Cəmiyyət 

Su çərşənbəsinin unudulan və yaşadılan adətləri

Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayır. Beləliklə, Novruz bayramının ilk çərşənbəsi olan – Su çərşənbəsi 24 fevral, Od çərşənbəsi – 3 mart, Yel çərşənbəsi – 10 mart, Torpaq çərşənbəsi (İlaxır çərşənbə) – 17 mart tarixlərinə təsadüf edir. Novruz bayramı axşamı isə martın 20-sidir. Adətən Su çərşənbəsindən başlayaraq evlərdə Novruz bayramına hazırlıqlar start götürür. Sanki bu günlə birlikdə təkcə təbiət deyil, insan ruhu da oyanır, ev-eşik, həyət-baca, qəlb və düşüncə təzələnməyə başlayır. Qədim inanclara görə, kainat dörd əsas ünsürdən – su, od, külək və torpaqdan yaranıb. Novruza qədər dörd…

Read More
Cəmiyyət 

DYP sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürücülərə növbəti dəfə müraciət edib. Bu barədə Musavat.com-a DYP-dən məlumat verilib. Bildirilib ki, aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıda hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmır, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına lazımi səviyyədə riayət olunmur. Bu kimi hallar isə yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır. Qanunvericiliyin tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki,…

Read More
Cəmiyyət 

Sabah Novruzun ilk çərşənbəsidir – Nələri səhv bilirik?

Sabah Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsidir. Bu çərşənbəni bəzən “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Çərşənbə adətləri nələrdir, adlandırılması nə ilə bağlıdır, çərşənbələr haqqında nələri bilməliyik? Publika.az xəbər verir ki, folklorşünas Aynur Qəzənfərqızı mövzu ilə bağlı Trend-ə açıqlama verib. O bildirib ki, kiçik çillə fevralın 20-də başa çatıb, ayın 21-dən isə Boz ay başlayıb: “Boz aydakı ilk çərşənbə axşamı Su çərşənbəsi kimi qeyd olunur. Yaxın keçmişdə bəzi bölgələrdə bu günə “Yalançı çərşənbə” də deyilib. Çərşənbələr və dörd ünsür məsələsi Çərşənbələrin adlandırılması dörd ünsürlə – hava, od, su…

Read More
Cəmiyyət 

Maaşlarla bağlı mühüm AÇIQLAMA

Minimum əməkhaqqının məbləği ilə bağlı yeni qaydalar gündəmə gətirilib. Bildirilir ki, bu göstəriciyə ildə ən azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. Dəyişiklik əmək bazarındakı dinamikanı və iqtisadi şərtləri nəzərə almağı hədəfləyir. Minimum əməkhaqqı bir çox vətəndaşın gəlir səviyyəsinə birbaşa təsir edən əsas sosial göstəricilərdən biridir. Ona görə də bu məsələdə qəbul edilən qərarlar geniş ictimai maraq doğurur. Yeni mexanizm əməkhaqqının iqtisadi dəyişikliklərə uyğunlaşdırılmasını təmin etməyə yönəlib. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqının mahiyyəti ondan ibarətdir ki, nə özəl sektorda, nə də dövlət sektorunda bundan aşağı…

Read More
Cəmiyyət 

Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb

Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, AQTA-nın Regional bölmələri, ETSN-in yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti və KTN-in yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları mediada Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə çöl quşlarının tələf olması ilə bağlı yayılan məlumatlar əsasında nın iştirakı ilə əraziyə baxış keçirilib və müvafiq araşdırmalar aparılıb. Qeyd olunan məsələ ilə bağlı AQTA tərəfindən quş cəsədlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan sınaqların nəticələrinə əsasən, hər hansı xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib.…

Read More
Cəmiyyət 

Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı

Son günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb. Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib, həmin gün ölkəni tərk edib. Məsələ ilə bağlı Çelsinin də mövqeyini öyrəndik. O, şikayət etdiyi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Anar Pirməmmədov tərəfindən hədələndiyi üçün ölkəni tərk etmək məcburiyyətində qaldığını deyib. Model son günlər özünün icazəsi olmadan şəxsi şəkillərinin yayılması faktı ilə bağlı da hüquq-mühafizə orqanlarına müraciət edib. Çelsinin vəkili Asim Abbasov isə deyib ki, müvəkkili prokurorluğa dəvət olunan vaxt ölkədə olmayıb, bu səbəbdən məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar yoxdur.…

Read More
Cəmiyyət 

Müşfiq Abbasov həbs edildiYENİLƏNİB

Abbasov Müşfiq Elman oğlu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmənin 23.02.2026-cı il tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. *** Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.…

Read More
Cəmiyyət 

Bu avtomobillər rüsumdan azad olur: “Jiquli” də siyahıda?

Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək: – idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında…

Read More
Cəmiyyət 

İcbari Tibbi Sığorta Agentliyinin sədri vəzifədən AZAD EDİLDİ

Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. Musavat.com xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Elnur Abbas oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Digər Sərəncamla Naxçıvan MR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası həmin agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə edilib. Qeyd edək ki, E.İbrahimov 2023-cü il mayın 2-si “Naxçıvan…

Read More
Cəmiyyət 

10 aylıq körpənin ölümü ilə bağlı AÇIQLAMA

Goranboy Rayon Mərkəzi Xəstəxanası 10 aylıq körpənin peyvənddən ölməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, 20.02.2026-cı il tarixində 02.04.2025-ci il təvəllüdlü azyaşlı Mirzəyev Nihat Sərvan oğlu Yuxarı Ağcakənd tibb məntəqəsində yaşına uyğun olaraq rutin profilaktik müayinədən keçirilib və Milli Peyvənd Təqviminə əsasən göyöskürək, difteriya, tetanus, b tipli Haemophilus influenzae, hepatit B və poliomielit infeksiyalarına qarşı 6 komponentli (Heksaksim) peyvəndin, həmçinin pnevmokok infeksiyasına qarşı peyvəndin 2-ci dozası tətbiq edilib. “Peyvənddən sonra azyaşlı tibb məntəqəsində müəyyən olunmuş müddət ərzində tibbi müşahidə altında saxlanılıb, hər hansı kəskin allergik reaksiya, anafilaktik əlamət və ya…

Read More