Kiçik Büdcə ilə Böyük İdeyalar – Məhkum Qadınların Sahibkarlığa İlk Addımları
“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Cəzaçəkmə müəssisələrində kütləvi mədəni tədbirlərin təşkili” qrant layihəsi çərçivəsində təlimlər davam edir.
Layihənin əsas məqsədi həbsdən azad olunmuş qadınların cəmiyyətə uğurlu reinteqrasiyasına nail olmaq, onların iqtisadi və sosial baxımdan güclənməsinə dəstək göstərməkdir.
Bu çərçivədə keçirilən növbəti təlim “Kiçik büdcə ilə kreativ ideyaları reallaşdırmaq və onları biznesə çevirmək” mövzusuna həsr olunub. Təlimçi Rəvan Cəfərli iştirakçı qadınlara minimum maliyyə resursu ilə maksimum nəticə əldə etməyin yolları barədə ətraflı məlumat verib. O, sadə, lakin innovativ yanaşmalarla kiçik ideyaların böyük bizneslərə çevrilə biləcəyini real nümunələr üzərində təqdim edib.
Təlim zamanı qadınlara bazar araşdırmasının aparılması, hədəf auditoriyanın düzgün müəyyənləşdirilməsi, sosial medianın effektiv istifadəsi və yaradıcı paketləşdirmə strategiyalarının tətbiqi kimi mövzular geniş izah edilib.
Layihə, cəmiyyətin həssas qruplarının sahibkarlıq potensialını artırmaq və onların müstəqil iqtisadi fəaliyyətə başlamalarına şərait yaratmaq baxımından mühüm əhəmiyyət daşıyır.