Gədəbəyin üç sərhəd kəndi təhlükədə: sakinlər dövlətə üz tutdu – VİDEO
Gədəbəy rayonunun Çobankənd, Şahdağ, Çiçəkli kəndlərinin sakinləri çıxılmaz durumla üzləşiblər. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 8 dekabr tarixli sərəncamına əsasən, adları çəkilən kəndlərə asvalt çəkilərkən sakinlərin avtomobil yolu demək olar ki, bağlanıb. İndiyə qədər aidiyyatı qurumlara, Gədəbəydəki səlahiyyət sahiblərinə edilən müraciətlər nəticəsiz qalıb. Məlumat üçün bildirək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sərəcamın icrası “Gəncə Körpü Tikinti-2” ASC-yə həvalə olunub. Sakinlər bildirir ki, bu qurumun rəhbəri Aqibət Məmmədova şirkətin işçiləri vasitəsilə müraciət etsələr də, hələ də bir tədbir görülməyib. Nəticədə sakinlər ümid yeri kimi Musavat.com-a üz tutublar.…
Read More