Cəmiyyət 

Kredit kartlarında yeni limitlər: Borclanma gəlirin 5 misli ilə məhdudlaşacaq

Vətəndaşlar artıq əvvəlki kimi kredit kartları ilə böyük məbləğlər götürərək borclana bilməyəcəklər. Yeni qaydalara əsasən, kredit kartları üzrə limit vətəndaşın rəsmi gəlirinin 5 misli ilə məhdudlaşdırılacaq. Həmçinin, bu hesablamada vətəndaşın digər banklara olan kredit öhdəlikləri də nəzərə alınacaq. Əgər kredit kartının limiti gəlirdən 5 misli çoxdursa, bank bu riskli limiti yalnız öz kapitalının 1 faizindən artıq olmamaq şərti ilə verə bilər.

Mərkəzi Bankın tətbiq etdiyi yeni tələblər banklara da birbaşa təsir edəcək. Məqsəd bankların kapitalını qorumaq və riskləri vaxtında dəyərləndirməkdir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən bank eksperti Asif İbrahimov bildirib ki, postpandemiya dövründə Mərkəzi Bank bir sıra bank əməliyyatlarını tənzimləyərək tədbirlər həyata keçirib:
Kredit kartlarında yeni limitlər: Borclanma gəlirin 5 misli ilə məhdudlaşacaq“Limitlərin və faizlərin artırılması bəzi risklərin qarşısını almaq məqsədini daşıyır. Nağdsız əməliyyatların və kartdan karta transferlərin şəffaflığı təmin edilir. Mərkəzi Bank çalışır ki, ödənişlər nəğdsiz üsullara və POS terminallara keçsin. Bu isə banklara ödənişləri izləməyi və daşınma, digər əməliyyatlarda riskləri minimuma endirməyi asanlaşdırır. Bankların limit siyasətinin əsas məqsədi ödənişlərin kartlar və POS terminallar üzərindən həyata keçirilməsini sürətləndirməkdir.”

Daha çox xəbərlər