Cəmiyyət 

Kamran Əliyev polkovniki rəis təyin etdi

Hərbi Prokurorluqda yeni təyinat olub. Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Eyvaz Nəcməddin oğlu Mustafayev qurumun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi təyin edilib. Qeyd edək ki, E.Mustafayev buna kimi Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini vəzifəsində çalışıb. (Oxu.Az)

Read More
Cəmiyyət 

Adama televizoru pəncərədən atdıranların epoxası

Hər yaradıcı insanın karyerasının azı 3 mərhələsi olur: meydana yeni çıxdığı, naşı olduğu vaxt; püxtələşdiyi, performansının pik olduğu dövr; qocaldığı, əldən düşdüyü dönəm. Atalar sonuncuya aid müdrik kəlamlar deyiblər. Biri də belədir: “Qurd qocalanda başına çaqqal-çuqqal yığışar”. Bir də şirin qocalığına aid bir məsəl var, amma onun orijinalı yazıya gəlmir. İndiki cavanlar o sənətkarların təblərinin çağladığı, səslərinin ərşə-gürşə çıxdığı, şöhrətlərinin ölkəylə bir olduğu dönəmləri görməyiblər. Ona görə də bəzən yaxşı-yaman sözlər yazırlar. Çoxları elə bilirdi, Teymur Mustafayev heç cavan olmayıb, həmişə belə, “qəti qorxusu yoxdur” deyən, studiyada qəşəng aparıcı qızlara…

Read More
Cəmiyyət 

Qarabağ Universitetinin prorektoru vəzifəsindən getdi

Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru işdən çıxıb. Manset.az-ın əldə etdiyi məlumata görə, Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova öz istəyi ilə ərizə yazaraq vəzifəsindən gedib. Onun başqa bir sahədə yüksək vəzifəyə təyin olunacağı bildirilib. Hələlik Nərgiz İsmayılovanın yerinə yeni təyinat yoxdur. Qeyd edək ki, Qarabağ Universiteti Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitetin rektoru Şahin Bayramovdur.

Read More
Cəmiyyət 

Texnologiya həyatımızı asanlaşdırır, yoxsa idarə edir?

Psixoloq: Rəqəmsal asılılıq emosional və davranış pozuntularına səbəb olur Son illərdə texnologiyanın gündəlik həyatın bütün sahələrinə sürətlə nüfuz etməsi, bir tərəfdən cəmiyyətlərə inkişaf və effektivlik gətiribsə digər tərəfdən, yeni tipli sosial və psixoloji problemləri də meydana çıxarıb. Bu problemlər içərisində rəqəmsal asılılıq ən çox yayılmış və eyni zamanda ən az etiraf edilənlərdəndir. Hər nə qədər texnologiya dövründə yaşadığımızı qəbul etsək də, onun həyatımıza nə dərəcədə nüfuz etdiyini və bizi nə qədər nəzarətə aldığını hələ də yetərincə analiz etmirik. Rəqəmsal asılılıq klassik asılılıq növlərindən olan alkoqol, tütün, narkotik və s. fərqli…

Read More
Cəmiyyət 

Keçmiş məcburi köçkünlərin qayıdış sevinci

Ələddin Məhərrəmov: İllərlə bu günü gözləmişəm Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Belə ki, iyulun 28-də növbəti köç karvanı – 62 nəfərdən ibarət 17 ailə yenidən qurulan Xocalı rayonunun Ballıca kəndinə yola salınıb. İyulun 29-da Ağdam rayonunun Xıdırlı kəndinə 60 ailə – 236 nəfər, iyulun 30-da Cəbrayıl şəhərinə 44 ailə – 166 nəfər, iyulun 31-də Ağdam rayonunun Xıdırlı kəndinə 58 ailə…

Read More
Cəmiyyət 

Elçindən geriyə qalanlar: Biri hakim, o biri deputat…

Bu gün Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn mərasimi keçirilib. Elçindən geriyə nələr qaldığını çoxumuz bilirik – ədəbi irsi, qiymətli əsərləri, Azərbaycan nəsrində silinməz izi. Bəs, Elçindən geriyə kimlər qaldı? Xalq yazıçısının iki qızı var: Günay Əfəndiyeva və Humay Əfəndiyeva. Günay Əfəndiyeva kimdir? Günay Elçin qızı Əfəndiyeva 20 oktyabr 1973-cü ildə Bakı şəhərində, görkəmli yazıçılar İlyas Əfəndiyev və Elçin Əfəndiyevin ailəsində anadan olub. O, 1991-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medalla, 1997-ci ildə isə Azərbaycan Tibb Universitetini həkimlik ixtisası üzrə qırmızı diplomla bitirib. Daha sonra Respublika Diaqnostika Mərkəzində…

