Cəmiyyət 

Leyla Əliyeva Şamaxıda inşa olunan körpələr evi-uşaq bağçalarının açılışında iştirak edib

Avqustun 28-də Heydər Əliyev Fondu tərəfindən Şamaxının İkinci Cabanı və Böyük Xınıslı kəndlərində inşa olunan körpələr evi-uşaq bağçalarının açılışı olub. ARANTV.AZ  xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib. Leyla Əliyeva körpələr evi-uşaq bağçalarının otaqları ilə tanış olub, uşaqlar üçün yaradılan şəraitə baxış keçirib. Bildirilib ki, hər iki bağça kəndlərin mərkəzində yerləşir. Müasir və tam təchizatlı körpələr evi-uşaq bağçalarında balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı, yeməkxana və digər inzibati, texniki otaqlar mövcuddur. Məktəbəqədər təhsil müəssisələri zəruri mebel və avadanlıqlarla tam…

Read More
Cəmiyyət 

Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edildi – Fotolar

Bu gün “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR – The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED – Committee on Enforced Disappearances) Katibliyi ilə görüş keçirib. İtkin ailələri BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsindən cavab gözləyir Görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyünü, onlardan 6 nəfərinin 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşdüyünü diqqətə çatdırıb. Onların içərisində 71 nəfər uşaq, 284 nəfər…

Read More
Cəmiyyət 

Bakıda marketlərdə satılan bu sular təmiz deyilmiş – SİYAHI

Qida Təhlükəsizliyi Agentliyi iyul ayından etibarən aparılan monitorinq çərçivəsində su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb olunub. AQTA-dan verilən xəbərə görə, mikrobioloji göstəricilər üzrə sınaq nəticələrində uyğunsuzluq müəyyən edilən su emalı müəssisələrində və su aparatlarında yoxlamalar aparılıb. Yoxlama zamanı 20 su emalı müəssisəsindən və 1 su aparatından götürülmüş içməli su nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb. Eyni zamanda yoxlamalar zamanı bir sıra müəssisələrdə sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıcı qərar qəbul edilib,…

Read More
Cəmiyyət 

“Dondurma ağızda hamar əriməli, buzlu və dənəli olmamalıdır” – Qida Eksperti

Dondurma bir çoxumuzun sevimlisidir. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik? Qida eksperti Elsevər Fərzəliyev BiG.AZ-a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır. Lakin dondurmanın xammalı olan süd tez xarab olan məhsullara aiddir. Dondurmanın keyfiyyətini göstərən digər amil tərkibindəki sudur. Südünün tərkibinə heç bir əlavə su qatmaq ehtiyacı duyulmur.Tərkibində su olarsa, su və südün tərkibindəki su ayrı-ayrı donma temperaturuna malik olduğundan dondurularkən əlavə edilmiş su kristallar şəklində paylanmış olur: “Dondurma mövsümü başlayıb deyəndə fikirlərimiz qarışır. Dondurma il…

Read More
Cəmiyyət 

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq. ARANTV.AZ  xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur. R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.

Read More
Cəmiyyət 

Azərbaycanda güclü zəlzələ riski var? -AÇIQLAMA

Xəbər verildiyi kimi, ötən gün Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. Təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında da hiss olunub. Bu isə cəmiyyətdə daha güclü zəlzələ ehtimalı ilə bağlı sualları gündəmə gətirib. Mövzu ilə bağlı ekoloq Fikrət Cəfərov Metbuat.az-a açıqlama verib. O bildirib ki, hazırda ölkədə güclü zəlzələ riski mövcud deyil: “Ümumiyyətlə, güclü zəlzələlərin baş vermə ehtimalı hər zaman nəzəri olaraq mümkündür. Amma hazırda Azərbaycanda böyük fəlakətə səbəb olacaq miqyasda zəlzələ gözlənilmir. Daha çox müəyyən bölgələrdə xırda, zəif və insanların hiss edə biləcəyi yüngül yeraltı təkanların…

Read More
Cəmiyyət 

“Azərbaycan gəncliyi dünyada ən nümunəvi olacaq”

Elçin Mirzəbəyli: “Gələcəyin milli sahibkarlarının yetişdirilməsi haqqında ciddi şəkildə düşünməliyik” Son onilliklərdə dünya sürətlə dəyişir. Qloballaşma prosesləri, informasiya texnologiyalarının inkişafı, sərhədsiz ünsiyyət imkanları insan həyatını asanlaşdırmaqla yanaşı, yeni çağırışlar da yaradıb. İctimai münasibətlərdən tutmuş ailə dəyərlərinə qədər hər bir sahədə köklü dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklərin ən çox təsir göstərdiyi təbəqə isə gənclərdir. Çünki cəmiyyətin gələcəyi məhz onların dünyagörüşündən, həyat seçimlərindən və milli kimliklə bağlı mövqelərindən asılıdır. Azərbaycan cəmiyyəti üçün bu məsələ xüsusilə həssasdır. Biz son yüzilliklərdə həm müstəqillik, həm də itkilər yaşamış, müharibələrin ağrılarını dadmış, eyni zamanda böyük qələbələrin…

Read More
Cəmiyyət 

Yanğın olan DOST Mərkəzi müvəqqəti BAĞLANDI

Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzinin inzibati binasında baş verən yanğınla əlaqədar mərkəz müvəqqəti olaraq fəaliyyət göstərməyəcək. Bu barədə Musavat.com-a DOST Agentliyindən məlumat verilib. Bildirilib ki, fəaliyyətin dayandırılması mərkəzdə kiçik təmir işlərinin aparılması ilə bağlıdır. Qeyd edək ki, ötən günkü hadisə mərkəzin yalnız bir otağında baş verib. Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər.

Read More
Cəmiyyət 

Bakı küçələrində «at oynadan» xarici avtomobillər…

Bəs Azərbaycanın istehsal etdiyi avtomobillərə maraq niyə azdır? Bu ilin ilk yeddi  ayında ölkəmizə xaricdən 1 milyard 171 milyon dollar dəyərində 63 min 401 ədəd avtomobil idxal edilib. Məlumata görə, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 12 min 222 ədəd və ya 23,9 faiz, dəyəri isə 227,2 milyon dollar və ya 24,1 faiz artıb. Ümumilikdə isə 2024-cü ildə  Azərbaycana 943,8 milyon dollar dəyərində 51 min 179 ədəd avtomobil idxal edilib. Qeyd edək ki, bir ədəd avtomobilin orta idxal qiyməti bu ilin ilk 7 ayına görə 18 min 470 dollar (31 min 398 manat) olub ki, bu da illik müqayisədə cüzi -29 dollar (49 manat) və ya 0,2faiz artıb.  Bu göstərici ötən ilin müvafiq…

Read More