Cəmiyyət 

Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

Bakı sakininin adına külli miqdarda suya borc gəlib, lakin maraqlısı odur ki, vətəndaş göstərilən ünvanda nə yaşayır, nə də ki, ümumiyyətlə, evi var. Lent.az-ın məlumatına görə, sakinlərə yaşamadıqları evdən 955 manatlıq su borcuna görə xəbərdarlıq məktubu gəlib. Abonenti olduğu deyilən şəxsin adına İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən ünvanda 955 manat 16 qəpik borclarının olması ilə məbləğin alınacağı ilə bağlı xəbərdarlıq daxil olub. Məbləğin məhkəmə qaydasında onlardan alınacağı bildirilib, lakin sözügedən ünvanda vətəndaşa məxsus ev yoxdur. Xəbərdarlıqda bildirilir ki, “01.08.2025-ci il tarixinə Sizin…

Read More
Cəmiyyət 

Kiçik Büdcə ilə Böyük İdeyalar – Məhkum Qadınların Sahibkarlığa İlk Addımları

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Cəzaçəkmə müəssisələrində kütləvi mədəni tədbirlərin təşkili” qrant layihəsi çərçivəsində təlimlər davam edir. Layihənin əsas məqsədi həbsdən azad olunmuş qadınların cəmiyyətə uğurlu reinteqrasiyasına nail olmaq, onların iqtisadi və sosial baxımdan güclənməsinə dəstək göstərməkdir. Bu çərçivədə keçirilən növbəti təlim “Kiçik büdcə ilə kreativ ideyaları reallaşdırmaq və onları biznesə çevirmək” mövzusuna həsr olunub. Təlimçi Rəvan Cəfərli iştirakçı qadınlara minimum maliyyə resursu ilə maksimum nəticə əldə etməyin yolları barədə ətraflı məlumat verib. O, sadə,…

Read More
Cəmiyyət 

Belə qarpızları almayın

Zəhərli qarpızın digər qarpızlardan fərqləndirilməsi sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Milli.Az xəbər verir ki, mütəxəssislər zəhərli qarpızın aşağıdakı xüsusiyyətləri ilə seçildiyini bildirirlər. Əvvəla, zəhərli qarpızın dadı acı və qəribə olur. Bu dad normal şirin qarpızlardan kəskin fərqlənir və qida qəbul edən zaman narahatlıq yarada bilər. Qarpızın dadındakı bu dəyişiklik onun zəhərli maddələr ehtiva etməsindən xəbər verir. Qoxu baxımından da zəhərli qarpız xoşagəlməz və ya qəribə qoxuya malik olur. Adətən sağlam qarpızlar təzə və şirin qoxu verir, zəhərli qarpızlarda isə bu qoxu dəyişir və bəzən hətta turş və ya çürük qoxusu…

Read More
Cəmiyyət 

Ağ qaz, boz qaz, mavi qaz – “üçünü də kəsək”!

Rusların özlərinin öz xasiyyətləri haqda yaratdığı bir lətifə var, bu günlərdə baş verən hadisələrin fonunda ibrətlikdir (keçmişdə “ibrətamiz” yazardıq). Lətifə belədir: Bir gün mujik gedir hamıdan ağıllı saydığı yəhudi ravvinin yanına, ondan soruşur: -Möhtərəm rebe, iki qazım var, biri ağdır, biri boz, birini kəsməliyəm, hansını kəsim? Ravvin çox düşünmədən deyir: – Ağ qazı kəs. Kişi qane olmur: – Onda boz qaz darıxacaq axı. Ravvin məsləhətinə düzəliş edir: – Elədirsə, boz qazı kəs. Kişi yenə kifayətlənmir: – Onda da ağ qaz darıxacaq. Ravvin qazların darıxmaması üçün radikal tövsiyə verir: – İkisini…

Read More
Cəmiyyət 

AHİK “İnkişaf strategiyası”nı təsdiqlədiFOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) məbuat konfransı keçirilir. Musavat.com-un xəbərinə görə, AHİK sədrinin müşaviri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov bildirib ki, AHİK 2025-2027-ci illəri əhatə edən “İnkişaf strategiyası”nı təsdiqləyib: “Bu strategiya müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Bütün sənəd dövriyyəsi tam elektronlaşdırılıb. Üzvlərin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində tədbirlər planı müəyyən edilib”. Nigar HƏSƏNLİ Musavat.com

