Cəmiyyət 

Metroda məsafəyə görə ödəniş

Ekspert: “2030-cu ildən sonra metrolarda məsafəli ödənişin tətbiqini ehtimal etmək olar” “Bakı Metropoliteni” QSC aylıq və birdəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir. Qurum sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur: “Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları, digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu…

Read More
Cəmiyyət 

Azərbaycanda ət bahalaşdı – Bu qiymətə oldu – VİDEO

Dünya ət bazarında qlobal böhran yaşanır. Bu səbəbdən qiymətlər yeni rekord həddə çatıb. ARANTV.AZ xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2025-ci ilin iyul ayında dünyada ətin qiyməti iyuna nisbətən 1,2 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 6 faiz artıb. Elə ölkəmizdə də bu məhsulun qiymətində müntəzəm olaraq yüksəlmə müşahidə edilir. Azərbaycan kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazasında yer alan göstəricilərə görə, 2025-ci ilin sentyabr ayının ilk həftəsində “8-ci kilometr” bazarında mal ətinin bir kiloqramı orta hesabla 16 manat 75 qəpiyə, quzu əti isə…

Read More
Cəmiyyət 

Daha aeroportdan şəhərə taksi sifariş edə bilməyəcəyik?

Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulduğu iddia olunur. Qaynarinfo xəbər verir ki, bu barədə iddia sosial şəbəkələrdə yayılıb. Xəbərdarlığın “Uber”, “Bolt” və tətbiqlə sifariş qəbul edən digər sürücülərə göndərildiyi bildirilir. Qeyd edilib ki, bu gündən hava limanı istiqamətinə taksi sifarişi mümkün olsa da, hava limanından şəhər istiqamətinə qəbul edilməyəcək. Məlumatda o da əlavə edilib ki, şirkət tərəfindən də sifarişlər olmayacaq. Bəzi taksi sürücüləri “Xəzər Xəbər” bildirib ki, bu məlumatı eşidəndən hava limanından sifariş götürmürlər. Onlar hesab edirlər ki, belə qərarın qəbuluna səbəb hava limanındakı “London taksi”lərinə üstünlüyün…

Read More
Cəmiyyət 

Qalada Əncir festivalı: Həm dadlı, həm də maraqlı

7 sentyabr 2025-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin və “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Əncir Festivalı baş tutdu. Abşeronun təbii zənginliklərini və xüsusilə Qala bölgəsinin əncirçilik ənənələrini təbliğ etməyi hədəfləyən bu festival, yerli sakinlərin, fermerlərin, turistlərin və media nümayəndələrinin böyük marağına səbəb oldu. Festival çərçivəsində iştirakçılar əncirin mətbəxdə və təbiətdə rolu, həmçinin sosial və mədəni əhəmiyyəti ilə yaxından tanış oldular. Yerli şeflərin təqdimatında keçirilən kulinariya şouları zamanı əncirdən hazırlanan müxtəlif yeməklər nümayiş etdirildi və…

Read More
Cəmiyyət 

Minlərlə ailə BU ŞAD XƏBƏRİ gözləyir – Gözlər Milli Məclisdə!

Bu ilin sonuna qədər Azərbaycanda böyük amnistiya elan ediləcəyi ilə bağlı iddialar getdikcə daha çox müzakirə olunur. Məlumatlara görə, amnistiya “Konstitusiya və Suverenlik ili” çərçivəsində qəbul edilə bilər. Xatırladaq ki, Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan edib. Bu da həm Konstitusiyanın qəbulunun 30 illiyi, həm də Azərbaycanın tarixi Qələbəsinin 5 illiyi ilə bağlıdır. Yada salaq ki, 2021-ci ilin noyabrında Milli Məclis Zəfər günü ilə bağlı amnistiya aktı qəbul edib. Müstəqillik əldə edildikdən bu günə qədər Azərbaycanda 12 amnistiya aktı qəbul edilib. Bu aktlar ümumilikdə 160 min…

Read More
Cəmiyyət 

Bakıda tələbələrə kirayə fırıldağı

Onlayn elanlar vasitəsilə yüzlərlə gənc aldadılır – hüquqşünas və DİN xəbərdarlıq edir Mənzillərin onlayn kirayə verilməsi prosesində dələduzluq edənlərin sayı artıb. Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bölgələrdə yaşayan tələbələr özlərinə rahat olsun deyə qalacaqları evi onlayn qaydada tapıb, kirayələməyə üstünlük verirlər.  Onlar elan saytlarında bəyəndikləri evi kirayələmək üçün qeyd edilən nömrə ilə əlaqə saxlayır. Razılaşmadan sonra qarşı tərəfə əvvəlcədən beh adı altında müəyyən bir məbləğ, yaxud da evin bir ayının pulunu ödəyirlər. Təkrar zəng etdikdə isə “ev sahibinə” zəng çatmadığını görürlər. Beləcə yüzlərlə tələbə onlayn dələduzluğun qurbanına çevrilir.…

Read More
Cəmiyyət 

Qızıl qulaqlığına görə Bakıdakı idman zalına buraxılmadı

Tanınmış bloger Hüseyn Həsənov bir müddətdir Bakıda getdiyi idman zalına buraxılmayıb. Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Hüseyn bunun səbəbini belə izah edib: “Bu gün öz komandama idman zalı üçün aylıq abunəlik aldım. Qeydiyyat şöbəsində mənə dedilər ki, rəhbərlik sizin abunəliyinizin uzadılmasını istəmir. Serbiyadan olan rəhbərlə görüşdüm və problemin nədə olduğunu soruşdum. Mənə dedi ki, idman zalında qızıl qulaqlıq taxmağım və cangüdənimin əzələlərini nümayiş etdirməsi onun xoşuna gəlmir. Cavab verdim ki, bu sözlərdən sonra sizin zala gəlmək istəmirəm, abunəlik pulunu geri qaytarın. Mənə pulun geri qaytarılmasının mümkün olmadığını dedilər. Pul sizin olsun, sizin üçün…

Read More
Cəmiyyət 

23 saat 43 dəqiqə – suverenliyimizin tam bərpasının ikinci ili…

2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatı sayəsində bu gün Azərbaycan bayrağı bütün ərazilərimizdə əzəmətlə dalğalanmaqdadır 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Qısamüddətli lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı.  O zaman Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı qurğular yerləşdirilmişdi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın…

Read More
Cəmiyyət 

“Təzəpir”də ehsan qiymətlərinə etiraz – Şeyxə çağırış

Ekspert deyir ki, maarifləndirmə yolu ilə bu problemi aradan qaldırmaq mümkün olmursa, o zaman… “Təzəpir” məscidində ehsan qiymətləri Bakıdakı mərasim evlərindəkindən bahadır. Sual verirəm: niyə?” Bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib (“Report”). Onun sözlərinə görə, Azərbaycanın bəzi bölgələrində, xüsusilə Naxçıvan və Qarabağda bu kimi israf halları yox dərəcəsindədir. “Ən böyük problem Bakı şəhərindədir. Bakıda son beş ildə mərasim evlərinin sayına baxın, sürətlə artır. Hesab edirəm ki, Dini…

Read More
Cəmiyyət 

NİİM yeni tədris ilinin başlanması ilə bağlı sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib. NİİM-dən Musavat.com-a verilən məlumata görə, müraciətdə deyilir: “Təcrübə göstərib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər. Bu isə paytaxtın küçə və prospektlərində, təhsil müəsisələrinin yaxınlığında olan yollarda süni sıxlığa səbəb olur. Bu cür hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yolda əlavə vaxt itirməsinə gətirib çıxarır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtda yerləşən təhsil…

Read More