Cəmiyyət 

ADY 32% daha çox sərnişin daşıyıbFOTO

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu xətti üzrə ümumilikdə 4 milyon 648 min 444 sərnişin daşınıb. Bu barədə Musavat.com ADY-yə istinadən xəbər verir. Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 798 min 103 nəfər və ya 20,7 % çoxdur. Yalnız iyun ayında isə ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutları üzrə 766 min 718 sərnişin daşınıb ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 185 min 742 nəfər və ya 32 % artım deməkdir.

Read More
Cəmiyyət 

Ağdamın Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. AZƏRTAC xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 60 ailə – 235 nəfər, Cəbrayıl şəhərinə isə 50 ailə – 199 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı…

Read More
Cəmiyyət 

Evlilik üçün ən optimal yaş – onlarda və bizdə…

Rus Pravoslav Kilsəsinin baş keşişi Maksim Pervozvanski erkən doğuşa qarşı çıxış edib. O, 22-24 yaşdan daha kiçik qızların çox vaxt ana olmağa hazır olmadığını bildirib. Keşiş qadının ilk növbədə təhsil alıb ailə qurmasının vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, araşdırmalar göstərir ki, qadın nə qədər tez ana olsa, ikinci və üçüncü uşaq dünyaya gətirmə ehtimalı bir o qədər aşağı olur. Pervozvanski həmçinin hökumətin nikahdankənar uşaq dünyaya gətirən tələbə və məktəbli qızları dəstəkləmək təşəbbüslərini tənqid edib, bunu “kökündən yanlış yanaşma” və “axmaqlıq” adlandırıb. Keşişin sözlərində həqiqət payı nə qədərdir? Belə iddialar…

Read More
Cəmiyyət 

Ölkədə 15 manata satılan təhlükə – ALMAYIN!

Kərə yağı adı ilə aldığımız ərzaq əslində..; qida texnoloqu xəbərdarlıq etdi Azərbaycanda son illərdə ucuz kərə yağı bolluğu müşahidə olunur. Əsasən “yerli istehsal” adı ilə marketlərdə təqdim edilən bu yağların qiyməti bəzən 15 manata qədər enir. Amma bu qiymət reallıqdan uzaqdır. Əgər 1 kiloqram təmiz kərə yağı istehsal etmək üçün 25-30 litr südə ehtiyac olduğunu və südün hər litrinin 1 manata başa gəldiyini nəzərə alsaq, bu qiymət qeyri-mümkündür. Mütəxəssislər bildirirlər ki, bu cür yağların tərkibi təmiz kərə yağı deyil, ucuz palma yağı ilə “zənginləşdirilmiş” qarışıqdan ibarətdir.  Akif Nəsirli İqtisadçı Akif…

Read More
Cəmiyyət 

Nazirlik uşaqlar arasında yayılan xəstəliklərə aydınlıq gətirdi

Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan xəstəliklərə aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, hazırda ölkə üzrə yoluxucu xəstəliklərlə bağlı səhiyyə müəssisələrinə edilən müraciətlərin sayında nəzərəçarpacaq artım qeydə alınmayıb. Bildirilib ki, uşaqlarda rast gəlinən hallar əsasən, yüngül simptomlarla müşayiət olunur və qısa müddətdə sağalma ilə nəticələnir: “Dövlət Sanitariya Nəzarəti müəssisələri epidemioloji durumu daim nəzarətdə saxlayır və zəruri profilaktik tədbirlər görülür. Valideynlərdən xahiş olunur ki, uşaqların gigiyenası, qidalanması, uzun müddət qızmar günəş altında qalmasına və immun sistemini dəstəkləyən rejimlərinə diqqət yetirsinlər”. Qeyd edək ki, bir müddətdir uşaqlar arasında yüksək qızdırma, halsızlıq, iştahasızlıq müşahidə olunur.//APA

Read More
Cəmiyyət 

Bu il mina partlayışları nəticəsində 18 nəfər xəsarət alıb

Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd olunub ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 400 şəxs bu terrorun qurbanı olmuş, onlardan 70 nəfəri həlak olmuş, 330 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Read More
Cəmiyyət 

Bağçada ciddi nöqsanlar aşkarlandı, müdir işdən çıxarıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 202 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq aparılıb. Bu barədə Musavat.com-a BŞTİ-dən məlumat verilib. Bidirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib. Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il tarixində 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib. “Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı…

Read More
Cəmiyyət 

Diabet xəstələri qidalanmaya xüsusi diqqət yetirməlidirlər

Diabet xəstələrinin qidalanmasında diqqət edilməsi vacib olan əsas məqam qan şəkərini sabit saxlamaq və kəskin dəyişikliklərin qarşısını almaqdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə sadə karbohidratlardan uzaq durmaq, liflə zəngin qidalara üstünlük vermək lazımdır. Şəkər xəstələri qidalanma zamanı bir sıra şərtlərə əməl etməlidirlər: – Karbohidrat qəbulunu nəzarətdə saxlamaq; – Doymuş yağ qəbulunu azaltmaq; – Şirin içkilərdən uzaq durmaq; – Duz istehlakını 2300 mg-a salmaq; – Spirtli içkilər istehlak etməmək. Unutmayın: Şəkər xəstələri fiziki aktivliklə məşğul olmalı, vaxtında və balanslı şəkildə qidalanmalıdırlar.…

Read More
Cəmiyyət 

Ölkənin əmək bazarında gənclərə niyə şərait yaradılmır?

“Gənclər tənbəldir, işləmək istəmir” iddiası – yalan, yoxsa… “4 Day Week Global” beynəlxalq təşkilatının alimləri müəyyən ediblər ki, maaşlar kəsilmədən dördgünlük iş həftəsinə keçid həm işçilər, həm də biznes üçün faydalıdır. Araşdırmanın nəticələri “Nature Human Behavior” jurnalında dərc olunub. Dördgünlük iş həftəsi işin məhsuldarlığını artırır? Tədqiqatçılar müəyyən ediblər ki, dördgünlük iş həftəsi stres səviyyəsini əhəmiyyətli dərəcədə azaldır və işçilərin məhsuldarlığını artırır. Eyni zamanda şirkətin gəlirləri də artır. Yeni iş qrafikinin effektivliyi 33 şirkətin iştirak etdiyi araşdırmanın birinci mərhələsindən sonra təsdiqlənib. Araşdırmada iştirak edən təşkilatların heç biri həftədə dörd gün işləməyin…

Read More
Cəmiyyət 

Yeni Ay 4 BÜRC üçün yeni qapılar açacaq

İyulun 24-də yeni ay yalnız dörd bürcün nümayəndələrinə təsir edəcək güclü enerjili yenilənmə gətirəcək. Bu dövr keçmişi tərk edib naməlumluğa cəsarətli addım atmağa hazır olanlar üçün yeni qapılar açacaq. Tərəzi Əvvəllər şübhə altında olan hər şey yeni düşüncələrin işığında həll olunacaq. Yeni Ay sizi uzun müddət tərəddüd etdiyiniz və istiqamət seçə bilmədiyiniz daxili çıxılmaz vəziyyətdən çıxaracaq. Həyat sizi uyğunlaşdıran və öz ssenariniz üçün məsuliyyət daşıyan roldan çıxmağa məcbur edəcək. Və inanılmaz olacaq! Xərçəng Artıq daxili müqavimətə səbəb olan şeylərə səssizcə dözmək istəmirsiniz. Yeni Ay intuisiyanızı o qədər kəskinləşdirəcək ki, artıq…

Read More