Cəmiyyət 

Rəşad Dağlı azadlığa buraxılıb? – AÇIQLAMA/VİDEO

Sosial şəbəkələrdə meyxanaçı Rəşad Dağlının azadlığa çıxması barədə məlumatlar yayılıb. “Tiktok”da yayılan videoda meyxanaçı Ağamirzənin çıxışı paylaşılıb. Videoda “Çox sağ olun, hamınız dua etdiniz, şükür Allaha qardaşımız azadlıqda” dediyi eşidilir. Videoda R.Dağlının fotosu yerləşdirilib və onun azadlığa çıxdığı iddia edilir. Videonun ilk baxışdan saxta olunduğu hiss edilsə də, çox sayda sosial şəbəkə istifadəçisi xəbərin həqiqi olduğuna inanıb. Rəşad Dağlının bibisi qızı, jurnalist Könül Aypara Ölkə.Az-a açıqlamasında məlumatların həqiqəti əks etdirmədiyini bildirib. O, bəzi sosial şəbəkə səhifələrinin reytinq xatirinə tez-tez bu cür yalan məlumatlar paylaşdığını söyləyib. Qeyd edək ki, Rəşad Dağlı…

Read More
Cəmiyyət 

Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olundu

Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub. Bu barədə Publika.az–a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, komitə sədri Ramin Məmmədovun müvafiq əmrlərinə əsasən, rotasiya qaydasında Nicat Xudiyev Şuşa şəhəri üzrə imam müavini vəzifəsindən Şuşa şəhərində yerləşən “Yuxarı Gövhər ağa” məscidinə imam müavini vəzifəsinə, Rövşən Məmmədov isə Ağdam rayonunun Xındırıstan kənd məscidindəki imam müavini vəzifəsindən Ağdam şəhərinin “Cümə” məscidinə eyni vəzifəyə təyin edilib. Keçirilən təqdimat mərasimlərində bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə azan səslərinin yenidən ucalması və ibadət məkanlarının dindarların istifadəsinə verilməsi Azərbaycan Respublikasının Prezidenti,…

Read More
Cəmiyyət 

Əhaliyə XƏBƏRDARLIQ – Bu gün Yeri maqnit qasırğası VURACAQ

Mayın 7-də Yer kürəsində maqnit fırtınası gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb. Bildirilir ki, son günlər müşahidə olunan koronal kütlə püskürmələrinin təsiri zəifləsə də, bu gün Günəş diskinin mərkəzində yerləşən kiçik koronal dəlikdən yayılan yüksək sürətli axın planetimizə təsir göstərəcək. Mütəxəssislərin proqnozuna əsasən, gözlənilən maqnit fırtınası zəif – G1 səviyyəsində olacaq. Hazırkı hesablamalara görə, vəziyyət mayın 8-9-da normallaşmalıdır. Həmin günlərdə müəyyən geomaqnit aktivliyi davam etsə də, güclü maqnit fırtınası gözlənilmir.   Özünüzü necə qorumalısınız? Mütəxəssislər maqnit fırtınaları zamanı daha çox istirahət etməyi, stressdən uzaq durmağı və…

Read More
Cəmiyyət 

Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi

Qurban bayramı ərəfəsində heyvan bazarında qiymət artımı gözləntiləri artıq ənənə halını alıb. Statistik məlumatlar bu il də tendensiyanın dəyişmədiyini, əksinə bir neçə əlavə faktorun qiymətlərə təzyiq etdiyini göstərir. Məsələyə iqtisadi reallıqlar və istehlakçı davranışı prizmasından yanaşanda ortaya aydın mənzərə çıxır. Publika.az xəbər verir ki, bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Globalinfo-ya bildirib. Onun fikrincə, qiymət artımı realdır və məntiqlidir, çünki istehsal xərcləri kəskin yüksəlib. Yem, baytarlıq dərmanı, nəqliyyat və saxlama xərclərində son bir ildə 20 faizə yaxın bahalaşma qeydə alınıb. Fermer üçün bu xərclər birbaşa maya dəyərinə təsir edir.…

