Cəmiyyət 

Musa Qurbanlının musiqisiz toyu ilə bağlı maraqlı detal: Kişilərin məclisində qadınlar… – VİDEO

Xəbər verildiyi kimi, “Qarabağ”ın futbolçusu, Qurban Qurbanovun oğlu Musa Qurbanlının toy məclisi baş tutub. Əsmər adlı xanımla ailə quran oyunçunun toyu maraqlı anlara səhnə olub. Şəhər restoranlarından birində keçirilən məclis dini səbəblər əsas gətirilərək iki hissəyə ayrılıb. Bir hissədə bəylər, digər hissədə xanımlar olub. Nə qadınların yığıldığı məclisdə, nə də kişi məclisində musiqiçilər olub. Xanımların olduğu zalda Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar akapella ifalarla kifayətləniblər. Bundan başqa, gecədə Əməkdar artist Sevda Ələkbərzadə səhnə alıb. Məclisin aparıcısı Leyla Quliyeva olub. Qeyd edək ki, Q.Qurbanov ötən ilin noyabrında “Qoçət” restoranlar şəbəkəsinin…

Read More
Cəmiyyət 

Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? – Cavab sizi təəccübləndirə bilər

Yer üzündə həyatın mövcudluğunu Günəşsiz təsəvvür etmək mümkün deyil. Qaynarinfo xəbər verir ki, insanlar yayda günəşlənməyi sevsələr də, çox az adam bu ulduzun elmi baxımdan nədən ibarət olduğunu düşünür. Günəş nədir? Əvvəlcə dəqiqləşdirmək lazımdır ki, Günəş planet deyil, “sarı cırtdan” adlanan əsas ardıcıllıq mərhələsində olan ulduzdur. Onun yaşı təxminən 4,5 milyard ildir. Günəşin səth temperaturu orta hesabla 5500 dərəcə Selsidir. Diametri 1,4 milyon kilometrdir, bu isə Yerdən 109 dəfə böyükdür, kütləsi isə planetimizin kütləsindən 333 min dəfə çoxdur. Maraqlıdır ki, Günəş həm ölçüsü, həm də parlaqlığı ilə Süd Yolundakı ulduzların əksəriyyətini geridə…

Read More
Cəmiyyət 

Xocavəndin Hadrut qəsəbəsinə və Xocalının Badara kəndinə ilk köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. ARANTV.AZ xəbər verir ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Badara kəndinə 14 ailə – 55 nəfər, Hadrut qəsəbəsinə isə 10 ailə – 42 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər…

Read More
Cəmiyyət 

Qan təzyiqiniz oynayırmı?

Qan damarlarına və ürəyə faydalı bu tərəvəzi rasiona daxil edin! Qan təzyiqinin dəyişməsi bir çox insana tanış olan problemdir. Bəzi insanlar bunun üçün gündəlik həb qəbul edir. Ancaq mütəxəssislər belə insanlara pəhrizlərinə sadə və sərfəli məhsul – badımcan əlavə etməyi tövsiyə edirlər. Bu bənövşəyi tərəvəzin istifadəsi niyə faydalıdır və qan təzyiqinə necə təsir edir? Nə üçün badımcan hipertoniya üçün yaxşıdır? Yüksək kalium tərkibi Kalium su-duz balansını tənzimləmək, həmçinin mayeni saxlayan və qan təzyiqini artıran artıq natriumu neytrallaşdırmaq üçün lazımdır. Cəmi 200 q badımcan gündəlik kalium ehtiyacının 10%-ni ödəyir. Lif Pəhriz…

Read More
Cəmiyyət 

Lerik rayonu Bibiyani kəndində təlim kursu keçirilmiş və “turizm gənclər icması” yaradılmışdır

