Cəmiyyət 

Naxçıvanda PUA yaşayış evinə düşdü: Ciddi dağıntı var – FOTO

Naxçıvanda pilotsuz uçuş aparatının (PUA) yaşayış ərazisinə düşməsi nəticəsində evlərdən biri ciddi zərər görüb. Hadisə nəticəsində fərdi yaşayış evi dağılıb, əraziyə ciddi ziyan dəyib. Sosial mediada yayılan görüntülər dağıntının miqyasını açıq şəkildə göstərir. Baş verən insident bölgədə onsuz da artan gərginliyin fonunda narahatlığı daha da artırıb. Naxçıvanda mülki ərazilərin hədəfə alınması regionda təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirə bilər.**Sfera.az

Read More
Cəmiyyət 

Məktəblərdə çipsi satışı qadağası-Əməl olunmazsa…

Eyyub Hüseynov deyir ki, məktəblərdə satış zamanı kassa çeklərinin verilməsi təmin olunsun ki… Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təhsil müəssisələrinin qida bloklarında yoxlamalar aparacaq. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə uşaqların sağlam və təhlükəsiz qidalanmasının təmin edilməsi məqsədilə təhsil müəssisələrində tətbiq olunan orta sutkalıq qida normalarına uyğun olaraq bəzi qida məhsullarının istifadəsinə məhdudiyyətlər müəyyən edilib. Müəyyən olunmuş tələblərə əsasən, uşaqların qidalanması zamanı sağlamlıq üçün risk yarada biləcək bir sıra məhsulların təhsil müəssisələrində istifadəsi qadağan edilib. Qadağan olunan məhsullar…

Read More
Cəmiyyət 

İran dronunun düşdüyü məktəb binasının yaxınlığından GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, 5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Musavat.com APA-ya istinadən Şəkərabad kəndində məktəb binasının yaxınlığından görüntüləri təqdim edir:

Read More
Cəmiyyət 

İranın dron hücumu nəticəsində yaralananların SON DURUMU

İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan iki nəfər mülki şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan Musavat.com-a bildirilib ki, onların vəziyyətləri stabildir. Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib. Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb. Bir dron isə Naxçıvan şəhərində məktəbin yaxınlığına təsadüf edib.

Read More
Cəmiyyət 

Naxçıvan aeroportuna dron hücumuna görə məktəblərdə tədris dayandırıldı – RƏSMİ

İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb: “Qərar pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə qəbul olunub”.//Report

Read More
Cəmiyyət 

Molla rejimi ağılını itirib” – Elxan Şahinoğlu

“İranın mühafizəkar rejimi lap ağlını itirib. Naxçıvan hava limanına dronlarla zərbələr endirilməsi İran rejiminin ən böyük səfidir və ağılsızılığıdır”. Bu barədə politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib. O qeyd edib ki, Naxçıvanı vurmaları üçün zərrə qədər də əsas olmadığı halda dron zərbəsi endirmələri Azərbaycana düşmənçilikdir: “Türkiyəyə bir gün öncə raket atdılar və dandılar ki, biz atmamışıq. İndi Naxçıvana dron zərbəsi endirmələrini də danacaqlar? Buna hansı yalanı uyduracaqlar? Bu, birbaşa İrandakı qəddar mühafizəkar sistemin anti-Azərbaycan siyasətinin davamıdır. Biz bunu kəskin pisləyirik. İran dərhal cavab verməlidir və məsələyə aydınlıq gətirməlidir”. E.Şahinoğlu qeyd edib…

Read More
Cəmiyyət 

Milli kimliyin əsas sütunu: Azərbaycan dili və onun tarixi-mədəni missiyası

Rəsul Mirhəşimli, araşdırmaçı jurnalist – publisist Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşını, mənəvi dəyərlərini və dünyagörüşünü özündə yaşadan milli varlıq hadisəsidir. Millətin kimliyi, onun özünü dərk etməsi və gələcək nəsillərə ötürülən mədəni irs ilk növbədə dil vasitəsilə qorunur. Buna görə də dil məsələsi yalnız filoloji və ya mədəni məsələ deyil, dövlətçilik, təhlükəsizlik və milli davamlılıq məsələsidir. Xalq tarix boyu dövlətini itirə bilər, lakin dilini qoruyursa, yenidən dirçələ bilir. Əgər hansısa xalq dilini itirərsə, milli kimliyi də tədricən zəifləyir. Azərbaycan dili əsrlər boyu xalqın formalaşma prosesinin əsas dayaqlarından…

Read More
Cəmiyyət 

“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək

Azərbaycanın aparıcı şirkətlər qruplarından biri olan “Azərsun Holdinq” sosial məsuliyyət strategiyasına sadiq qalaraq, “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə əməkdaşlığa başlayır. Musavat.com xəbər verir ki, layihə çərçivəsində ölkənin aparıcı qida şirkətlərindən biri olan “Azərsun Holdinq” həssas qrupa aid uşaqların yaşadığı sığınacağın zəruri ehtiyaclarını təmin edəcək. Eyni zamanda, uşaqların təhsili, sosial bacarıqlarının inkişafı və fərdi potensiallarının üzə çıxarılması istiqamətində birgə layihələr həyata keçiriləcək. “Azərsun Holdinq” üçün sosial məsuliyyət sadəcə korporativ siyasət deyil, bu, cəmiyyətə töhfə vermək və gələcəyin sağlam nəslinin formalaşmasına dəstək olmaq missiyasıdır. Qeyd edək ki, tərəflər uzunmüddətli və davamlı təsir yaradacaq…

Read More
Cəmiyyət 

Rəşad Nəbiyev Kir Meyzer ilə GÖRÜŞDÜ – FOTO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniya parlamentinin üzvü, aviasiya, dənizçilik və dekarbonizasiya məsələləri üzrə nazir Kir Meyzer ilə görüş keçirib.   Musavat.com xəbər verir ki, görüşdə Azərbaycanın tranzit potensialı, şəhər daxilində nəqliyyat infrastrukturunun modernləşdirilməsi, Bakı Metropoliteni, dəmir yolu layihələri barədə məlumat verilib. Həmçinin rəqəmsal nəqliyyat sistemləri, süni intellekt əsasında yaradılan “Rəqəmsal Nəqliyyat Əkizi” və Böyük Britaniya ilə hava əlaqələrinin genişləndirilməsi, uçuşların sayının artırılması imkanları müzakirə edilib.

Read More