Cəmiyyət 

“Masdar” Azərbaycana 1,2 milyard dollar sərmayə qoyacaq

“Masdar” şirkəti Azərbaycanda bərpa olunan enerji (BOEM) layihələrinin inkişafına 1,2 milyard ABŞ dollarından çox sərmayə yatıracaq. Bu barədə “Masdar” şirkətinin MDB regionu üzrə inkişaf və investisiya şöbəsinin rəhbəri Məryəm Əl Mazrui I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib. O, “Masdar”la Azərbaycan arasında əməkdaşlığın 2018-ci ildə Energetika Nazirliyi ilə birgə başladığını xatırladıb. Bu əməkdaşlıq nəticəsində ölkədə ilk böyük bərpa olunan enerji obyekti – 230 MVt gücündə günəş elektrik stansiyası tikilib və artıq iki ilə yaxındır ki, uğurla fəaliyyət göstərir. M. Əl Mazruinin sözlərinə görə, 2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində “Masdar” və SOCAR 1 GVt həcmində…

Read More
Cəmiyyət 

Bu ədviyyat həm beyni, həm də ürəyi qoruyur – Sarıkökün faydaları

Sarıkök (turmeric) — mətbəxdə geniş istifadə olunan ədviyyat olmaqla yanaşı, həm də sağlamlıq baxımından çox faydalı təsirləri ilə tanınır. Araşdırmalar nəticəsində məlum olub ki, onun əsas aktiv maddəsi kurkumin güclü iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir və onun insan bədəni üçün faydaları çoxdur. Aşağıda həmin faydalarını bəzilərini sizə təqdim edirik: Sarıkökün insan bədəninə faydaları: İltihab əleyhinə təsir – oynaq ağrılarında, artritdə və iltihabi xəstəliklərdə şikayətləri yüngülləşdirə bilər. Antioksidant qoruma – sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin zədələnməsinin qarşısını alır. Həzm sisteminə fayda – qaraciyərin fəaliyyətini dəstəkləyir, öd axını yaxşılaşdırır və həzmi asanlaşdırır.…

Read More
Cəmiyyət 

İlahiyyatçı: Yaslarda yemək vermək İslam ənənəsinə aid deyil

“Ümumiyyətlə yaslarda camaata yemək vermək adət və ənənəsi dinimizdə yoxdur.” Bunu BiG.AZ-a açıqlamasında ilahiyyatçı Yaşar Qurbanov bildirib. O, qeyd edib ki, hələ peyğəmbərimizin zamanında Həzrəti Əlinin qardaşı İbn Əbu Talib şəhid olduqda peyğəmbərimiz məsləhət görüb ki, onun ailəsinə yardım edilsin, çünki ailəsi yasa qapılmışdı. Belə təmtəraqlı yemək verilməsi məsələsinə isə dinimizdə yer yoxdur: “Bir çox müsəlman ölkəsində belə adətə rast gəlmirik. Bəzi ölkələrdə ölünün arxasınca yemək və ehsan vermək qaydası ümumiyyətlə yoxdur. Dinimizin tövsiyə etdiyi adət odur ki, ölənin adından yaxınlarına yardım edilir, ehtiyacı olanlara kömək göstərilir. Yaxşı olar ki, vəfat…

Read More
Cəmiyyət 

İctimai nəqliyyatda aylıq və illik paketlər olacaq

“Nağdsız sistemin genişlənməsi “Tarif menyusu”na keçidi sürətləndirəcək”. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib: “Yəni, bir xətt üzrə müəyyən zaman kəsiyində bir neçə marşrutdan istifadə, aylıq və illik paketlərin tətbiqi buna aid ola bilər. Xarici təcrübədə bu geniş yayılıb. Amma hazırda burada tətbiq edilməsi üçün bütün sistemin nağdsız ödənişlərə keçidi zəruridir. Bu sistem tamamilə elektron olmalıdır ki, hər hansı bir vətəndaş aylıq və ya aylıq paket alırsa, sistem onu tanıya bilsin. Əks halda bir nəqliyyat vasitəsi bileti tanıyacağı halda digəri elektron sistemə keçmədiyi üçün tanımayacaq”. O əlavə edib…

Read More
Cəmiyyət 

Bakı metrosunda nasazlıq: Qatar gecikdi

Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb. Bu barədə Musavat.com-a “Bakı Metropoliteni”ndən bildirilib. Qeyd edilib ki, bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb. Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.