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan “Gənclərə iş, Turistlərə nəvaziş!” adlı maarifləndirici, infrastruktur və davamlı inkişaf layihəsi çərçivəsində turistik kənd olan Lerik rayonun Bibiyani kəndində 5 günlük peşəkar təlim kursu keçirilmişdir. Bibiyani kənd icmasının, fəal gənclər qrupunun, turizm, qonaqlama və sahibkarlıq sahəsində fəaliyyət göstərən şəxslərin iştirakı ilə təşkil olunan və “capacity building” xarakterli təlim kursunda iştirakçılara turizm biznesi, onun idarə olunması, turizm sektorunda marketinq, qonaqlama, müştəri xidməti bacarıqları, turizm sahəsində maliyyə-vergi və hüquqi-normativ fəaliyyət, ekoturizm, ətraf mühitin qorunması və PR, sosial media…

Read More
Cəmiyyət 

“2 yaşında ayrılıq qorxusu güclü olduğundan bağçaya alışma çətin ola bilər” – Psixoloq

Uşaqların bağçaya başlaması valideynlər üçün mühüm qərarlardan biridir. Uşaq psixoloqları bildirirlər ki, bağçaya gedən yaş uşağın fərdi inkişafından, emosional hazırlığından və sosial bacarıqlarından asılıdır. Psixoloq Aytac Teymurova BiG.AZ-a bidirib ki, ümumiyyətlə 2 yaşından etibarən uşaqlar digər həmyaşıdları ilə təmas qurmağa başlayır, amma bu dövrdə ayrılıq qorxusu güclü olduğundan bağçaya alışma çətin ola bilər: “Ən ideal yaş aralığı 3–4 yaşdır. Bu dövrdə uşaq artıq özünü ifadə edə bilir, danışıq bacarıqları formalaşır və sosial mühitə daha tez uyğunlaşır. 5–6 yaş isə məktəbə hazırlıq üçün daha çox qrup işi, qaydalara əməl etmə bacarıqlarının inkişafı…

Read More
Cəmiyyət 

Bağçada dayə tərəfindən uşağa təzyiq göstərilməsi iddiaları TƏSDİQLƏNMƏDİ

“Barama” adlı uşaq bağçasında dayə tərəfindən azyaşlının fiziki təzyiqə məruz qalması iddiaları polis əməkdaşları tərəfindən araşdırılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, polisə daxil olan məlumat əsasında təhqiqat qrupu adıçəkilən bağçada olub. Videogörüntülərə baxılaraq hadisə şahidlərinin, eləcə də digər şəxslərin izahatları alınıb. Toplanmış materiallar üzrə azyaşlının dayə tərəfindən döyülmədiyi müəyyən edilib. Həmçinin o da məlum olub ki, azyaşlının boğaz nahiyəsindəki xəsarətin izi digər həmyaşıdı ilə mübahisə edərkən baş verib. Dayə azyaşlılar arasında olan mübahisəni gördükdə isə onları ayırmağa çalışıb. İddialar üzrə aparılan araşdırmanın nəticəsində dayənin…

Read More
Cəmiyyət 

Ət bahalaşmasının səbəbləri: mal-qaranın sayı azalır

Son günlər mediada və sosial şəbəkələrdə ət qiymətlərinin yenidən bahalaşması barədə məlumatlar yayılıb. Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, iqtisadi qanunlardan biri budur: təklif azalanda, tələb yerində qalarsa, qiymətlər mütləq yüksəlir: “Statistikaya görə, son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min başa düşüb (2020-ci ildə 2 milyon 646,6 min baş), qoyun-keçi sayı isə 6 milyon 896,5 min başa düşüb (2020-ci ildə 8 milyon 189,2 min baş)”. Cəfərli mal-qaranın sayının azalmasının bir neçə əsas səbəbini qeyd edir: yem bazasının daralması, fermerlərə düzgün dəstək…

Read More
Cəmiyyət 

Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı yeni QƏRAR

Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edib. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra sürücülük vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Sürücülük vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin vəsiqənin təqdim edilməsinə bərabər tutulacaq.  

Read More