Read More
Cəmiyyət 

Əlil pulları kimə verilməlidir? – Acından ölən Səbinənin aqibəti hamını silkələdi

Bir neçə gün öncə Yevlaxda ata və qızının faciəvi ölümü bütün gündəmi zəbt etdi. 48 yaşlı III qrup əlilliyi olan Məhəbbət Bayramovun yaşadığı evdə intihar etməsindən sonra onun 23 yaşlı I qrup əlil qızı Səbinə Bayramova köməksiz vəziyyətdə qalaraq aclıqdan dünyasını dəyişib. Səbinənin anası o, uşaq olarkən dünyasını dəyişib. Ata, qız və oğul bir yaşayıblar. Daha sonra Məhəbbət Bayramov başqa qadınla evlənib və Səbinəyə analığı baxmağa başlayıb. Lakin son günlər qadın da boşanmaq istədiyini bildirib və evdən gedib. Ondan sonra ata və qız evdə tək qalıblar. Bəs görəsən intiharın kökü…

Read More
Cəmiyyət 

Emin Ağalarov Qarabağa niyə gedib: iş adamı Xocavənddə butik otel inşa edir? VİDEO

Musavat.com-un daha əvvəl xəbər verdiyi kimi, tanınmış iş adamı və sənətçi Emin Ağalarov Qarabağa səfər edib. O, bu ziyarətini “Qarabağ Azərbaycandır!” şüarı ilə müşayiət edən videolar paylaşaraq, bölgənin gözəlliklərini və tarixi abidələrini izləyiciləri ilə bölüşür. Ağalarovun “eminofficial” adlı rəsmi Instagram səhifəsində paylaşdığı son videoda onun tarixi məkanlara baxış keçirdiyi görünür. Kadrlardan belə nəticə çıxır ki, Emin Ağalarov Qarabağa sırf turistik və biznes məqsədli – daha dəqiq desək, otel layihələri ilə bağlı səfər edib. O, xüsusilə də Xocavənd rayonu ərazisindəki bəzi qədim tikililəri nəzərdən keçirib və onların gələcəkdə butik otelə çevrilməsi…

Read More
Cəmiyyət 

Avtomobil almaq üçün hansı şərtlər daha sərfəlidir: lizinq, yoxsa daxili kredit?

Son illərdə Azərbaycanda avtomobil əldə etmək istəyənlər üçün kredit xidməti göstərən şəxslər və müəssisələr yaranıb. Bu vasitələrlə vətəndaşlar avtomobilin satış qiymətinin müəyyən hissəsini əvvəlcədən ödəməklə, qalan məbləği bir neçə ay və ya il ərzində hissə-hissə ödəyə bilirlər. Bəs, bu yollardan hansı daha sərfəlidir? Lizinq yoxsa daxili kredit? Mövuz ilə bağlı Trend-ə açıqlamasında İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, daxili kredit, yaxud lizinq daha sərfəlidir deyə bir qayda yoxdur: “Burada konkret hallara əsasən müqayisə aparmaq lazımdır. Yəni, universal qayda yoxdur ki, daxili kredit daha çox əlavə xərc tələb edir, yoxsa lizinq.…

Read More
Cəmiyyət 

Rza Məmmədova vəzifə VERİLDİ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tədris işləri üzrə prorektoru Qasım Məmmədov vəzifəsindən azad olunub. Oxu.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. 67 yaşlı Q.Məmmədov uzun illərdir həmin postda çalışırdı. Nazirin digər əmrinə əsasən, Rza Məmmədov ADNSU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə gətirilib. Qeyd edək ki, Rza İbrahim oğlu Məmmədov 1989-cu il mayın 21-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2006-cı ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə başa vurub. Ali təhsilinə Türkiyənin Anadolu Universitetində başlayıb və 2007-2010-cu illərdə “İqtisadiyyat” ixtisası…

Read More