Cəmiyyət 

Bakını bürüyün “toy tüstüsü” – Cərimələr artırılacaq?

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və restoranlarda növbəti monitorinqlərə başlanılıb. Məqsəd sadədir – havaya normadan artıq tullantı yayan obyektləri aşkarlamaq və onların fəaliyyətinə qanun çərçivəsində nəzarət etmək. Bu məsələ yalnız ekoloji deyil, həm də şəhər sakinlərinin gündəlik həyatının ciddi problemidir. Paytaxtın bir çox ərazilərində insanlar toy saatlarında pəncərə açmağa belə çəkinirlər. Restoranların bacalarından qalxan tüstü və qızardılan yeməklərin ağır qoxusu ətrafa yayılır. Bəzən həmin küçələri tüstü dumanı bürüyür. Mütəxəssislər bildirirlər ki, obyektlərdə tullantıların təmizlənməsi üçün xüsusi filtrlər quraşdırılmalı və bu qurğular vaxtında yenilənməlidir. Lakin bir çox restoran bu tələblərə…

Read More
Cəmiyyət 

Vətən müharibəsinin xronikası: 27 sentyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. “İki sahil” hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir. Müharibənin 1-ci günü • Sentyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin saat 6 radələrindən etibarən genişmiqyaslı təxribatlar törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış…

Read More
Cəmiyyət 

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi – VİDEO

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub. “Qafqazinfo” xəbər verir ki, sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. İnsanlar şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.  

Read More
Cəmiyyət 

Azərbaycan tibbində ilk – Onkoloji xəstələrə müjdə

Həkim: “Bu cihazla əməliyyat zamanı digər toxumalar zədələnmir” Azərbaycan səhiyyəsində tarixi hadisə baş verib. İlk dəfə olaraq Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində robot-assistentli laparoskopik əməliyyat həyata keçirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim edilmiş robotik cihaz Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyatdan əvvəl bütün tibb personalına, o cümlədən həkimlərə “Kangduo” şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçirilib. İlk əməliyyat robot-assistentli histerektomiya olub. Əməliyyatın ilkin mərhələləri Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev tərəfindən icra edilib. Sonrakı…

Read More
Cəmiyyət 

Bağça müdiri uşaqların ərzağını satır? – “Yavan çörək yeyirlər” – VİDEO

Ağcabədinin Pərioğullar kənd körpələr evi-uşaq bağçasında uşaqlara quru çörək və su verilir. Bu iddia ilə sözügedən bağçanın təmizlik işçisi Afiqə Şirinova çıxış edib. O iddia edir ki, 5 ildir bağça rəhbərliyi dəyişdikdən sonra orada qanunsuzluqlar hökm sürür. Şahidi olduğu qanunsuzluqlardan ən əsası isə uşaqların ərzaq normalarının kəsilməsidir: “Uşaqlara gələn ərzaqları vermirlər. Uşağa nəyə görə alma-çörək verilməlidir? Niyə quru çörək, su verilir? Buranın müdiri və onun yoldaşı niyə ərzağı dükana qoyub satır?” Uşaq bağçasının müdiri Gülnarə Axundova bildirib ki, səsləndirilən ittihamlar tamamilə əsassızdır. Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən qeyd…

Read More
Cəmiyyət 

“Nikahlar sosial səbəblərdən azalıb”

Üzeyir Şəfiyev: “Gənclər arasında maliyyə və mənzil problem olaraq qalır” Məlum olduğu kimi, bu ilin 1 iyul tarixindən etibarən ölkədə əmi, xala, bibi və dayı uşaqlarının nikah bağlaması qadağan edilib. Bu qadağa əsasən genetik xəstəliklərin qarşısının alınması və əhali sağlamlığının qorunması məqsədilə tətbiq olunub. Qanunvericilikdəki bu dəyişiklik sosial debatlara da yol açıb, cəmiyyət arasında nikah və ailə institutuna dair yeni müzakirələr baş qaldırıb. Qadağadan sonra ölkədə nikahların sayında nəzərəçarpan azalma müşahidə olunur. Rəsmi statistika göstərir ki, bu ilin yanvar ayında nikahların sayı 4 717, fevralda 3 024, martda 3 465,…

Read More
Cəmiyyət 

İkinci Şəhidlər xiyabanına ziyarət başlayıb

Bu gün 44 günlük Vətən müharibəsinin başlamasından beş il ötür. Səhər saatlarından etibarən vətəndaşlar İkinci Şəhidlər xiyabanını ziyarət edirlər. Bakıda və bölgələrdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarının xatirəsini yad edilir, məzarları üstə qərənfillər düzülür. Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür. Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü…

Read More
Cəmiyyət 

Sürücülərin DİQQƏTİNƏ! – Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib: “Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”.

Read More
Cəmiyyət 

“Mənəvi borcumuz – şəhidlərimizi unutmaq deyil, yaşatmaqdır”

Məlum olduğu kimi, 27 sentyabr Azərbaycanda Anım Günüdür. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi Anım Günündə ehtiramla yad edilir. Prezident İlham Əliyev şəhidlərimizin xatirəsini daim uca tutur, onların ailələrinə və qazilərə xüsusi diqqət göstərir. “Anım Günü bir millətin azadlıq və bütövlük uğrunda canını fəda etmiş qəhrəman övladlarının xatirəsinə ehtiram günüdür. Bu, uzun illər işğalda qalmış torpaqlarımızın azadlığı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası naminə şəhid olmuş igidlərimizin müqəddəs ruhuna ehtiram günüdür”. Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Tənzilə Rüstəmxanlı deyib. Millət vəkili qeyd edib ki, böyük Qələbəmiz uğrunda canından…

Read More
Cəmiyyət 

Süni intellekt: Böyük imkan, yoxsa risk?

Süni intellekt texnoloji yenilik olmaqla yanaşı, artıq təhsil, səhiyyə, nəqliyyat və digər xidmət sahələrində, eyni zamanda, gündəlik həyatımızda modernləşmə və səmərəlilik gətirən gözə görünməz köməkçi rolunu oynayır. Onlayn alış-veriş saytlarında istifadəçilərə uyğun məhsul tövsiyələrinin təqdim olunması, mobil telefonlarda səsli köməkçilərin istiqamət verməsi və ya ağıllı xəritə tətbiqlərinin ən qısa marşrutu müəyyənləşdirməsi, təhsil sahəsində isə fərdi tədris proqramları təklif edən platformaların şagirdlərə uyğun material təqdim etməsi süni intellektin gündəlik istifadəsinə əyani misaldır. Süni intellekt ölkəmizdə də geniş istifadə olunur. Prezident İlham Əliyevin müvafiq imzaladığı Sərəncamına əsasən təsdiq edilən “2025-2028-ci illər üçün…

Read More