Cəmiyyət 

İmişlidə toyda zəhərlənənlərin sayı 69-a çatdı

24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 69 nəfər (8-i uşaq olmaqla 32-si kişi, 4-ü uşaq olmaqla 37-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən Musavat.com-a bildirilib ki, onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 37 nəfər (18-i qadın, 19-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Vəziyyətləri stabil qiymətləndirilən digər 28 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Read More
Cəmiyyət 

Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini işə bərpa olunacaq – VİDEO

Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini açıqlama verdi Lənkəran rayonunun Zövlə kənd tam orta məktəbinin direktor müavininin məktəbdə şagirdlə xadiməni döydüyü iddia edilir. ARANTV.AZ  Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. Araşdırmalarımız nəticəsində məlum oldu ki, şagird və texniki işçini döyməkdə ittiham olunan Qurban Sadıqov artıq vəzifəsindən kənarlaşdırılıb. O, hadisənin təfərrüatlarını danışıb. Dediyinə görə, bu mübahisəyə əsas səbəb onun 8-ci sinifdə təhsil alan oğlunun məktəbin 11-ci sinif şagirdi tərəfindən döyülməsi olub. İddiasına görə, övladının döyülməsi ilə bağlı həmin şagirdlə söhbət aparmaq…

Read More
Cəmiyyət 

Bədən şəkilləndirmədən sonra bədəni çürüyür – “Əslində həkim yox, aşpaz imiş” – VİDEO

Bədən şəkilləndirmə əməliyyatı etdirmək istədi, ana olmaqdan məhrum oldu… Liposaksiya əməliyyatı olunan 36 yaşlı qadın bədəninin çürüdüyünü iddia edir. “Xəzər Xəbər”ə müraciət edən şikayətçi deyir ki, əməliyyatı “Uğur-777” estetik klinikasında həkim Firuzə Əliyeva icra edib. Cəmalə Rüstəmova iddia edir ki, vəziyyəti ağırlaşdığından bu dəfə o, “Uğur-777” estetik klinikasınınn rəhbəri Xəyal İsmayılovaya müraciət edib. Xəyalə İsmayılova ona yenidən əməliyyat olunmasınım tövsiyə edib. Bu dəfə isə əməliyyat daha da ağır fəsadla nəticələnib. Liposaksiya əməliyyatından sonra piy toxumasının əriməsi, qarın əzələsinin ciddi zədələnməsi, piy qatlarının parçalanması diaqnozu qoyulan Cəlalə Rüstəmova hazırda çarəsiz vəziyyətdə…

Read More
Cəmiyyət 

Yaslardakı kimi toylarda da qadağa olacaq

Yaslardakı kimi toylarda da qadağa olacaqÖzbəkistanda toy və digər ailəvi mərasimlər üçün yeni qaydalar tətbiq edilib. Belə ki, qonaq sayına məhdudiyyət qoyulub və təmtəraqlı ayinlərə nəzarət gücləndirilib. Azərbaycanda da zaman-zaman belə qadağaların mümkünlüyü müzakirə olunur. Bildirilir ki, bu cür məclislərdə həddindən artıq israfçılığa yol verilir və bu məsələ tənzimlənməlidir. Ölkəmizdə toylarla bağlı məhdudiyyətlərin qoyulması mümkündürmü? Musavat.com-un xəbərinə görə, globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Azərbaycanda toy və yas mərasimlərinin çox təmtəraqlı keçirilməsi uzun müddətdir ictimai müzakirə mövzusudur: “Son dövrlərdə bəzi regionlarda yas mərasimlərinin keçirilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Belə məclislərdə…

Read More
Cəmiyyət 

Gec evliliyin sirri: analarmı? – sosioloq deyir ki…

“Çox hallarda oğlanlar yaxşı qız, qızlar isə deyirlər ki, yaxşı oğlan tapılmır. Maraqlıdır ki, yaxşı oğlan və qızlarımız da var. Amma axtarışlar harada gedir, bax bu böyük bir sualdır”.  Bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib. Aytən anaların oğullarının ailə qurmasına mane olduğunu bildirib: “Oğlanlar bilirsiniz niyə qız tapa bilmir? Anası burun büzür, deyir ki, “Bunu bəyənirsən, bizə gəlin bu olacaq?” Baxırsan ki, oğlan artıq gəlib baba yaşına çatıb. Ona görə də övladların özünə seçim vermək lazımdır. Bəzən baxırsan ki, elə bil gəlini bütün ailə üçün gətirirlər. Sanki…

Read More
Cəmiyyət 

Adnana məxsus “Rahat” supermarketləri bağlanır?