Read More
Cəmiyyət 

Laza şəlaləsindən sel gəldi, körpü uçdu – Video

Qusar rayonunun Laza kəndinə sel gəlib. ARANTV.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, kənddəki eyniadlı şəlalə istiqamətindən Qusarçayın başlanğıc nöqtəsi və kəndə doğru güclü sel gəlib. Nəticədə kənd ərazisindəki körpü uçub, yolları lil-palçıq qatı örtüb. Hadisə nəticəsində təsərrüfatlara, iş yerlərinə və bir neçə nəqliyyat vasitəsinə zərər dəyib. Həmin görüntüləri təqdim edirik:

Read More
Cəmiyyət 

Kredit kartlarında yeni limitlər: Borclanma gəlirin 5 misli ilə məhdudlaşacaq

Vətəndaşlar artıq əvvəlki kimi kredit kartları ilə böyük məbləğlər götürərək borclana bilməyəcəklər. Yeni qaydalara əsasən, kredit kartları üzrə limit vətəndaşın rəsmi gəlirinin 5 misli ilə məhdudlaşdırılacaq. Həmçinin, bu hesablamada vətəndaşın digər banklara olan kredit öhdəlikləri də nəzərə alınacaq. Əgər kredit kartının limiti gəlirdən 5 misli çoxdursa, bank bu riskli limiti yalnız öz kapitalının 1 faizindən artıq olmamaq şərti ilə verə bilər. Mərkəzi Bankın tətbiq etdiyi yeni tələblər banklara da birbaşa təsir edəcək. Məqsəd bankların kapitalını qorumaq və riskləri vaxtında dəyərləndirməkdir. Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən bank eksperti Asif İbrahimov bildirib…

Read More
Cəmiyyət 

Şəkər xəstəsi müayinəyə getdi, kardioloq və qastroenteroloqun pullarını oğurladı

Abşeron Rayon Mərkəzi Xəstəxanasında oğurluq hadisəsi baş verib. Qaynarinfo-nun məlumatına görə, hadisə kardiologiya və stomatologiya şöbəsində olub. Naməlum şəxs kardiologiya şöbəsində həkim-kardioloqun otağından 450 manat pul və zərərçəkmişə məxsus 2 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi və stomotologiya şöbəsindən isə 450 manat dəyərində “Xiaomi Redmi 11 Pro Max” markalı telefon oğurlayıb. Hadisə barədə hüuq-mühafizə orqanlarına müraciət edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli blinən Qoşqar Dəmirov (ad və soyad şərtidir) saxlanılıb. Məlum olub ki, şəkər xəstəsi olan Qoşqar Dəmirov Abşeron Rayon Mərkəzi Xəsətəxanasına müraciət edib. Onu başqa xəstəxanaya yönəldiblər. Qoşqar Dəmirov isə isə…

Read More
Cəmiyyət 

Zəli xisləti – acgöz məmurların aqibəti zəlininki kimi olur, zəlil qalırlar

Bu ölkədə bir qrup adam var, bir az tanınan və məşhur adamlar həbs olunanda onların saxlanma səbəblərini, həbsin qanuniliyini dərhal şübhə altına alır, gizli bağlar, dərin qatlar axtarırlar. Belə adamların çoxu həbsin gerçək motivlərinin “başqa şey” olduğunu bəyan edir. Ən populyar iddia “tutulan şəxs yuxarılara atıb”, “yığdığını bölməyib”dir. Bəzən bir məmurun və ya oliqarxın iştəklərindən uzun müddət yazan, necə deyərlər, “əl aparıb, qan gətirən” tənqidçilər həmin şəxs həbs olunan kimi valı dəyişirlər, “hər şey göründüyü kimi deyil, bu işdə bir iş var” kimi statuslar, şərhlər yazırlar. Adı korrupsiyada hallanan nazir,…

Read More
Cəmiyyət 

Anar Rzayev: “Avtobus parkının yenilənməsi üçün “brutto müqavilə” sistemi tətbiq ediləcək”

Bakı və Abşeron ərazisini əhatə edən marşrut şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobus şəbəkəsinə çıxışı məhduddur. “Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib. Onun sözlərinə görə, yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2 800 ədəd olacağı gözlənilir: “Avtobus parkının yaxın bir…

Read More