib. Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, meşəlik və sıx bitki örtüyünə malik çətin relyefli ərazidə aparılan əməliyyatlar zamanı aşkarlanan ağaca quraşdırılmış MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir. Qəlpələri 45-55 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400-550 ədəd 1 sm ölçüsündə silindr formasında qəlpələr yayılır. Əməliyyat zamanı qeyd edilmiş…

Read More
Cəmiyyət 

“Ölünün dalınca qeybət edirsiniz, ayıb deyil?” – Tahir İmanov+Video

Aktyor Tahir İmanov qardaşı Cabir İmanovun ölümündən sonra videoaçıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, o, qardaşının ölümündən sonra sosial şəbəkələrdə aktyorun dini mənsubiyyəti ilə bağlı yayılan iddialara cavab verib: “Birincisi, bu kimi mövzuları qabardan insanlar birliyə böyük zərbə vurur. Digəri isə dinə olan mənsubluq hər bir insanın şəxsi işidir. Üçüncüsü ən vacibi isə odur ki, bu çox böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz”. Aktyor cənazə mərasimində jurnalistlərə qoyulan çəkiliş qadağası ilə bağlı da danışıb: “Dedim ki, halallıq vermirik. Bu məsələni şişirtdiniz. Qəbiristanlığa gedəndə dedim ki, təkcə kişilər gedir. Bu bizim…

Read More
Cəmiyyət 

Bu işçilərə 125 manat verilir

Ezamiyyətdə olan işçilərə pul avansı verilir. Bu avans 1 günlük ezamiyyə xərclərinə və nəqliyyat xərclərinə uyğun müəyyən edilir. Xərclərə mehmanxana, yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər daxildir. Ezamiyyət xərcləri gündəlik norma üzrə müəyyən edilir. Hazırda ölkədaxili ezamiyyət üçün 1 günlük normalar belədir: • Bakı – 125 manat • Gəncə və Sumqayıt – 95 manat • Naxçıvan – 100 manat • Digər şəhər və rayonlar – 90 manat Bu məbləğin 70 faizi mehmanxana, 25 faizi gündəlik yemək və rabitə xərclərinə aiddir. Xarici ezamiyyətlərdə isə 1 günlük xərclərin 40 faizi yemək,…

Read More
Cəmiyyət 

“Xal”, yoxsa dəri xərçəngi?

Onkoloqdan xəbərdarlıq: Zamanında düzgün müayinə olunmaq mütləqdir Son illərdə dərinin ən təhlükəli xərçəng növü olan melanoma sürətlə yayılmaqdadır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu artımın əsas səbəbləri günəş şüalarına uzunmüddətli məruz qalmaq, solaryumdan tez-tez istifadə və qoruyucu vasitələrə laqeyd münasibətdir. Araşdırmalar göstərir ki, melanoma halları yalnız isti ölkələrdə deyil, mülayim iqlim zonalarında da sürətlə artır. Azərbaycan da bu qlobal tendensiyadan kənarda deyil. Hər il minlərlə insanda diaqnoz qoyulan melanoma və digər xərçəng növləri tez-tez dəridəki dəyişikliklərlə aşkar edilir. Onkoloqlar bildirirlər ki, melanoma çox sürətli yayılan bir xəstəlikdir və bəzən adi bir…

Read More
Cəmiyyət 

Azərbaycan xaricdə təhsil diplomlarını niyə tanımır? – Ekspert səbəbləri açıqladı

“Xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınmaması bir sıra obyektiv və subyektiv səbəblərlə əlaqədardır. Son illərdə xarici universitetlərə qəbul imkanlarının artmasına baxmayaraq, bəzi məzunların diplomlarının rəsmi tanınmaması onların əmək bazarında iş tapmaqda çətinlik çəkməsinə səbəb olur. Bu problemin əsas səbəblərindən biri, tələbələrin təhsil aldıqları universitetlərin akkreditasiyasının olmamasıdır. Bəzi xarici ali təhsil müəssisələri yerli və beynəlxalq akkreditasiya standartlarına cavab vermir və bu da onların verdiyi diplomların tanınmamasına gətirib çıxarır. Universitetin beynəlxalq reytinqlərdə olmaması və ya ölkənin rəsmi ali təhsil sistemində qeydə alınmaması da bu problemi daha da dərinləşdirir. Digər bir əsas…

Read More
Cəmiyyət 

Quduzluqdan ölən uşaqla bağlı – Rəsmi açıqlama

İt dişləyən məktəblinin bir ay sonra vəfat etməsi məsələsinə rəsmi aydınlıq gətirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Tovuz rayon sakini olan 10 yaşlı uşaq Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında ölüb. Bildirilib ki, üç gün öncə xəstəxanaya gətirilən uşağa quduzluq diaqnozu təyin olunub: “2015-ci il təvəllüdlü azyaşlı oktyabrın 5-i saat 19:10 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müayinələr və klinik qiymətləndirmə nəticəsində pasiyentə quduzluq…

Read More
Cəmiyyət 

Qarabağ Universitetində yeni təyinat

Qarabağ Universitetinində yeni təyinat olub. Universitetin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Kamran Telman oğlu Məlikov Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin olunub. Kamran Məlikov 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu ixtisası üzrə bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Böyük Britaniyanın Exeter Universitetində Maliyyə ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012–2016-cı illərdə Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə ixtisası üzrə doktorantura təhsili alıb. K.Məlikov Böyük Britaniyada 10 ildən artıq…

Read More
Cəmiyyət 

Səhiyyə Nazirliyində Türkmənistanın nümayəndə heyəti ilə görüş keçirilibFOTO

Azərbaycan Səhiyyə Nazirliyində Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov ilə görüş keçirilib. Füzuli şəhərində məscidin təməlqoyma mərasimində iştirak məqsədilə ölkəmizə səfər çərçivəsində baş tutan görüşdə, həmçinin Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov iştirak edib. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə səhiyyə sistemində həyata keçirilən uğurlu islahatların apardığını vurğulayan nazir, infrastruktur layihələri və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində…

Read More