Read More
Cəmiyyət 

Allergiyanı azaldan göyərti: Azərbaycanda da yetişdirilir

Yaz aylarının gəlməsi ilə artan mövsümü allergiyalara qarşı təbii və effektiv həll yolu açıqlanıb. Mütəxəssislər hər sabah bir neçə ədəd vəzəri yeməyin allergik reaksiyaları ciddi şəkildə azaltdığını bildirirlər. Məlumata görə, vəzəri tərkibindəki yüksək C vitamini, antioksidantlar və təbii antihistamin xüsusiyyətləri sayəsində immun sistemini gücləndirir. Bu göyərtinin müntəzəm istehlakı burun axıntısı, asqırma və gözlərdə qaşıntı kimi allergik əlamətlərin yüngülləşməsinə kömək edir. Həmçinin, onun antioksidant quruluşu tənffüs yollarını rahatladaraq bahar allergiyasına qarşı bədəni dəstəkləyir.//Demokrat.az

Read More
Cəmiyyət 

Uşaqlara zorakılıq edənlər 600 manat cərimələnəcək

Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq. Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən yeni – 189-4-cü və 189-5-ci maddələrdə əksini tapıb. Beləliklə, edilən 189-4-cü maddəyə əsasən, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək…

Read More
Cəmiyyət 

Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİRFOTO

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Musavat.com-un məlumatına görə, iclası açan komitə sədri diqqətə çatdırıb ki, bir neçə gün sonra müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunacaq. İclasda Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Siyavuş Novruzov gündəliyə “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsinin daxil edildiyini bildirib. Müzakirələrdə qeyd olunub ki, layihədə Quba rayonunun inzibati ərazisinə daxil olan Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının yerli sakinlərin müraciətləri və Toponimiya Komissiyasının rəyi nəzərə alınmaqla müvafiq…

Read More
Cəmiyyət 

Bakıda yayılan xəstəlik nədir?- İnfeksionistdən vacib AÇIQLAMA

Son günlər əhali arasında naməlum virus infeksiyasının yayıldığı müşahidə olunur. Günlərlə davam edən yüksək hərarət, ishal, qusma və qarın ağrısı kimi əlamətlər insanları narahat edir. Paytaxt sakinləri bildirirlər ki, yalnız xəstəxana şəraitində venadaxili inyeksiyadan sonra vəziyyətləri düzəlir. Xalq arasında buna çox vaxt “sistem qoşmaq” da deyilir. Bəziləri xəstəliyi “donuz qripi”, ya da rotavirusla əlaqələndirir. Narahatlıq doğuran əsas məqam isə virusun həm böyüklər, həm də uşaqlar arasında sürətlə yayılmasıdır. Bakıda yayılan bu xəstəlik nədir? Mövzu ilə bağlı Musavat.com-a danışan infeksionist Gülnarə Əhmədova bildirib ki, “donuz qripi” ilə bağlı konkret diaqnoz qoyulmayıb.…

Read More
Cəmiyyət 

Azərbaycanda ana ölümləri niyə azalmır? Həkim şok səbəbləri AÇIQLADI

2025-ci ildə Azərbaycanda ana ölümü üzrə 26 hal qeydə alınıb və bu göstərici hər 100 min diri doğulana 27,1 təşkil edib. Bu barədə modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, 2025-ci il üzrə regionlar üzrə bölgü göstərir ki, qeydə alınan 26 halın 10-u şəhər, 16-sı isə kənd yerlərində baş verib. Belə ki, Bakı şəhərində ümumilikdə 4 hal qeydə alınıb və bunlardan 2-si Sabunçu rayonunda, hərəsi 1 olmaqla isə Suraxanı və Yasamal rayonlarında baş verib. Bakı şəhərinin digər rayonlarında isə belə hal qeydə alınmayıb. Onu da xatırladaq ki, əvvəlki illərin…

Read More
Cəmiyyət 

Ölkədəki bu məşhur ASC LƏĞV EDİLDİ

“Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb. Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib. Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir. Ədliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu…

Read More