Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub
Sumqayıt Sənaye Parkında “BYD” “Azerbaijan Energy Automotive Factory” MMC-nin istehsal etdiyi ilk elektrik avtobusu “BakuBus” MMC-yə təqdim olunub. Bu barədə Musavat.com-a İqtisadiyyat Nazirliyindən bildirilib. Azərbaycan Prezidentinin 2023-cü ildə imzaladığı “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncama uyğun olaraq ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalı və istifadəsi genişləndirilir. Artıq Sumqayıt Sənaye Parkında yerləşən “Azerbaijan Energy Automotive Factory”də (AEAF) istehsal prosesinə başlanılıb və artıq ilk avtobuslar SKD üsulu ilə yığımdan çıxıb. İlk tam elektrik avtobusun “BakuBus” MMC-yə təqdim edilməsi ilə bağlı keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Çinin Azərbaycandakı…
Read More