Cəmiyyət 

Qaxda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Natiq Kərimovla vida mərasimi keçirilib

Qax rayonunun Oncallı kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Natiq Zeynal oğlu Kərimovla vida mərasimi keçirilib. Report-un Şimal-qərb bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. N.Kərimov 1971-ci il avqustun 3-də anadan olub. 1993-cü il aprelin 2-də Füzuli rayonunun Qacar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin qalıqları Xocavənd rayonunun Zoğalbulaq kəndində tapılıb. Şəhidin nəşinin qalıqları Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.

Read More
Cəmiyyət 

Türkiyədə Azərbaycanla gənclər mübadiləsi proqramının iştirakçıları müəyyən edilib

Türkiyənin Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş Baş İdarəsi növbəti Türkiyə – Azərbaycan Gənclik Mübadilə Proqramının (Türkiye-Azərbaycan Gənclik Değişimi Programı) iştirakçılarının siyahısını açıqlayıb. AZƏRTAC xəbər verir ki, sentyabrın 1-dən 6-dək Bakıda və Azərbaycanın digər şəhərlərində həyata keçiriləcək proqramın 10 əsas iştirakçısı ilə yanaşı, eyni sayda ehtiyat namizəd də seçilib. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində gənc Türkiyə vətəndaşları könüllülük fəaliyyətlərində, mədəni tədbirlərdə iştirak edəcək, Azərbaycanın tarixi və mədəni irsi ilə daha yaxından tanış olacaqlar. Xüsusən, Heydər Əliyev Mərkəzinə və ADA Universitetinə səfər, tələbə gənclər təşkilatlarının…

Read More
Cəmiyyət 

Rəşad Dağlının həbsxanadan YENİ GÖRÜNTÜLƏRİ yayıldı – VİDEO

Meyxana sənətinin ən tanınmış simalarından biri olan Rəşad Dağlının həbsxanadan yeni görüntüləri yayılıb. Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlar sənətçinin pərəstişkarlarını məyus edib. Onun əvvəlki illərdəki enerjili və gümrah obrazından fərqli olaraq, hazırkı durumu tamaşaçılarda kədər və təəssüf hissi doğurub. Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da baş verən dəhşətli hadisədən sonra həbs olunub. Meyxanaçı yaşadığı ünvanda qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqlayaraq qətlə yetirib. Hadisə ölkə ictimaiyyətində böyük rezonans doğurmuşdu. İstintaqın yekununa görə, Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz…

Read More
Cəmiyyət 

Leyla Əliyeva Şamaxıda inşa olunan körpələr evi-uşaq bağçalarının açılışında iştirak edib

Avqustun 28-də Heydər Əliyev Fondu tərəfindən Şamaxının İkinci Cabanı və Böyük Xınıslı kəndlərində inşa olunan körpələr evi-uşaq bağçalarının açılışı olub. ARANTV.AZ  xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib. Leyla Əliyeva körpələr evi-uşaq bağçalarının otaqları ilə tanış olub, uşaqlar üçün yaradılan şəraitə baxış keçirib. Bildirilib ki, hər iki bağça kəndlərin mərkəzində yerləşir. Müasir və tam təchizatlı körpələr evi-uşaq bağçalarında balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı, yeməkxana və digər inzibati, texniki otaqlar mövcuddur. Məktəbəqədər təhsil müəssisələri zəruri mebel və avadanlıqlarla tam…

Read More
Cəmiyyət 

Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi – Fotolar

Bu gün “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR – The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED – Committee on Enforced Disappearances) Katibliyi ilə görüş keçirib. İtkin ailələri BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsindən cavab gözləyir Görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyünü, onlardan 6 nəfərinin 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşdüyünü diqqətə çatdırıb. Onların içərisində 71 nəfər uşaq, 284 nəfər…

Read More
Cəmiyyət 

Bakıda marketlərdə satılan bu sular təmiz deyilmiş – SİYAHI

Qida Təhlükəsizliyi Agentliyi iyul ayından etibarən aparılan monitorinq çərçivəsində su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb olunub. AQTA-dan verilən xəbərə görə, mikrobioloji göstəricilər üzrə sınaq nəticələrində uyğunsuzluq müəyyən edilən su emalı müəssisələrində və su aparatlarında yoxlamalar aparılıb. Yoxlama zamanı 20 su emalı müəssisəsindən və 1 su aparatından götürülmüş içməli su nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb. Eyni zamanda yoxlamalar zamanı bir sıra müəssisələrdə sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıcı qərar qəbul edilib,…

Read More
Cəmiyyət 

“Dondurma ağızda hamar əriməli, buzlu və dənəli olmamalıdır” – Qida Eksperti

Dondurma bir çoxumuzun sevimlisidir. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik? Qida eksperti Elsevər Fərzəliyev BiG.AZ-a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır. Lakin dondurmanın xammalı olan süd tez xarab olan məhsullara aiddir. Dondurmanın keyfiyyətini göstərən digər amil tərkibindəki sudur. Südünün tərkibinə heç bir əlavə su qatmaq ehtiyacı duyulmur.Tərkibində su olarsa, su və südün tərkibindəki su ayrı-ayrı donma temperaturuna malik olduğundan dondurularkən əlavə edilmiş su kristallar şəklində paylanmış olur: “Dondurma mövsümü başlayıb deyəndə fikirlərimiz qarışır. Dondurma il…

Read More
Cəmiyyət 

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq. ARANTV.AZ  xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur. R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.

Read More
Cəmiyyət 

Azərbaycanda güclü zəlzələ riski var? -AÇIQLAMA

Xəbər verildiyi kimi, ötən gün Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. Təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında da hiss olunub. Bu isə cəmiyyətdə daha güclü zəlzələ ehtimalı ilə bağlı sualları gündəmə gətirib. Mövzu ilə bağlı ekoloq Fikrət Cəfərov Metbuat.az-a açıqlama verib. O bildirib ki, hazırda ölkədə güclü zəlzələ riski mövcud deyil: “Ümumiyyətlə, güclü zəlzələlərin baş vermə ehtimalı hər zaman nəzəri olaraq mümkündür. Amma hazırda Azərbaycanda böyük fəlakətə səbəb olacaq miqyasda zəlzələ gözlənilmir. Daha çox müəyyən bölgələrdə xırda, zəif və insanların hiss edə biləcəyi yüngül yeraltı təkanların…

Read More