Cəmiyyət 

Azərbaycanda bu evlər bərpa ediləcək

Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş 21 ədəd fərdi yaşayış evində əlavə bərpa işləri aparılacaq. Bu barədə iqtisadiyyat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı hazırlıqları başa çatdırıb. Qurum bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tikinti şirkətlərinin biri ilə müqavilə bağlayıb. Müqaviləyə əlavə bərpa işlərinə yarım milyon manat vəsait sərf olunacaq.

Read More
Cəmiyyət 

Əhaliyə çağırış: “13 saat vaxtınız var”

Astroloq Dinçer Güner bu gün üçün izləyicilərinə xüsusi xəbərdarlıq edib. O bildirib ki, qarşıda duran 13 saatlıq zaman kəsiyi astroloji baxımdan əhəmiyyətli təsirlərlə müşahidə olunacaq və bu enerjini düzgün dəyərləndirmək vacibdir. Dinçer Günerin sözlərinə görə, hazırda Ay Yay bürcündədir. Bu isə insanların daha enerjili, hərəkətli və açıqfikirli olmasına şərait yaradır. Yeni ideyaların ortaya çıxması, səyahət planlarının qurulması və fərqli təcrübələrə açıq olmaq üçün uyğun zamandır. Astroloq həmçinin vurğulayıb ki, bu müddət ərzində bəzi insanlar sərbəstlik istəyi ilə sosial münasibətlərdə daha açıq və düşünmədən danışa bilər. Buna görə də diqqətli davranmaq,…

Read More
Cəmiyyət 

“Azərlotereya”nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada “Əmanətə Sədaqət” yay düşərgəsi keçirilib

“Azərlotereya” ASC-nin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Azərbaycan Diasporuna Dəstək Fondunun tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində “Əmanətə Sədaqət” yay düşərgəsi keçirilib. Düşərgədə yerli və xarici universitetlərdə təhsil alan, yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edib. 28 iyul – 2 avqust tarixlərini əhatə edən düşərgə çərçivəsində tələbələr karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərdə iştirak ediblər. Eyni zamanda, Avstriyanın zəngin mədəniyyəti və tarixi ilə yaxından tanış olublar,…

Read More
Cəmiyyət 

Uşaq İncəsənət Festivalında ikinci seçim mərhələsi başladı

Uşaq və yeniyetmələrin yaradıcılıq potensialını dəstəkləmək və onların bacarıqlarını üzə çıxarmaq məqsədilə təşkil olunan Uşaq İncəsənət Festivalı çərçivəsində ikinci seçim mərhələsi başlayıb. Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, festivalda fərdi iştirakçılar üzrə ümumilikdə 21 min 559 nəfər qeydiyyatdan keçib. Onlardan 16 min 117 nəfəri birinci mərhələdə iştirak edib, 8 596 nəfər isə ikinci mərhələyə vəsiqə qazanıb. Kollektiv iştirakçılar üzrə isə ümumi qeydiyyatdan keçən kollektivlərin sayı 294 təşkil edir. Onlardan 255 kollektiv seçimlərin birinci mərhələsində iştirak edib, 215 kollektiv isə (ümumilikdə 3 032 uşaq olmaqla) növbəti mərhələyə keçib. İkinci…

Read More
Cəmiyyət 

Türkmənistanda “Azərbaycan Milli Günü” – Mədəni İrsimizin Parlaq Təqdimatı

5–8 avqust 2025-ci il tarixlərində Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günləri” təşkil olunur. ARANTV.AZ  xəbər verir ki, tədbirlər Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini və incəsənət ənənələrini beynəlxalq auditoriyaya təqdim edir. Azərbaycan pavilyonu konfrans məkanında ziyarətçilərə açıq olacaq. Burada ölkəmizin tarixi və mədəni irsinə dair kitablar, broşürlər, suvenirlər, xalçalar, kəlağayılar və tətbiqi sənət nümunələri sərgilənəcək. Ziyarətçilər qədim sənətkarlıq ənənələrimizi əks etdirən əl işləri ilə də tanış ola biləcəklər. Açıq havada təşkil olunan “Azərbaycanın milli irsinin inciləri”…

Read More
Cəmiyyət 

Ölkədə ilk: Yeniyetmə qız əməliyyatla oğlana çevrildi – tövsiyə

Psixoloqlar bu kimi hallarda anlayışlı yanaşmanın və davamlı müşahidənin vacibliyini vurğulayırlar Azərbaycanda hər kəsi heyrətə gətirən nadir və psixoloji cəhətdən həssas hadisə baş verib. 13 il boyunca ailəsi və cəmiyyət tərəfindən qız uşağı kimi tanınan azyaşlı gerçək kimliyini kəşf etdikdən sonra həyatını tamamilə dəyişdirib. Yeniyetmə uzun müddətdir daxili psixoloji narahatlıqlar yaşayırmış və bu səbəbdən bir neçə peşəkar psixoloqla görüşdürülüb. Mütəxəssislərlə aparılan dərin söhbətlər nəticəsində onun əslində özünü oğlan kimi hiss etdiyi və yanlış cinsiyyətlə böyüdüyü üzə çıxıb. Ailə və həkimlərin qərarı ilə azyaşlıya tibbi yardım göstərilib və o, cinsiyyət dəyişdirmə…

Read More
Cəmiyyət 

Mərkəzi Parkın genişləndirilməsi: Tarix və müasirlik arasında yeni yaşıl nəfəs – ARAŞDIRMA

Son illər dünyada iri şəhərlərin inkişafında əsas prioritetlərdən biri ətraf mühitin ekoloji tarazlığını qorumaq və ictimai-yaşıllıq məkanlarını artırmaqdır. Bu tendensiya xüsusilə əhalisi sıx və sürətli urbanizasiya mərhələsində olan şəhərlərdə aktuallığını qoruyur. Paytaxt Bakı da bu qlobal tendensiyaya qoşularaq, son illərdə urban mühitin transformasiyası istiqamətində mühüm layihələr həyata keçirir. Paytaxtın tarixi silueti, memarlıq irsi və mədəni landşaftı qorunmaqla, şəhərin daha funksional, ekoloji cəhətdən dayanıqlı və sosial baxımdan inklüziv olması üçün genişmiqyaslı planlama prosesi icra olunur. Bu baxımdan, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” gələcəyin Bakısını formalaşdırmaq üçün əsas yol…

Read More
Cəmiyyət 

Kamran Əliyev polkovniki rəis təyin etdi

Hərbi Prokurorluqda yeni təyinat olub. Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Eyvaz Nəcməddin oğlu Mustafayev qurumun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi təyin edilib. Qeyd edək ki, E.Mustafayev buna kimi Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini vəzifəsində çalışıb. (Oxu.Az)

Read More