Cəmiyyət 

23 aptekdə yoxlama- Beşində pozuntular aşkarlandı

Bu ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 23 aptekdə yoxlama həyata keçirilib. Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb. Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb. Aparılmış yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Read More
Cəmiyyət 

Fəsil dəyişir, bu xəstəliklər qapıda! – Pediatrdan XƏBƏRDARLIQ

Fəsil dəyişikliyi insan orqanizminə təsirsiz ötüşmür. Xüsusilə, payız və qış ayları bədənin xəstəliklərə qarşı müqavimətinin zəiflədiyi, immun sistemin əlavə dəstəyə ehtiyac duyduğu zamanlardır. Bu dövrdə həm uşaqlarda, həm də böyüklərdə tənəffüs yolları infeksiyalarının, o cümlədən boğaz ağrılarının artması müşahidə olunur. Ən çox müşahidə edilən səbəblər arasında virus infeksiyaları – xüsusilə soyuqdəymə və qrip – ön sıradadır. Bu narahatlıq xüsusilə 4-7 yaş arası uşaqlar arasında daha geniş yayılıb. Bəs bu dövrlərdə qabaqlayıcı nə kimi tədbirlər görülməlidir? Necə qidalanmaq lazımdır ki, orqanizm virus xəstəliklərinə qarşı dayanıqlı olsun? Tibb Universitetinin I Uşaq xəstəlikləri…

Read More
Cəmiyyət 

Avropa əhalisi qocalır – Azərbaycanın çıxarmalı olduğu dərs

Sosioloq: “Bu, əslində bizim üçün SOS siqnalıdır” “Avropada doğum səviyyəsi artmasa, qitə demoqrafik böhranla üzləşəcək”.  Bu barədə amerikalı sahibkar və milyarder İlon Mask X sosial şəbəkəsində xəbərdarlıq edib. Mask senator Mayk Linin Şotlandiya üzrə statistik məlumatlarına belə reaksiya verib: “Bu ilin yanvar-iyul aylarında ölkədə 26,3 min insan doğulub, 35,2 min nəfər ölüb. Əgər doğum səviyyəsi heç olmasa əhalinin yenilənməsi səviyyəsinə qayıtmasa, Avropa məhv olacaq”. Bəs Azərbaycanda demoqrafik durum, ölüm-doğum nisbəti necədir, genofondumuza təhlükə varmı? Əhalinin azalmaması üçün ailədə ən azı neçə uşaq olmalıdır? Avropadakı təhlükə bizi də gözləyə bilərmi? Belə…

Read More
Cəmiyyət 

Dünyada payız fəslində keçirilən ən maraqlı FESTİVALLAR

Payız fəslində dünya miqyasında müxtəlif mədəniyyət, musiqi, kulinariya və ənənələrə həsr olunmuş bir sıra festival və tədbirlər baş tutur. Bu festivallar həm yerli əhali, həm də turistlər üçün unudulmaz təcrübələr təqdim edir. BAKU.WS-in araşdırmasına görə, hər il sentyabrın ortalarından oktyabrın əvvəlinə qədər Münhendə keçirilən Oktoberfest, dünyanın ən böyük pivə bayramıdır. Tədbirdə Bavariya mətbəxinin dadları, ənənəvi geyimlər və canlı musiqi ilə zəngin bir atmosfer yaranır. Təxminən 6 milyon insan bu bayrama qatılır. Mid-Autumn Festival (Ay işığı festivali) – Çin və Cənub-Şərqi Asiya Sentyabrın sonu və oktyabrın əvvəllərində qeyd olunan festival zamanı…

Read More
Cəmiyyət 

Azərbaycandan iki ölkəyə 3.6 ton qurbağa ayağı ixrac olunub

Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib. Bu barədə BiG.AZ-a AQTA-dan bildirilib. Məlumata görə, Amerika Birləşmiş Ştatlarına 4.320.000 ədəd və Birləşmiş Ərəb Əmirliklərinə 1.158.460 ədəd ərzaqlıq yumurta məhsulu, İtaliya və Fransaya 3.6 ton qurbağa ayağı məhsulu, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.

