Cəmiyyət 

“Tarixi yanlış təsəvvürlər dəyişməsə, ermənilərlə birgəyaşayış mümkün deyil” – Ayaz Salayev

Azərbaycan kinorejissoru və kinoşünası Ayaz Salayev Musavat.com-a verdiyi açıqlamada ermənilərlə birgəyaşayışın mümkün olub-olmaması barədə fikirlərini bölüşüb. O bildirib ki, erməni ictimai şüurunda geniş yayılmış, kök salmış bir təsəvvür var – guya Azərbaycanın əksər əraziləri tarixi erməni torpaqlarıdır və ümumiyyətlə, Azərbaycan milləti heç vaxt mövcud olmayıb: “Onların iddiasına görə, guya azərbaycanlılar Altay dağlarından köçüb gələn tayfalardır və bu tayfalar yerli erməniləri öz torpaqlarından qovaraq onların mədəniyyətini – mətbəxini, musiqisini, adət-ənənələrini mənimsəyiblər”. Ayaz Salayev vurğulayıb ki, bu cür yanlış və təhrif olunmuş tarixi yanaşma təkcə fərdi düşüncə deyil, bütövlükdə Ermənistanın milli ideologiyasının…

Read More
Cəmiyyət 

“Nikahdan əvvəl tibbi müayinə gələcək ailənin sağlamlığı üçün vacibdir”

“Nikahdan əvvəl tibbi müayinə gələcək ailənin sağlamlığı üçün vacib addımdır”. ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuziologiya şöbəsinin müdiri Tünzalə Əhmədova açıqlayıb. Onun sözlərinə görə, bəzən insanlar zahirən özlərini sağlam hiss edirlər, lakin bəzi irsi xəstəliklərin daşıyıcıları olduqlarını bilmirlər: “Məsələn, talassemiya kimi qan xəstəlikləri adətən gizli daşıyıcı formada olur və bu halda insanda heç bir şikayət görünməyə bilər. Amma hər iki tərəf eyni genin daşıyıcısı olduqda, onların övladlarında xəstəliyin ağır forması ilə doğulma ehtimalı yüksək olur. Qohum…

Read More
Cəmiyyət 

Azərbaycanda xüsusi icra məmurları fəaliyyətə başlayacaqlar

Ölkəmizdə məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılır. Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən bu gün “Xüsusi icra məmurları haqqında” Qanun təsdiq edilib. Sözügedən Qanuna əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu modelə görə məhkəmə və digər orqanların qərarlarının icrası həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçiriləcək. Xüsusi icra məmurları məcburi icra orqanı statusuna malik olacaqlar. Onlar cinayət, inzibati xəta, inzibati mübahisələrə dair işlər, dövlət orqanlarının tərəf olduqları digər işlər, məişət zorakılığından mühafizə, məcburi müalicə, uşağın mənafeyi ilə…

Read More
Cəmiyyət 

Xəstəlik yayan Afrika tutuquşuları Azərbaycanda sürətlə yayılır – ZOOLOQ HƏYƏCAN TƏBİLİ ÇALIR

Bakı bulvarı, Filarmoniya şəhərciyi, İçərişəhər və ətraf ərazilərdə yaşıl tutuquşulara rast gəlmək mümkündür. Bu quş boyunbağlı tutuquşudur. Latın dilində “Psittacula krameri” adlanır. Adındakı “krameri” hissəsi avstraliyalı təbiətşünas Vilhelm Henrix Kramerin şərəfinə verilib. Kənardan sevimli və rəngarəng görünən bu quş əslində ziyanverici quşlar siyahısındadır. Səbəb isə Psittakoz xəstəliyinin insana keçmə riski və kənd təsərrüfatına vurduğu ziyandır. İsraildə “zərərli invaziv növ” hesab edilən, Hindistan və Afrikada fermerlərə problem yaratdığı üçün sayı azaldılan boyunbağlı tutuquşular ölkəmizdə ilbəil artır. Zoologiya İnstitutunun biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov Musavat.com-a quşların ölkəmizdə yayılmasının tarixçəsini danışıb: “İş…

Read More
Cəmiyyət 

BDYPİ yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır. AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib. Qeyd olunub ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz davranışların ağır nəticəyə səbəb ola biləcəyini unutmamalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz…