Sosial şəbəkələrdə “ANC Group” MMC-yə məxsus “Rahat” supermarketlər şəbəkəsinin bağlanacağı barədə iddialar var. Buna səbəb kimi “ANC Group”un iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə qeyri-rəsmi məxsus olması gətirilir. Məsələni aydınlaşdırmaq üçün Pravda.az “Rahat” supermarketə sorğu ünvanlayıb. Şirkətdən verilən açıqlama belə olub: “Rahat” supermarketlər şəbəkəsi öz fəaliyyətini davam etdirir. Hər şey yolundadır. Bütün kontingent iş başındadır. Marketlərimiz hər zaman müştərilərimizin xidmətindədir. Davam edirik. Bu barədə heç bir sıxıntı yoxdur. Adnan Əhmədzadə məsələsi barədə isə mövqe bildirməyimiz uyğun…

Read More
Cəmiyyət 

Sərnişin sayından asılı olmayan nəqliyyat: Brutto modeli nə vəd edir?

Elməddin Muradlı: Bu, dövlətin ictimai nəqliyyata dəstəyini nəzərdə tutur və xidmətin fasiləsiz işləməsinə səbəb olur Son illərdə Avropa şəhərlərində ictimai nəqliyyat sistemlərinin idarə olunmasında ən çox müzakirə edilən modellərdən biri Brutto müqaviləsidir. Bu yanaşma ənənəvi daşıma prinsiplərindən fərqli olaraq maliyyə münasibətlərini və məsuliyyət bölgüsünü tamamilə dəyişir. Mahiyyət etibarilə sərnişinlərin ödədiyi gediş haqqı birbaşa daşıyıcıya deyil, sifarişçiyə — adətən dövlət qurumuna və ya bələdiyyəyə yönəlir. Daşıyıcı şirkət isə yalnız müqavilədə nəzərdə tutulan xidmət həcmi və keyfiyyətinə görə sabit ödəniş alır. Beləliklə, bütün maliyyə riskləri əsasən dövlətin üzərinə düşür, daşıyıcı isə diqqətini yalnız…

Read More
Cəmiyyət 

Bu şəxslər hər ay iki dəfə pensiya ala biləcəklər

Azərbaycanda ilk dəfə olaraq özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Bu fondlar dövlət pensiya sistemindən fərqli olaraq, əhalinin könüllü şəkildə topladığı vəsaitlərin saxlanılmasına xidmət edəcək. Məqsəd vətəndaşların pensiya yaşına çatdıqda yalnız dövlət pensiyasından deyil, eyni zamanda özəl fondlardan da əlavə ödəniş almasına şərait yaratmaqdır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə qanunvericilik bazasının hazırlanması üzərində çalışır. Qanunvericilik mərhələsi başa çatdıqdan sonra layihə Milli Məclisə təqdim olunacaq. Özəl pensiya fondlarının üstünlükləri: Vətəndaşların pensiya dövründə gəlirlərini artırmaq imkanı yaradır. Dövlət pensiya sistemindən asılılığı azaldır. Əmanətlərin müxtəlif investisiya alətlərinə yönləndirilməsi ilə…

Read More
Cəmiyyət 

Qan şəkərinin stabil saxlanmasında hansı tərəvəzlər rol oynayır?

Avstraliyanın Kouen Universitetinin alimləri brokoli, kələm və gül kələmi kimi xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin qan şəkərinin idarəsində kökümeyvəli tərəvəzlər və balqabaqkimilərdən daha təsirli olduğunu müəyyən ediblər. Milli.Az xəbər verir ki, tədqiqatda yüksək təzyiqi olan, lakin diabet diaqnozu qoyulmamış yetkinlər iştirak edib. Onlar 14 gün ərzində iki mərhələdə fərqli tərəvəz qrupları yeyiblər: əvvəlcə xaççiçəklilər, sonra isə kök və balqabaq növləri. Qlükometrlərin köməyi ilə real vaxtda qan şəkərinin səviyyəsi izlənilib və nəticələr göstərib ki, xaççiçəklilər qan şəkərinin dalğalanmasını daha yaxşı nəzarətdə saxlayır. Tədqiqatçılar bildirirlər ki, bu tərəvəzlər yemək sonrası və gün ərzində…

Read More
Cəmiyyət 

“Yiyəsiz it kimiyik” – Yanğınları ilə yadda qalan Dərnəgül bazarında SON GÜNLƏRREPORTAJ

Dərnəgül tikinti bazarı yaxın vaxtlarda söküləcək. Sahibkarlara artıq rəsmi bildirişlər çatdırılıb. Onlara deyilib ki, fəaliyyətlərini dayandırıb “Abşeron” Ticarət Mərkəzinə köçsünlər. Həmin mərkəzdə geniş ərazilər ayrılacaq, mağazalar sığortalanacaq, 7/24 təhlükəsizlik və yanğından mühafizə tədbirləri görüləcək. Bütün bunlar kağız üzərində yazılan rəsmi məlumatdır. Amma Musavat.com-un əməkdaşı bazarda olanda tamam başqa mənzərə ilə rastlaşıb. Bazarın dar küçələrində toz qalxır. Taxta qırıntıları ayaqların altında xışıldayır, dəmir parçaları bir küncdə yığılıb qalıb. Bir az kənarda satıcılar sakitcə oturub alıcı gözləyirlər. Sanki hər kəsin üzündə eyni sual yazılıb: “Sabah nə olacaq?” Sahibkarlardan biri əlini yelləyərək deyir: “Yiyəsiz…

Read More