Cəmiyyət 

Göyə fişəng atırıq, başımıza zəhər tökülür

Bakıda toy şənliklərini və ad günlərini fişəngsiz təsəvvür etmək çətindir. İnsanlar xoş günlərinə xüsusi bir bayram ovqatı bəxş etmək üçün fişənglərdən istifadə edir. Amma çoxlarının diqqət etmədiyi məqam var ki, bu parlaq görüntülərin arxasında həm insan sağlamlığına, həm də təbiətə ciddi zərər gizlənir. Ekoloq Ənvər Əliyev Musavat.com-a açıqlamasında bildirib ki, fişənglərin əsas quruluşu sadə görünsə də, əslində, kimyəvi baxımdan olduqca mürəkkəbdir: “Fişəngin yanar hissəsini fitil təşkil edir. Fitil alışaraq qara barıtı yandırır. Daha sonra isə alüminium tozu kimi metallarla oksidləşdirici maddələr reaksiyaya girir və nəticədə güclü alov, partlayış, işıq yaranır.…

Read More
Cəmiyyət 

“Bazarda keyfiyyətsiz kolbasa və sosiska çox olduğundan istehlakçılar etiket və saxlanma şəraitinə diqqət etməlidirlər” -Ekspert

“Kolbasa və sosiska kimi emal olunmuş ət məhsulları gündəlik rasionda diqqətlə seçilməlidir”. Bu sözləri qida üzrə ekspert Hüseyn Kərimov BiG.AZ-a bildirib. O qeyd edib ki, bazarda keyfiyyətsiz məhsullar çox olduğundan istehlakçılar əsasən etiket və saxlanma şəraitinə diqqət etməlidirlər: “Əvvəlcə məhsulun istehsal tarixi və son istifadə müddətinə baxmaq vacibdir. Qablaşdırma şişkin olmamalı, üzərində zədələnmə və ya rəng dəyişikliyi görünməməlidir. Tərkibində çoxlu miqdarda soya, nişasta, dadvericilər və süni boyalar olan kolbasa və sosiskalardan uzaq durmaq lazımdır. Mümkün qədər “100% ət” yazılmış məhsullara üstünlük verilməlidir. Məhsulun saxlanma şəraiti də mühüm rol oynayır. Soyuducu şəraitdə…

Read More
Cəmiyyət 

Ekspert xəbərdarlıq etdi: Qeyri-qanuni cərimələr silinməlidir

Bir çox insan müxtəlif səbəblərlə — məsələn, vaxtında karantin qaydalarını pozduğuna görə və ya yol hərəkəti qaydalarını düzgün yerinə yetirmədiyinə görə cərimələnib. Bəziləri bu cərimələri vaxtında ödəyib, bəziləri isə illərdir ki, ödəməyib. Bəs hansı hallarda cərimələr silinə bilər? Cərimələr texniki səhvlər, qaydaların yanlış tətbiqi və ya məhkəmə qərarı əsasında ləğv edilə bilər. Qanunvericilikdə müəyyən hallarda cərimənin silinməsi üçün şərtlər göstərilir. Məsələn, pozuntu düzəldildikdə və ya cərimənin tətbiq olunduğu müddət bitdikdə, cərimə ləğv oluna bilər. Bir cərimənin silinməsi üçün əvvəlcə onun sizin üçün tətbiq olunduğunu yoxlamaq, daha sonra isə müvafiq hüquqi…

Read More
Cəmiyyət 

Su ilə tərbiyə

Su idmanı uşaqlarda özünəinam, intizam və məsuliyyət hissini gücləndirir. Bu idman növü həm sağlamlıq, həm də sosial bacarıqların formalaşması baxımından olduqca faydalıdır. Bakı Su İdmanı Sarayının əməkdaşı Subra Nuriyeva İki sahil.Tv-yə müsahibəsində sarayın uşaqlar üçün təqdim etdiyi kurslar, məşqlərin təşkili və mərkəzin gələcək planları haqqında ətraflı məlumat verdi. -Subra xanım, Su İdmanı Sarayında uşaqlar üçün hansı kurslar fəaliyyət göstərir? -Hazırda Sarayımızda uşaqlar üçün müxtəlif istiqamətləri əhatə edən kurslar fəaliyyət göstərir. Bunlara üzgüçülük, su polosu, suya tullanma, trikit və sinxron üzgüçülük daxildir. Hər bir kurs xüsusi proqram əsasında, təcrübəli məşqçilər tərəfindən…