Read More
Cəmiyyət 

TƏBİB: İyul ayı ərzində 8 milyona yaxın tibbi xidmət göstərilib

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin iyul ayı ərzində ümumilikdə 2 142 858 müraciət qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bunlardan 47 217-si stasionar, 2 095 641-i ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 7 % artım qeydə alınıb. İyul ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 7 921 888 (1 043 077 stasionar, 6 878 811 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən…

Read More
Cəmiyyət 

Uşaqlarımızı sosial medianın görünməz idarəçisindən necə xilas edək? – MÜSAHİBƏ

Müasir dövrdə texnologiyanın və rəqəmsal platformaların sürətli inkişafı ilə sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə gənclər bu mühitdə daha çox vaxt keçirir, ünsiyyət qurur, özlərini ifadə edir və informasiya əldə edirlər. Lakin bu intensiv istifadə müəyyən hallarda asılılığa çevrilərək gənclərin psixoloji sağlamlığına mənfi təsir göstərə bilir. Sosial media asılılığı diqqət pozuntusu, özgüvən problemləri, depressiya, sosial təcrid və reallıqdan uzaqlaşma kimi hallarla müşayiət oluna bilər. Klinik psixoloq Nahidə Axundova İki sahil.TV-yə müsahibəsində cəmiyyətin gələcəyini formalaşdıracaq gənc nəslin emosional və psixoloji rifahı baxımından xüsusi aktuallıq daşıyan bu mövzuya aydınlıq gətirdi. -Nahidə…

Read More
Cəmiyyət 

Daha sağlam, yaşıl və insan mərkəzli Bakı…

Parkların genişlənməsi paytaxtın sosial və mədəni həyatını zənginləşdirir Paytaxt Bakı hazırda park və açıq məkanların salınmasını sürətləndirən və bu sahədə regionda önə çıxan  şəhərlərdən birinə çevrilməkdədir. Son illərdə paytaxtımızda həyata keçirilən genişmiqyaslı abadlıq, yaşıllaşdırma və şəhərsalma layihələri həm şəhərin vizual simasını dəyişir, həm də onun ekoloji durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Əvvəllər paytaxtın inkişafı daha çox yeni yaşayış binaları və yol infrastrukturunun genişləndirilməsi ilə xarakterizə olunurdusa, bu gün artıq şəhərsalma konsepsiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ənənəvi urbanizasiya modelində əsas məqsəd əhalinin artan yaşayış və iş yerlərinə tələbatını qarşılamaq idisə, müasir…

Read More
Cəmiyyət 

Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

Bakı sakininin adına külli miqdarda suya borc gəlib, lakin maraqlısı odur ki, vətəndaş göstərilən ünvanda nə yaşayır, nə də ki, ümumiyyətlə, evi var. Lent.az-ın məlumatına görə, sakinlərə yaşamadıqları evdən 955 manatlıq su borcuna görə xəbərdarlıq məktubu gəlib. Abonenti olduğu deyilən şəxsin adına İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən ünvanda 955 manat 16 qəpik borclarının olması ilə məbləğin alınacağı ilə bağlı xəbərdarlıq daxil olub. Məbləğin məhkəmə qaydasında onlardan alınacağı bildirilib, lakin sözügedən ünvanda vətəndaşa məxsus ev yoxdur. Xəbərdarlıqda bildirilir ki, “01.08.2025-ci il tarixinə Sizin…

Read More
Cəmiyyət 

Kiçik Büdcə ilə Böyük İdeyalar – Məhkum Qadınların Sahibkarlığa İlk Addımları

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Cəzaçəkmə müəssisələrində kütləvi mədəni tədbirlərin təşkili” qrant layihəsi çərçivəsində təlimlər davam edir. Layihənin əsas məqsədi həbsdən azad olunmuş qadınların cəmiyyətə uğurlu reinteqrasiyasına nail olmaq, onların iqtisadi və sosial baxımdan güclənməsinə dəstək göstərməkdir. Bu çərçivədə keçirilən növbəti təlim “Kiçik büdcə ilə kreativ ideyaları reallaşdırmaq və onları biznesə çevirmək” mövzusuna həsr olunub. Təlimçi Rəvan Cəfərli iştirakçı qadınlara minimum maliyyə resursu ilə maksimum nəticə əldə etməyin yolları barədə ətraflı məlumat verib. O, sadə,…

Read More