Read More
Cəmiyyət 

ŞAD XƏBƏR: Bu halda işsizlikdən sığorta ödənişi ala bilərsiniz…

“İşsizlikdən sığorta ödənişi yalnız müəyyən hallarda verilir”. Bu fikirləri hüquqşünas Ramil Süleymanov açıqlamasında səsləndirib: “Belə ki, iş yeri bağlandıqda və ya işçi ixtisara düşdükdə əmək müqaviləsinə xitam verilən şəxslər 6 ay ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq Agentliyinin yerli şöbəsinə müraciət etməklə bu ödənişi ala bilərlər”. Onun sözlərinə görə, ilk növbədə həmin şəxsə iki ay müddətində əvvəlki əmək haqqının 80 faizi ödənilir. Daha sonra isə 4 ay ərzində orta aylıq əmək haqqı təqdim olunur. “Əgər işsiz vətəndaşa Məşğulluq Agentliyi tərəfindən işə göndəriş verilibsə, o, yalnız bir…

Read More
Cəmiyyət 

“İctimai nəqliyyatın bu növü pulsuz ola bilər”

Sentyabr ayına qədəm qoyandan yollarda nəqliyyat vasitələrinin artımını müşahidə edirik. Sentyabrın 15-dən, yəni yeni dərs ili başlayanda isə tıxacların daha da artacağı ehtimal olunur. Belə baxanda heç yay aylarında da tıxacsız günümüz olmur. Dərs ili başlayanda isə yollarda nəqliyyat sıxlığı dözülməz hal alır. Yenə də tıxac ucbatından işə, görüşə gecikmələrlə, yollarda lüzumsuz zaman itkisi ilə üzləşəcəyik. Tıxac dünyanın demək olar ki, hər ölkəsində var. Xüsusən də paytaxt sakinləri pik saatlarında çox əziyyət çəkir. Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, Azərbaycan bəlkə də nadir ölkələrdəndir ki, burada günün pik…

Read More
Cəmiyyət 

Bakı Zooloji Parkında ayıların DAVASI – VİDEO

Bakı Zooloji Parkında maraqlı anlar yaşanıb. Parkda saxlanılan ayılar arasında dava düşüb. Hadisəni izləyən ziyarətçilər isə həmin anları mobil telefonlarına çəkiblər. Görüntülərdə ayıların bir-birinə hücum etməsi və səs-küy salması əks olunub. Hadisə qısa müddət davam etsə də, zooloji park əməkdaşları müdaxilə edərək vəziyyəti nəzarətə alıblar. Şahidlərin sözlərinə görə, dava zamanı ziyarətçilər müəyyən qədər təşviş keçiriblər. Hadisə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub./Milli.az/

Read More
Cəmiyyət 

Ev heyvanları ilə bağlı cərimələr və qadağalar – nəyi bilməlisiniz?

Azərbaycanda da son illər evdə heyvan saxlayanların sayı artmaqdadı. Bunun bir səbəbi də sosial şəbəkələrdə ev heyvanları, ümumiyyətlə, heyvanlara qarşı qəddar münasibəti əks etdirən videoların yayılmasıdır. İstər-istəməz insan hansısa bir canlıya qarşı qəddarlığı qəbul edə bilmir. Bu da heyvanlara qarşı xeyirxahlığı şərtləndirir. Amma bu da faktdır ki, mənzildə heyvan bəslənməsinə bəzən qonşular mənfi münasibət bəsləyir, hətta heyvanın mənzildən çıxarılmasını da tələb edirlər. Bu isə adətən mənzildə saxlanan heyvan ətrafda natəmizlik yaratdıqda, yaxud yerli-yersiz səs çıxarıb qonşuları narahat etdikdə baş verir. Ümumiyyətlə, mənzildə heyvan saxlamağın qaydaları varmı? Və bu, necə tələb…

Read More
Cəmiyyət 

Nazirlikdən AÇIQLAMA: Özəl sektorda yoxlamalar yalnız bu halda aparılır

Səhiyyə müəssisələrində aparılan planlı yoxlamalar zamanı aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər verilir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş hüquqşünası Kamil Dəmirli nazirliyin rəsmi “İnstagram” səhifəsində canlı yayımda çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, dövlət müəssisələrində planlı yoxlamalar həyata keçirilir, aşkarlanan nöqsanların aradan qaldırılması üçün verilən təkliflər nəzərə alınmadığı halda isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq olunur. Özəl sektorda isə yoxlamalar yalnız vətəndaş müraciətləri və ya mediada dərc olunan məlumatlar əsasında mümkündür: “Əgər müraciətlərdə vətəndaşların həyat…

Read More