Read More
Cəmiyyət 

Dərslərlə başlayan tıxaclar – çarə məktəb avtobusları…

Ekspert: “Əsas yollarda tıxacın azalacağını düşünmürəm” Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib. Mərkəzin məlumatında bildirilir ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər. Məlumatda qeyd olunur:  “Bu isə paytaxtın küçə və prospektlərində, təhsil müəssisələrinin yaxınlığında olan yollarda süni sıxlığa səbəb olur. Bu cür hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yolda əlavə vaxt itirməsinə gətirib çıxarır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları…

Read More
Cəmiyyət 

Cəlilabad yox, Cəlal-Abad paytaxt olur

Bir müddətdir ki, Azərbaycanda paytaxtın Bakıdan köçürülməsi haqda müzakirələr gedir. Bu əsnada bir neçə rayon və şəhərin adı çəkilir. Düzdür, o sırada Cəliliabad yoxdur, çünki ora da İranla sərhədyanı rayondur, bu da paytaxt üçün əlverişli məskən hesab oluna bilməz. Amma belə görünür ki, xəritədə tezliklə Cəlilabadı xatırladan, Cəlal-Abad adlı paytaxt görə bilərdik, amma… ARANTV.AZ  xəbər verir ki, sentyabrın 10-da Qırğızıstan parlamenti respublikanın cənubunda yerləşən Cəlal-Abad şəhərinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsini üç oxunuşda qəbul edib. Sənəd imzalanması üçün prezident Sadır Japarova göndərilib. Bu prosedurun rəsmi xərcləri yerli büdcədən qarşılanacaq…

Read More
Cəmiyyət 

Laçında sərxoş halda söyüş söyən vəzifəlilər – Həbs olundu

Laçında ANAMA-nın bölmə rəhbərləri həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 11-i Laçın şəhərinin mərkəzində baş verib. ANAMA-da bölmə rəisi işləyən 1985-ci il təvəllüdlü S.Məmmədovun (şərti) idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sərxoş vəziyyətdə olan və sürücülük kəmərindən istifadə etməyən sürücü ilə onun yanında əyləşən, spirtli içkinin təsiri altında olan 31 yaşlı sərnişin T.Qurbanov ucadan səs-küy salmağa, söyüş söyməyə başlayıblar. İctimai asayişi pozan şəxslər saxlanılaraq bölməyə aparılıblar. Burada onların ikisinin də ANAMA əməkdaşı olmaları, həmin qurumda bölmə rəisi vəzifəsində çalışmaları müəyyənləşib.…

Read More
Cəmiyyət 

Dünyanın ən təhlükəli dərmanı… – Bakıda reseptsiz satılır

Həkim deyir ki, bu dərman çox ciddi fasadlara səbəb ola bilər, əgər…  Rusiyalı həkim-teleaparıcı Aleksandr Myasnikov maraqlı açıqlama verib. O bildirib ki, aspirin dünyada ən təhlükəli dərmandır və bu gün bir çox ölkələr xüsusi hallar istisna olmaqla, onun təyinatını dayandırıb.  Myasnikovun sözlərinə görə, qan durulaşdırıcı xüsusiyyəti səbəbilə dərman qızdırma salan kimi istifadə edildikdə ölümcül ola bilər. Eyni zamanda aspirindən ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunmaqda davam edir. Klassik preparatlardan olan və azad satışda olan aspirin sağlamlıq üçün bu qədərmi təhlükəli ola bilər? Azərbaycanda da onun istifadəsi dayandırıla bilərmi? Aspirin – uzun…

Read More
Cəmiyyət 

Azərbaycanın bu ərazisində su olmayacaq

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq. Buna səbəb şəhərin Babək, Əlincə, Əliqulu Qəmküsar məhəllələri, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılmasıdır. Saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər bu gün yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.  (Report)

Read More