Read More
Cəmiyyət 

Bədənə yerləşdirilən “bomba” effektli içkilər – Ekspert həyəcan təbili çalır

Bəziləri enerji içkilərini sadəcə “oyandırıcı içki” kimi qəbul etsə də, mütəxəssislər onları narkotik maddələrə bənzədirlər. Çünki tərkibində olan yüksək miqdarda kofein və şəkər uzun müddətdə bədənə ciddi zərər verir, hətta asılılıq yaradır. Gənclər arasında sürətlə populyarlaşan bu içkilər, əslində, sağlamlıq üçün gizli bomba kimidir və düzgün istifadə olunmadıqda orqanizmdə ağır fəsadlara səbəb ola bilər. Qida eksperti Fərid Səfərov Musavat.com-a enerji içkilərinin təhlükələrindən danışıb, onların tərkibindəki maddələrin insan orqanizminə necə zərər vurduğunu izah edib. Deyib ki, enerji içkilərinin tərkibindəki yüksək miqdarda şəkər və kofein kimi maddələr ürək-damar sistemi, hormonal balans, yuxu keyfiyyəti və…

Read More
Cəmiyyət 

ADY Çindən 225 blok-qatar qəbul edibFOTO

ADY bu ilin 7 ayı ərzində Çindən 225 blok-qatar qəbul edib və ötən ilin eyni dövrü ilə müqayisədə 80% artım qeydə alınıb. Bu barədə Musavat.com-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Məlumata əsasən, qeyd olunan dövrdə ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən təxminən 2 dəfə çoxdur.

Read More
Cəmiyyət 

Bakıda sərçələrin yoxa çıxması böyük fəlakətin əlaməti imiş – ZOOLOQ AÇIQLADI

Bakı şəhərində illərdir səsini eşitdiyimiz, həyətlərdə, binaların oyuqlarında yuva quran sərçələr indi çox nadir hallarda görünür. Bir vaxtlar hər məhəllədə, küçələrdə, park və bağlarda rahat şəkildə rast gəlinən bu kiçik quşlar son illərdə sanki paytaxtdan uzaqlaşıb. Sərçələrin bu gün az görünməsi onların sayının kəskin azalması, yoxsa sadəcə yaşayış yerlərini dəyişməsi ilə bağlıdır? Məsələ təkcə Bakı üçün deyil, bütün böyük şəhərlərdə müşahidə olunan bir problem kimi diqqət çəkir. Bu barədə Zoologiya İnstitutunun biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov Musavat.com-a danışıb. “Sərçələrin sayının azalması təkcə Bakı şəhərinə xas deyil, böyük şəhərlərin hamısında…

Read More
Cəmiyyət 

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

Xəbər veridyimiz kimi, 11 avqustdan 15 avqusta qədər Yer üzündə bir çox insan üçün çətin keçəcək. Alimlərin proqnozlarına görə, bu dövrdə geomaqnit aktivliyi artacaq ki, bu da xüsusilə xroniki xəstəlikləri və sinir sistemi pozğunluğu olanlar üçün sağlamlıq problemləri yarada bilər. Bəs maqnetik fırtınaların pik həddi nə vaxt olacaq, əlamətləri nədir və sağlam qalmaq üçün nə etmək lazımdır? 11-15 Avqust üçün maqnetik fırtına proqnozu NASA və NOAA-nın məlumatına görə: 11 avqust, Bazar ertəsi: Aktiv dövr başlayır. Qırmızı səviyyəli G1 fırtınası (K-indeksi 5) gözlənilir. Artıq bəzi insanlarda narahatlıq simptomları hiss oluna bilər.…

Read More
Cəmiyyət 

Azərbaycanda məktəbli formaları belə olacaq – FOTO

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq olunur”. ARANTV.AZ xəbər verir ki, bu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib: “Valideynlər, xüsusilə övladları birinci sinfə başlayanlar məktəbli forması barədə ətraflı məlumatı agentliyin və yerli bölmələrinin “Çağrı” mərkəzlərindən, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən əldə edə bilərlər”.  

Read More